Ramid Namazov: "Fransa hökuməti fransız polineziyasında 1966-1996-cı illərdə 193 nüvə testi aparıb"

Ramid Namazov: "Fransa hökuməti fransız polineziyasında 1966-1996-cı illərdə 193 nüvə testi aparıb""Fransa hökuməti fransız polineziyasında 1966 və 1996-cı illərdə 193 nüvə silahı testi aparıb. Bu da həmin ərazilərin çirklənməsinə gətirib çıxarıb. Bu fəaliyyət yerli icmanın da sağlamlığına ciddi şəkildə mənfi təsir göstərib. Bu sınaqlar ekosistemdə radiasiyanın qalması, dəniz və qurudakı həyata təsir göstərərək torpaq və suyun ciddi şəkildə çirklənməsi ilə nəticələnib. Xərçəng və radiasiya ilə əlaqəli xəstəliklərlə bağlı hesabatlardan görünür ki, yerli icmaların sağlamlığı ciddi şəkildə pisləşib, biomüxtəliflik, regionların ekoloji tarazlığı pozulub".

Oxu.Az xəbər verir ki, bunu Bakıda COP29-un Yaşıl Zonasında keçirilən Parlament Görüşündə Milli Məclisin deputatı Ramid Namazov deyib.

O, panel iştirakçılarına problemin həlli ilə bağlı sual ünvanlayıb:

"Kiçik ada dövlətlərinin sammiti zamanı biz bu dövlətlərin liderlərini dinləmək və iqlim dəyişikliyinin həmin adalar üçün yaratdığı ekzistensial təhlükə ilə bağlı onların narahatlıqlarını eşitmək şərəfinə nail olduq. Eyni zamanda, bəzi kiçik adaların müstəmləkəçilik irsi ilə mübarizə apardığını etiraf etmək də vacibdir. Oxşar proses bütün kolonializm ərazilərində gedir. Ona görə də, həmin ərazilərdə iqlim strategiyaları həyata keçirilməlidir. Parlamentlərarası İttifaqı bu məsələnin həllində hansı rol oynaya bilər?"

Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş Direktoru Jan Biql isə suala cavab olaraq bildirib ki, bu kimi məsələlər konfransın yekun nəticəsində həllini tapacaq. Çünki ədalətli qanunların həlli birinci işimizdir. Biz burada həmin insanların təcrübələrini nəzərə almalı və buradakı parlamentarilər ölkələrinə qayıdandan sonra hökumətləri ilə danışaraq yekun sənəd əldə etməyə çalışmalıdırlar.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 727   Tarix: 17 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma

16.10.2026 376
.

Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış

Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il

16.10.2026 397
.

Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib

"Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyas

10:41 147
.

Ronaldonun ailəsi ulduz futbolçunun radikal qərarını AÇIQLADI

Kriştiano Ronaldonun bacısı Elma Aveyro ulduz hücumçunun beynəlxalq futboldan ayrılması ilə bağlı danışıb. -ın xarici mediaya istinadən məlumatına görə, o, baş məşqçi Jorje Jesusla münaqişədən sonra Kriştianonun Portuqaliya millisinə qayıdacağına şübhə ilə yanaşdığını bildirib. Kitabın təqdimatı zaman

16.10.2026 364
.

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray

16.10.2026 347
.

"Məktəbli forması dini inanclara müdaxilə deyil"

"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri

16.10.2026 367
.

Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?

Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix

16.10.2026 241
.

Metrodan istifadə edənlər azalıb

Bu ilin yanvar-sentyabr aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 156 milyon 158,2 min nəfər olub. "Qafqazinfo" bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 417,6 min nəfər və y

11:54 70
.

Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?

Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında

16.10.2026 237
.