DİQQƏT: Bu şəxslərə 290 manat ödəniləcək - RƏSMİ
Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalı əkinlərinə görə, əkin subsidiyası ilə yanaşı məhsul subsidiyası da ala biləcəklər.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, qarğıdalıya görə məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil edəcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.
Buna qədər Azərbaycanda yalnız pambıq, şəkər çuğunduru və tütünə görə məhsul subsidiyası verilirdi. Aqrar Subsidiya Şurası növbəti təsərrüfat ilindən qeyd olunan bitkilərlə yanaşı qarğıdalıya görə də məhsul subsidiyası ödənilməsini qərarlaşdırıb. Şuranın qərarında məhsul subsidiyası ödəniləcək bitkilər siyahısında pambıq, şəkər çuğunduru, tütün və qarğıdalıdan başqa günəbaxan və soyanın da adları var.
Qeyd edək ki, indiyə kimi qarğıdalı əkinlərinə görə yalnız əkin və təkrar əkin subsidiyaları ödənilirdi. 2025-ci təsərrüfat ilində də qarğıdalı əkən fermerlər məhsul subsidiyasından başqa əkin və təkrar əkin subsidiyaları alacaqlar. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1257 Tarix: 17 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TASS xəbər verir ki, Rusiyada keçmiş Azad Avropa/Azadlıq Radiosunun müstəqil jurnalisti dövlətə xəyanətdə ittiham olunaraq saxlanılıb
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) cümə axşamı günü bildirib ki, Azad Avropa/Azadlıq Radiosunun keçmiş müstəqil jurnalisti Çita şəhərində dövlətə xəyanət ittihamı ilə saxlanılıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu barədə dövlət TASS xəbər agentliyi məlumat verib. FSB bildirib ki
11:30 200 Zamirə Ədilova vəzifəsindən ayrıldı
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb. xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2023-cü ildə təyin olunmuşdu
08.04.2026 441 23 yaşlı futbolçu homoseksual olduğunu etiraf etdi
23 yaşlı İqnasio Laqos Argentina futbol tarixində homoseksual olduğunu etiraf edən ilk futbolçu oldu. -ın xarici mediaya istinadən xəbərinə görə, argentinalı futbolçu İqnasio Laqos açıqlaması ilə ölkədə tarixə düşüb. 23 yaşlı oyunçunun açıqlaması tez bir zamanda trend mövzusuna çevrilib. Laqos Argentinad
08.04.2026 347 Ali təhsildə ödənişlərin artımı yalnız keyfiyyət təminatı ilə mümkündür
"Ali təhsil müəssisələrində təhsil ödənişlərinin artırılması yalnız universitetin texniki imkanları və sistemi gücləndirilmiş olduqda mümkündür. Əgər əlavə müəllim və professor heyəti cəlb edilirsə və tələbələrə daha keyfiyyətli təhsil təqdim olunursa, təhsil haqqının artırılması əsaslı hesab olun
14:43 53 Mübahisə faciəyə çevrildi - qadın ərini öldürdü
Rusiyanın Sankt-Peterburq şəhərində 38 yaşlı qadın Peterqof şossesindəki mənzildə 54 yaşlı ərini bıçaqlayaraq öldürüb. xəbər verir ki, bu barədə Baza xəbər agentliyi öz Telegram kanalında məlumat yayıb. Məlumata görə, hadisənin səbəbi kişinin həyat tərzini dəyişdirmək qərarı ilə bağlı mübahisə olub
11:40 234 Rusiya rəsmisi Ukrayna danışıqlarının vəziyyətini açıqladı
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların hazırkı vəziyyətini şərh edib. xəbər verir ki, diplomat bu fikirləri "İzvestiya" nəşrinə müsahibəsində səsləndirib. Miroşnik bildirib ki, dialoqun bərpası üçü
11:06 209 "Subway" Azərbaycan bazarına daxil olur - FOTO
Beynəlxalq restoran şəbəkəsi olan "Subway" Azərbaycan bazarına daxil olduğunu elan edib. Şirkətin rəsmi saytında dərc olunan məlumata görə, müvafiq master-françayzinq müqaviləsi "N Sky Build MMC" şirkəti ilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, "N Sky Build" ölkə ərazisind
08.04.2026 460 22° isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacağı bildirilir. Havanı
14:17 117 Azərbaycanda əcnəbilərlə nikahların sayı azalıb
2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub
14:56 0