"The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
Britaniyanın məşhur "The Telegraph" nəşrində Azərbaycan və paytaxt Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunub.
Oxu.Az xəbər verir ki, məqalənin müəllifi olan jurnalist Anna Selbi COP29 günlərində ölkəmizə səfər edib və öz təəssüratlarını oxucularla bölüşüb.
Onun sözlərinə görə, Bakı kiçik bir xəzinədir.
"Bakı qədim İpək Yolunun Xəzər dənizi sahilindəki mərkəzidir. İçərişəhərdə hələ də karvansaraylar - müasir mehmanxana və restoranlar yerləşir.
Bu daş döşənmiş küçələrin mərkəzində Şirvanşahlar Sarayı (UNESCO onu "memarlıq incisi" kimi təsvir edir) dayanır. O məqbərəsi, hamamı, sərdabələri, qədim məscidi və yeraltı həbsxanaları olan bir labirintdir. Yaxınlıqdakı qədim, atəşpərəst zərdüştilərinin simvolu kimi tikilmiş Qız qalasının 12-ci əsrdə tikildiyi güman edilir. Bu şəhərdə çoxlu işğalçılar olub, hamısı öz izlərini qoyublar. Məsələn, Böyük Pyotr Rusiyadan gəlib və daha çox qədim məscidin minarəsini zədələməklə yadda qalıb.
Bu yaxınlaradək Azərbaycan Sovet İmperiyasının bir hissəsi idi. Müstəqillik əldə etdikdən sonra Bakı şəhəri daha da gözəlləşib. Geniş, ağaclarla örtülmüş bulvarları ilə Bakının bəzi hissələri qəribə şəkildə Parisi xatırladır. Qədimliyini qoruyan şəhər həm də müasirdir. Alov formalı üç göydələn şəhərin gecə səmasını işıqlandırır.
Qonşusu İrandan fərqli olaraq, Azərbaycan kifayət qədər liberal mədəniyyətə malikdir. Hamı Qərb geyimindədir və ingilis dilindən geniş istifadə olunur. Bakıda əla bar və restoranlarla çiçəklənən gecə həyatı var. Şərab bu müsəlman ölkəsində təkcə içilmir, həm də burada istehsal olunur. Qonşuları Gürcüstan və Ermənistan kimi, Azərbaycanın da İslamın gəlişindən əvvələ qədər uzanan və dərin köklərə malik şərabçılıq tarixi var. Bir sözlə, Bakı sizə gözlədiyinizdən daha çoxunu təklif edir", - deyə məqalədə bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 906 Tarix: 17 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMüəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma
16.10.2026 376 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16.10.2026 397 Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas
10:41 147 Ronaldonun ailəsi ulduz futbolçunun radikal qərarını AÇIQLADI
Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb. -ın xarici mediaya istinadən məlumatına görə, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib. Kitabın təqdimatı zaman
16.10.2026 364 Prezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 347 "Məktəbli forması dini inanclara müdaxilə deyil"
"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri
16.10.2026 367 Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?
Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix
16.10.2026 241 Metrodan istifadə edənlər azalıb
Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y
11:54 70 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 237