Qadın 25 il əvvəl itən qardaşını qəzetdə tapdı
Kaliforniyada 25 il əvvəl itkin düşən bir kişi ailəsi ilə yenidən görüşməyə hazırlaşır. Qardaşı itən qadın onun şəklini qəzet məqaləsində görərək tanıyıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, şəxsiyyəti açıqlanmayan bu kişi 1999-cu ildə Kaliforniyanın Doyl şəhərində naməlum səbəbdən yoxa çıxıb. Təxminən 1.80 boyunda olan bu kişinin hazırda 60-65 yaş aralığında olduğu ehtimal edilir.
15 aprel tarixində həmin kişi Los-Ancelesin cənubunda tapılaraq Linvud şəhərində yerləşən St. Francis Tibb Mərkəzinə aparılıb. Ancaq qeyri-verbal vəziyyətdə olduğu üçün nə adını, nə də özü haqqında hər hansı məlumat verə bilməyib.
Altı ay boyunca xəstəxananın sosial xidmətlər şöbəsi onun ailəsi ilə əlaqə yarada bilməyib. İyul ayında həmin şəxs Los-Ancelesdəki başqa bir xəstəxanaya köçürülüb.
Noyabrın 22-də isə bir qadın həmin şəxsin şəklini "USA Today" qəzetinin aprel ayında dərc etdiyi məqalədə görüb tanıyaraq, qardaşı olduğunu müəyyənləşdirib. Bu barədə o, Lassen dairəsinin şerif müavini Derek Kennemorla əlaqə saxlayaraq məlumat verib.
Qadının bildirdiyinə görə, qardaşı 1999-cu ildən bəri itkin düşmüş hesab edilir. Şerif idarəsi dərc edilən məqalənin həmin şəxsi tanımaq üçün kömək istədiyini təsdiqləyib. Daha sonra Los-Anceles Polis İdarəsinin İtkin Şəxslər Bölməsindən olan bir detektiv xəstəxanaya gedərək şəxsin barmaq izlərini yoxlayıb. Nəticələr qadının dediklərini təsdiqlənib.
Kapitan Mayk Karni deyib: "Şerif müavini Kennemor qadınla yenidən əlaqə saxladı və LAPD-nin köməyi ilə həmin şəxsin doğrudan da onun qardaşı olduğunu təsdiqlədik".
Ailə üzvlərinin tezliklə görüşəcəyi təsdiqlənsə də, şəxsin və ailənin məxfiliyini qorumaq məqsədilə adlar açıqlanmayıb. ABC-nin məlumatına görə, itən şəxs "könüllü şəkildə yoxa çıxıb".
Kapitan Karni qeyd edib ki, qadın xəbərdən sonra həddindən artıq sevincli imiş: "O, çox minnətdar idi və digər ailə üzvlərinə məlumat vermək üçün səbirsiz idi. Bu tapıntı onların Şükran Gününü daha da mənalı edəcək".
O, həmçinin bu hadisəni itkin düşənləri tapmaq üçün heç vaxt ümidin itirilməməsinin ən yaxşı nümunəsi adlandırıb: "Belə hallarda inadkar olun. Çünki cavab axtaran ailə üzvləri var".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1420 Tarix: 28 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident sarayına raket hücumunda 5 nəfər öldü
Yəmənin Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum edilib. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb. xarici KİV-ə istinadən xəbər verir ki, hücum İranın dəstəklədiyi husilər tərəfindən həyata keçirilib. Məlumata görə, hədəfə alınan "Əl-Məaşik" saray
16.10.2026 227 Sağlamlıq üçün gedilən fitnes klublarında xəstəlik riskləri - ARAŞDIRMA
Azərbaycanda fitnes klublarına üzv olmaq üçün tibbi arayışın tələb edilib-edilməməsi, idman zallarında sanitariya-gigiyena qaydalarına necə əməl olunması və müştərilərin sağlamlığının hansı formada qorunması hər zaman suallar doğurur. Xüsusilə gün ərzində onlarla insanın istifadə etdiyi trenajorları
16.10.2026 193 Təyyarədə belə oturmaq tromb riskini artıra bilər - XƏBƏRDARLIQ
Təyyarədə uzun müddət hərəkətsiz oturmaq sağlamlıq üçün müəyyən risklər yarada bilər. Xüsusilə ayaqları çarpazlaşdıraraq oturmaq qan dövranına mənfi təsir göstərə və ayaqlarda şişkinliyə səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, pulmonologiya və intensiv terapiya üzrə mütəxəssis Nin
16.10.2026 209 LED lampalar sağlamlıq üçün təhlükəlidir?
Gündəlik istifadə etdiyimiz LED lampaların sağlamlığa təsiri ilə bağlı iddialar müzakirələrə səbəb olub. Britaniyalı neyrobioloq Qlen Ceffri bu işıq mənbələrinin hüceyrələrin enerji istehsalına mənfi təsir göstərə biləcəyini bildirib. Bununla belə, adi məişət şəraitində LED işıqlandırmanın insanlard
16.10.2026 202 "Bizim öz yolumuz var" - İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İkinci Qarabağ müharibəsi dövründə Gəncə və Bərdənin Ermənistan ordusu tərəfindən bombalanmasına dair kadrlar paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, paylaşımda "Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı b
16.10.2026 221 "Məktəbli forması dini inanclara müdaxilə deyil"
"Məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan mübahisələri və anlaşılmazlıqları dünyəvilik prinsipi ilə dini inancların ifadəsi arasında tarazlığın düzgün qorunması kontekstində qiymətləndirmək, dərk etmək daha düzgün olardı. Vahid məktəbli forması şagirdlər arasında sosial fərqləri
16.10.2026 294 Bakının bu rayonunda 30 bina söküləcək
"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur". "Qafqazinfo" -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, sökünt
16.10.2026 303 Səmimi söhbət əvəzinə ChatGPT: Süni intellekt münasibətlərə necə zərər vurur?
Süni intellekt münasibətlərdə getdikcə daha çox görünməz üçüncü tərəfə çevrilir. Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, "Mental Health UK" təşkilatının sifarişi ilə aparılan araşdırma insanların üçdə birindən çoxunun süni intellekt çat-botlarından, faktik
16.10.2026 136 Ət yeyənlər vegetarianlardan daha uzun yaşaya bilər - Araşdırmanın nəticəsi
Alimlər 80 yaşdan yuxarı insanlar arasında apardıqları araşdırmada ət yeyən qadınların 100 yaşına çatmaq ehtimalının vegetarianlarla müqayisədə daha yüksək olduğunu müəyyən ediblər. Lakin tədqiqatın nəticələri bütün insanlara şamil edilmir və burada mühüm bir məqam var: qidalanma ilə yanaşı, insanı
16.10.2026 148