"COP29 Azərbaycanda yüksək səviyyədə keçirildi" - Ceyhun Məmmədov

"COP29 Azərbaycanda yüksək səviyyədə keçirildi" - Ceyhun Məmmədov"Azərbaycanın COP29-a ev sahibliyi etməsi olduqca önəmli bir məsələ idi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Liderlər Sammitinin açılış mərasimində prezident İlham Əliyev bütün dünyaya ciddi mesajlar verdi".

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov BiG.AZ-a deyib.

Deputat qeyd edib ki, Azərbaycan bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir və bu da özünü COP29-da dünya üzrə dini liderlərin sammitində özünü bir daha göstərdi:

"Dünyada ekoloji fəlakətlərə səbəb müharibələrdir və Azərbaycana qarşı 30 illik işğal dövründə torpaqlarımızda həyata keçirilən ekosid və urbisid buna bariz nümunədir. Bu kimi problemlərin aradan qaldırılması üçün sülhə nail olmaq lazımdır. Nəinki Azərbaycanda, regionda, bütün dünyada əmin-amanlığı qorumaq üçün çalışmaq lazımdır. Müharibələrin dayandırılmasında dinlərin də böyük potensialı var və bu məsələdə din liderlərinin də üzərinə məsuliyyət düşür. Azərbaycan bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir və bu da özünü COP29-da dünya üzrə dini liderlərin sammitində özünü bir daha göstərdi.
İştirak edən dövlətlərin iqlim dəyişiklikləri ilə mübarizəyə dəstək mövzusunda deputat qeyd edib ki, bu məsələ qlobal məsələdir və həlli asan məsələ deyil.
Azərbaycan üzərinə düşəni etdi və çalışdı ki, bu proses maksimum dərəcədə irəliyə doğru getsin. Bunun üçün Azərbaycan mümkün olan hər şeyi etdi. Bundan sonrası məsuliyyət daşıyan dövlətlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən asılıdır. Azərbaycan üzərinə düşəni etdi, bunun da nəticəsi olacaq. Proses davam etməlidir. Dövlətlər çalışmalıdırlar ki, bu məsələni tənzimləsinlər və qaydaya salsınlar. Bu problem bir ölkənin deyil, bütün dünyanın problemidir. Bu səbəbdən, belə bir mövqe ortaya qoymalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 832   Tarix: 26 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aleksandr Lukaşenko: Ukraynada sülh 2026 və ya 2027-ci ildə əldə olunacaq

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynada sülhün 2026 və ya 2027-ci ildə əldə olunacağına əminliyini ifadə edib. Teleqraf xəbər verir ki, bu barədə A.Lukaşenko "BelTA" agentliyinə açıqlama verib. "Bu sülh olacaq. Əgər bu il olmasa, gələn il. Mən tamamilə əminəm. Rusiya güclü v

16.10.2026 179
.

Bu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI

İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini

16.10.2026 156
.

Prezident sarayına raket hücumunda 5 nəfər öldü

Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray

16.10.2026 227
.

"Tesla" uça bilən avtomobilini təqdim etdi - Video

ABŞ-nin "Tesla" şirkəti uça bilən "Roadster" elektrik mühərrikli idman avtomobilini təqdim edib. "Qafqazinfo" xəbər verir ki, görüntüləri "Tesla" "X" hesabında paylaşıb. Təqdimat "SpaceX" şirkətinin ABŞ-nin Texas ştatında yerləşən sınaq poliqonund

16.10.2026 133
.

Niyə 5 avroluq əskinası ağ salfetə bükməlisiniz: Ritualın sirri açıldı

Beş avroluq əsginası ağ salfetə büküb saxlamaq bəzi inanclarda uğur və maddi rifahın rəmzi sayılır. Ancaq bu üsulun gəliri artırdığına və ya var-dövlət gətirdiyinə dair heç bir sübut yoxdur. xarici mediaya istinadla xəbər verir ki, bu ritualın pul və ağ rəngə verilən simvolik mənalarla bağlı olduğun

16.10.2026 235
.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

16.10.2026 276
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.

Tikililərin taleyi müəyyənləşdirilərkən vətəndaş hüquqları nəzərə alınmalıdır

"Hər hansı tikilinin sənədsiz olması onun avtomatik olaraq qanunsuz tikili hesab edilməsi demək deyil. Belə hallarda torpaq sahəsinin hüquqi statusu, tikilinin hansı tarixdə və hansı şəraitdə inşa edilməsi, ərazi üzrə qüvvədə olan şəhərsalma və tikinti tələbləri, eləcə də mövcud sənədlər komplek

16.10.2026 203
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 223
.