Bu fəndlərlə həyatınız ASAN OLACAQ

Bu fəndlərlə həyatınız ASAN OLACAQMüsbət əhval-ruhiyyəni qorumaq üçün orijinal, lakin sadə həll yolları təklif edir.

BAKU.WS xarici mediaya istinadən həmin yolları təqdim edir.

"Qorxu filmləri izləyin"

Əgər həyatınız bir anda mənasız görünürsə, ən qorxulu filmləri izləməyə başlayın. Qorxu filmləri beyninizi yeni baxış bucağı ilə düşünməyə vadar edir. Zombiyə çevrilmədiyiniz və manyakla bağ evində tək qalmadığınız üçün özünüzü daha yaxşı vəziyyətdə hiss edəcəksiniz. Bu, narahatlıq hissini azaldaraq ətraf mühiti daha aydın qiymətləndirməyə kömək edəcək.

"Mətbəxinizi mavi rəngdə edin"

Daim pəhrizdə olanlar üçün ən uyğun mətbəx rəngi mavidir. Mavi rəng iştahı azaldır, qırmızı isə iştahı artırır. Mətbəx avadanlıqlarını və ya boşqabları mavi rəngdə seçməklə də qida qəbulunu azaltmaq mümkündür.

"Məlumatı detallı verin"

Sözlərinizə inanılmasını istəyirsinizsə, məlumatı bir neçə detal ilə müşayiət edin. Bu, yalan olmamalıdır. İnsanlar, detalların olduğu məlumatlara daha çox inanır, çünki bu, təsadüfi yalanlardan fərqli görünür. Amma bunu həddindən artıq etməyin: həddindən çox məlumat yığılması yalan kimi qəbul edilə bilər.

"Üç yox" qaydasından istifadə edin"

Üç "hə" qaydasını çoxları eşidib: vacib sualın cavabını almaq üçün əvvəlcə müsbət cavab tələb edən suallar vermək tövsiyə olunur. Lakin üç "yox" qaydası daha təsirli ola bilər. Məsələn, bir həmkarınızdan yeni bir ideya ilə bağlı məsləhət almaq istəyirsinizsə, ona belə sual verin: "Səni narahat etdim? Daha sonra gəlimmi?". Bu, qarşı tərəfi rahatlaşdırır və danışıq üçün uyğun atmosfer yaradır.

"Məlumatı izah edərək yadda saxlayın"

Məlumatı yadda saxlamağın ən yaxşı yolu onu başqasına izah etməkdir. Bu, beyininizdən daha aktiv işləməyi tələb edir: əsas məqamları seçmək və sadə dildə ifadə etmək üçün məlumatı yenidən düşünmək lazımdır. Üstəlik, bu zaman yaranan əlavə assosiasiyalar məlumatın daha yaxşı yadda qalmasına kömək edir.

"Həddindən artıq pozitivliyə aldanmayın"

Yeni tanışınız həddindən artıq səmimi və dostcasına görünməyə çalışırsa, ehtiyatlı olun. Xüsusilə işgüzar münasibətlərdə belə davranış şübhə doğura bilər. Bunun əvəzinə, maraqlandığınız insanlar haqqında müsbət fikirlərinizi onların ətrafında paylaşın - bu məlumatın özlərinə çatacağı ehtimalı böyükdür.

"Düşmənləri" yaxın saxlayın"

Psixoloji olaraq insanlar yaxınlıqda olan birinə qarşı aqressiv davranmaqda çətinlik çəkirlər. Əgər xoşagəlməz bir görüşünüz varsa, mümkün qədər yaxın oturaraq qarşı tərəfin sərtliyini azaltmaq mümkündür.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1250   Tarix: 19 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.