Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri açıqlanıb
Azərbaycan Avropaya hər il 5 giqavat təmiz elektrik enerjisi ixrac etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev COP29 çərçivəsində keçirilən "2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması: Mərkəzi Asiyada sürətli bərpa olunan enerji üçün zəmin" mövzusunda təşkil olunmuş tədbirdə çıxış edib.
Onun sözlərinə görə, Özbəkistan öz elektrik enerjisinin 5 giqavatını, Qazaxıstan isə 5-7 giqavat enerji ixrac etməyi planlaşdırır: "Bu strateji yanaşma Mərkəzi Asiyanın və Azərbaycanın qlobal enerji keçidində əsas oyunçuya çevrilməsi istiqamətində mühüm addım hesab olunur".
Ə.Şıxəliyev hesab edib ki, bərpa olunan enerji sahəsində ambisiyalı hədəflərə nail olmaq üçün investorların diqqətini cəlb edən meqa layihələr vacibdir:
"Kiçik gəlirli layihələrdən fərqli olaraq, investorlar böyük və etibarlı layihələrə üstünlük verirlər. Azərbaycan hökuməti bu istiqamətdə Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması və həmin stansiyalarda istehsal olunan enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi kimi irimiqyaslı layihələr hazırlayır. Beləliklə, təmiz enerji Xəzər dənizindəki külək stansiyalarından birbaşa Avropa ölkələrinə çatdırılacaq".
Ə.Şıxəliyev vurğulayıb ki, bu layihələr Avropanı Mərkəzi Asiya ilə enerji baxımından birləşdirmək məqsədini daşıyır: "Bu il Qazaxıstan, Özbəkistan və Azərbaycanın elektrik sistemlərinin birləşdirilməsinə dair layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanacaq. Layihə çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə enerji Qazaxıstandan Azərbaycana, oradan isə Avropaya çatdırılacaq. Bununla yanaşı, Azərbaycan Türkiyə vasitəsilə Avropaya uzanan başqa bir enerji dəhlizinə də malikdir".
O əlavə edib ki, bu layihələr həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialını qlobal bazara çıxaracaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 553 Tarix: 17 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 8 noyabr - Zəfər Günü bazar gününə təsadüf edir. 9 noyabr isə Dövlət Bayrağı Günü kimi qeyd olunur və qeyri-iş günüdür. Əmək Məcəlləsinə əsasən, bayram günləri həftəsonuna düşdükdə istirahət günü növbəti iş gününə keçirilir. Bununla əlaqədar istirahə
10:21 184 İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindək
16.10.2026 271 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16.10.2026 397 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 435 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 237 Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha
16.10.2026 380 Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"
16.10.2026 353 Azərbaycan Şərqi Qərbə qovuşduran bağlantılar ölkəsidir
"Müasir dünyada dövlətlərin iqtisadi gücü təkcə malik olduqları təbii sərvətlər, istehsal imkanları və maliyyə resursları ilə ölçülmür. Ölkələrin beynəlxalq ticarət yollarında tutduğu mövqe, regional iqtisadi əlaqələrin inkişafına verdiyi töhfə, qlobal təchizat zəncirlərinə inteqrasiya səviyyəs
11:57 68 Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu
Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat
16.10.2026 561