Sosial şəbəkə "ulduzcuqlar"ı - Fenomen, ya cinayətkar?

Sosial şəbəkə "ulduzcuqlar"ı - Fenomen, ya cinayətkar?"Sosial şəbəkə icad edənin evi yıxılsın". Bu ifadəni yəqin son bir neçə ildə gündə ən azı bir dəfə eşidirik. Alqış edənlər də var bəlkə, amma icad edənin evini xaraba görmək istəyənlərin həddi-hesabı yoxdur. Hərə bir yolla başını saxlayır. Daha nə dələduzluq, nə fırıldaqçılıq törədilmir bu sosial şəbəkələrdə? Elə qeyri adi fırıldaqçılıqlar olur ki, ayıq-sayıq adamlar da tələyə düşür, zərərçəkmişə çevrilirlər.

Biri başqalarına iş imkanları təklif edir, biri yalançı vədlər verir ki, səni ulduz edəcəm, biri sevgili tapır, sonra o sevgili ilə intim yazışmaları, şəkilləri nümayiş etdirəcəyi ilə hədələyib pullar qazanır. Qurbanlar isə abırları getməsin deyə qarşısındakı şəxsin dediyi ilə razılaşmağa məcbur olur.

Məşhur tiktoker Aybəniz Xəlilovanın soyub soğana çevirdiyi kişi kimi.

Deməli, bu tiktoker xanım şantaj etdiyi şəxslə 17 ay münasibətdə olub.

Zərərçəkmişin sözlərinə görə, onların münasibətinin 2 ayı tamam olandan sonra Aybəniz Xəlilova qarşı tərəfi şantaj edərək hədə-qorxu ilə pul tələb etməyə başlayıb. Bu pulun məbləği 830 min manatdan artıqdır. Sevgili olduğu şəxs Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Bizim cəmiyyətin təfəkküründə bir xəstə nöqtə var. Deməli, bir nəfər məşhurdursa, (Fərqi yoxdur fahişəliyi ilə məşhurdur, yoxsa hansısa faydalı ictimai fəaliyyəti ilə. Hərçənd faydalı iş görənlər o qədər də üzdə deyillər) deməli o önəmli adamdır, o nə eləsə yeridir, ona hər şeyə icazə verilir. Bəh-bəh, dəliyə yer ver, əlinə bel ver, o da bildiyini eləsin.

Bu günlərdə küçədə belə məşhurcuqlardan biri qarşıma çıxdı. Burun deşiklərini örtən şişirdilmiş yekə dodaqlarından yağ axıda-axıda, marçıldadaraq yemək yeməyi ilə məşhurdur. Gedib kafe restoranlarda sülənir, bir qarın yeməyə reklam işləri görür guya. Həmin o xanım qolundan sallaşdığı oğlanla öpüşə-qucaqlaşa dar səkidə mənə doğru gəlirlər. Çəkilməyə çalışsam da, toqquşduq.

"Ehtiyatlı ol" deməyimə bir çəmkirəsən ki: "Mən öpüşürəm, sən hara baxırdın? Bu camaat ulduz filan qanmır da" deyib qazlana-qazlana girdi kafeyə.
Məşhurluq insana bəyəm bu haqqı verir? Səhifəsində izləyici sayı çox olan az qalır özünü partiya rəhbəri elan eləsin. Ağzına gələni danışır, ağlına gələni edir.

İzləyicisi çox olan bu kütlədən şantaj aləti kimi istifadə eləməyə qalxarsa hüquq mühafizə orqanları əlbəttə önə keçməlidir. Qanun hamı üçün qanundur və bu ölkədə qanunun aliliyi prinsipi əsas götürülüb. Şantajçı çinsindən irqindən, millətindən, siyasi ideologiyasından asılı olmayaraq cinayətkar sayılır. Cəzasını almalıdır, alıb. Buna sevinirik. Hər kəs bu mühitdə qurbana, zərərçəkmişə çevrilə bilər. Süni intellekt elə bir həddə gəlib çatıb ki, indi olmayanları olan kimi qəbul eləmək çox asandır.

Sadə insanlar isə, məşhurluq tacını kimin başına qoyduqlarına diqqət etməlidirlər. Sosial şəbəkə cinayətkar düşüncəli insanların əlində olarsa qorxulu silaha, yaxşıların əlində olarsa faydalı alətə çevriləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1000   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni səfir ailəsi ilə Prezidentin qəbulunda - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qiorqi Zakaraşvilini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlha

16.10.2026 312
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 223
.

Alimlər "mini beyinlər" yaratdılar: Məqsəd nədir?

Alimlər dağınıq skleroz xəstəliyinin araşdırılması və yeni müalicə üsullarının hazırlanması üçün insanın sinir sistemini təqlid edən, düyü dənəsi ölçüsündə üçölçülü hüceyrə modeli yaradıblar. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, Avstraliyanın Monash Universiteti və Florey Neyrologiya və Psix

16.10.2026 219
.

"Bizim öz yolumuz var" - İlham Əliyev

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b

16.10.2026 221
.

Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI

İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini

16.10.2026 156
.

Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır

"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek

16.10.2026 203
.

"Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq"

"Ukrayna münaqişəsini həll etmək mümkün olacaq, lakin artıq Zelenskisiz". Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Newsmax"a müsahibəsində bildirib. Rusiyanın neft emalı zavodlarına zərbə endirilməməsi ilə bağlı xahişlərinin nəticəsiz qalması barədə danışan AB

16.10.2026 182
.

Qalmaqallı şəkildə boşandığı ərini paylaşdı - Foto

Model Razi Əliyeva qalmaqallı şəkildə boşandığı həyat yoldaşı Nicat Əliyevin fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, fotoda Nicatın oğlu ilə vaxt keçirdiyi anlar əks olunub. Razi paylaşımına "Ata-bala" şərhini yazıb. Qeyd edək ki, Nicat Əliyev və Razi Əliyeva 2023-cü ildə ailə qurublar

16.10.2026 419
.