Nazilənin Qənirə ilə bağlı yaydığı yazışmalar saxtadır?
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanın bir neçə gün əvvəl bloklanan instaqram hesabı açılıb.
Axşam.az xəbər verir ki, jurnalist instaqram hesabında bununla bağlı dostlarının yazdığı postları yayımlayıb.
Q.Ataşova eyni zamanda onun adından yazılan saxta mesajları da paylaşıb. O bildirib ki, adından yalançı yazışma yayılıb:
"Əziz dostlar, haqqımda paylaşılan "yazışma" görüntüləri tamamilə saxtadır və fotoşopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar. Əgər bu görüntülər fotoşop deyilsə, onların "videoscreen" paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O "screen"də mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməliniz də saxtadır.
Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya xatırladım".
Sözügedən yazışmanı isə şair Nazilə Səfərli paylaşıb.
N.Səfərli isə məsələ ilə bağlı paylaşımında "Mən saxta həkimləri müdafiə etməmişəm. Əsl həkimlərin saxtalarla eyni siyahıda olmasına etiraz etmişəm. Xaricdə oturub araşdırmamış pul gücünə vətənin yaxşısını qoyub yamanını danışan blogerə demək istəyirəm ki, bu, xainlikdirPeşəkar belə etməz" cavabını verib.
Qeyd edək ki, Q.Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişidi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia etmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1912 Tarix: 22 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSağlamlıq üçün gedilən fitnes klublarında xəstəlik riskləri - ARAŞDIRMA
Azərbaycanda fitnes klublarına üzv olmaq üçün tibbi arayışın tələb edilib-edilməməsi, idman zallarında sanitariya-gigiyena qaydalarına necə əməl olunması və müştərilərin sağlamlığının hansı formada qorunması hər zaman suallar doğurur. Xüsusilə gün ərzində onlarla insanın istifadə etdiyi trenajorları
16.10.2026 279 Yuxuda danışmaq hansı hallarda sağlamlıq probleminin əlaməti ola bilər?
Yuxuda danışmaq bir çox insanda müşahidə olunan və əksər hallarda təhlükəli sayılmayan haldır. İnsan yuxu zamanı pıçıldaya, anlaşılmaz sözlər deyə, hətta qarşısındakı şəxslə söhbət edirmiş kimi görünə bilər. Lakin bu vəziyyət tez-tez təkrarlanırsa və başqa əlamətlərlə müşayiət olunursa, sağlamlıqla bağl
16.10.2026 225 "Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə
16.10.2026 316 23 il sonra yenidən duet oxuyacaqlar
Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy
16.10.2026 863 Süni intellekt işimizi əlimizdən alacaq, yoxsa işimizi dəyişəcək?
Bir vaxtlar kompüterlərin ofislərə daxil olması da narahatlıq doğururdu. İnsanlar düşünürdülər ki, görəsən, bu texnologiya onların işini əllərindən alacaqmı? Ardınca internet, elektron hökumət, onlayn bankçılıq və müxtəlif avtomatlaşdırılmış sistemlər həyatımıza daxil oldu. İndi isə gündəmin əsas mövzularında
16.10.2026 233 "Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 351 Zəhərli hörümçək udan körpə qız komaya düşdü
Qazaxıstanda ikiyaşlı qız altıyaşlı oğlanın ona verdiyi hörümçəyə görə 14 gün xəstəxanada müalicə alıb. xəbər verir ki, bu barədə məlumat yayıb. Portalın yazdığına görə, oğlan qaraqurd hörümçəyini qıza sadəcə baxmaq üçün verib, lakin körpə onu ağzına qoyaraq udub. Nəticədə təcili tibbi yardım qızı so
16.10.2026 380 "Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
16.10.2026 245 Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 266