Qanunsuz mərc oyunlarına görə məşhur simalar saxlanılıb

Qanunsuz mərc oyunlarına görə məşhur simalar saxlanılıbTürkiyədə qanunsuz şans oyunlarına görə məşhur simalar saxlanılıb: Azərbaycanda da oxşar vəziyyət narahatlıq doğurur

İstanbul Cumhuriyyət Prokurorluğu Türkiyədə qanunsuz şans oyunlarına təşviq edənlərə qarşı geniş əməliyyat keçirib. Məşhur müğənni Sərdar Ortaç, aparıcı Mehmet Ali Erbil və sosial media fenomenləri də daxil olmaqla 16 nəfər saxlanılıb. Öz açıqlamasında Sərdar Ortaç bu əməli ilə cəmiyyətə mənfi təsir göstərdiyini etiraf edib: "Bəlkə də fərqində olmadan insanlara pis nümunə oldum və cəmiyyətə yanlış örnək göstərdim." Bu sözlər məşhurların təsir gücünün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Qanunsuz şans oyunlarına qarşı görülən bu tədbir, Türkiyədə olduğu kimi Azərbaycanda da oxşar problemlərin mövcud olduğunu gündəmə gətirir. Azərbaycanda da bəzi məşhur simalar "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi qanunsuz şans oyunlarının reklamında iştirak edir. Aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslərin sosial media vasitəsilə bu cür oyunları təbliğ etməsi, qanunsuz fəaliyyətlərə təkan verir və vətəndaşların aldanmasına şərait yaradır.

Azərbaycanda da qanunsuz şans oyunlarına qarşı mübarizə gücləndirilib və artıq bu sahədə bir sıra hüquqi tədbirlər görülüb. Ölkədə Daxili İşlər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının apardığı əməliyyatlar nəticəsində qanunsuz şans oyun fəaliyyətində iştirak edənlər, o cümlədən belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılıb. Bir neçə ay öncə bir sıra qanunsuz şans oyunu təşkilatçıları hüquqi məsuliyyətə cəlb edilib və onların qanunsuz əməliyyatlarına son qoyulub.
Qanunsuz şans oyun operatorlarının vergidən yayınma və dövriyyəni gizlətmə halları, dövlətə ciddi maliyyə ziyanı vurmaqla yanaşı, vətəndaşlar üçün də yüksək risklər yaradır. Bu qanunsuz platformalar sosial media üzərindən dələduzluq fəaliyyətlərini davam etdirərək insanları aldatmağa çalışırlar.

Bundan əlavə, bu cür fəaliyyətlərdə məsuliyyətli oyun standartlarının olmaması, iştirakçıların sosial və psixoloji sağlamlığı üçün də problemlər yaradır.
Azərbaycanın hüquq-mühafizə orqanları isə qanunsuz şans oyunlarına qarşı mübarizə tədbirlərini gücləndirərək cəmiyyətin və dövlətin maraqlarını qorumağa davam edir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 504   Tarix: 12 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Güllələnən müəllimə evə buraxıldı

"İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimə Şəhla Kamilova müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Qafqazinfo"ya Kliniki Tibbi Mərkəzdən bildirilib. Məlumata görə, 06.02.2026-ci il tarixində təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəz

17.02.2026 426
.

"Səsi mənə bənzəsə də, zövqlərimiz başqadır" - Xalq artisti qızından danışdı

"Bu gün qarşınızda qürurlu ana kimi dayanmışam. Qızımla bağlı arzularım həyata keçir deyə çox xoşbəxtəm. Konsertimdə onu səhnədə izləmək qürurvericidir". xəbər verir ki, sözləri Xalq artisti Aygün Kazımova deyib. Şəhər məkanlarından birində verdiyi konsertdə jurnalistlərin suallarını cavablandıra

17.02.2026 221
.

"Artıq insanların hamısı kirayədə yaşamalı olacaq" - Deputatdan şok sözlər

"Artıq insanların hamısı kirayədə yaşamalı olacaq. Çünki indiki gəlirlərlə insanlar hətta 50 il işləsələr belə, ev sahibi ola bilməyəcəklər". xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev deyib. O bildirib ki, Azərbaycanda mənzil qiymətləri xeyli bahalaşıb:. "Türkiy

17.02.2026 234
.

Sobaya nə qoymaq lazımdır ki, ev gözəl qoxusun

Bəzən ev ideal görünür, amma yenə də nəsə çatmır. Çox vaxt bu, qoxudur məkanı həqiqətən rahat və isti göstərən görünməz detal. Peşəkar aşpazlar və təcrübəli evdar xanımlar uzun illərdir bir sadə üsuldan istifadə edirlər. Bu üsul şam və kimyəvi hava təravətləndiricilər olmadan mətbəxi xoş ətirlə doldurmağ

17.02.2026 229
.

Qobustanda Ayı "oğurladılar" - Foto

Aleksey Lyokinin Qobustanda çəkdiyi dolunay fotosu maraqla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, o, fotonu paylaşaraq ona "Ayın oğurlanması" adını verib. Həmin fotonu təqdim edirik:

17.02.2026 354
.

Kosmosda keçən 286 günün "hesabı": NASA astronavtları nə qədər qazanır?

Kosmos tarixinin ən taleysiz, amma bir o qədər də maraqlı hadisələrindən biri 2024-cü ilin iyun ayında başlayıb. Təcrübəli astronavtlar Suni Uilyams və Buç Vilmor "Boeing Starliner" kosmik gəmisinin ilk ekipajlı uçuşu üçün yerlərinə oturduqda plan yalnız səkkiz günlük qısa səfər idi. Laki

17.02.2026 133
.

Bakıda ilk RoboCafe

Bakıda şəhər həyatına yeni bir texnoloji məkan qoşulub - ilk RoboCafe Crescent Mall-da rəsmi olaraq fəaliyyətə başlayıb. Burada içkilərin hazırlanması və təqdimatı sənaye tipli KUKA KR Agilus robotu tərəfindən həyata keçirilir. Bu robot dünyada sürəti və dəqiqliyi ilə tanınan ən qabaqcıl sənaye robotlarında

17.02.2026 295
.

Niyə etibar yox olur? - Kişilərin və qadınların etdiyi səhvlər

Bir çox cütlük elə düşünür ki, etibar bir anda yox olur. Psixoloqlar isə bildirir ki, etibar yavaş-yavaş, demək olar ki, hiss olunmadan itir və bir gün insan anlayır ki, münasibətdə boşluq yaranıb.Hər kəs bəzən səhv edir və ilk baxışda bu səhvlər xırda bir detal kimi görünür. Amma məhz həmin "xırda"

17.02.2026 195
.

Türkiyədə LGBT ilə bağlı qaydalar sərtləşdirilə bilər

Türkiyədə LGBT ilə bağlı yeni qanun layihəsi hazırlanır. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə LGBT-ni açıq şəkildə təşviq edən və ya təbliğ edən şəxslər üçün 1 ildən 3 ilədək həbs cəzasını nəzərdə tutur. Yeni qanun layihəsində cinsiyyətin dəyişdirilməsi ilə bağl

17.02.2026 267
.

TOP MP3