"Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir"-Tural İsmayılov
"Bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanması yeni təhlükələr yaradır. Əgər, doğrudan da, Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?"
Bu sözləri Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçımız qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, Ermənistanın silahlandırılması çox təhlükəli tendensiyalardan xəbər verir. Birinci tendensiya ondan ibarətdir ki, Qərb dövlətləri aktiv şəkildə Ermənistan vasitəsilə bizim coğrafiyamızda gərginlik ocaqları yaratmağa çalışırlar:
"Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılması, Yunanıstanın Rusiyadan əldə etdiyi S300-ləri Ermənistana ixrac etməsi ilə bağlı xəbərlər onu göstərir ki, Ermənistan Azərbaycanla kiçik müharibə aparmaq iddiasındadır.
Ermənistanda bu gün çox ciddi iqtisadi problemlər mövcuddur. Həmçinin bilirik ki, Ermənistanda iqtidar komandası içərisində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün qəsdən Ermənistan Azərbaycanla yeni bir müharibə aparmaq və fikirləri oraya yönəltmək istəyir.
Digər bir hədəf də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır.
Qərbin isə Ermənistanı silahlandırmaq da bir neçə məqsədi var. Bu məqsədlərdən biri Ermənistanı silahlandırmaqla Rusiyanın bu ölkənin hərb sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin onun ərazilərindən Rusiyaya qarşı istifadə etməyə çalışmaqdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1185 Tarix: 29 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu ölkədə ev alanlara 40 min avroyadək dəstək - Şərtlər AÇIQLANDI
İspaniyanın La-Rioxa bölgəsində kiçik yaşayış məntəqələrində ev almaq və ya tikmək istəyənlərə 40 min avroyadək subsidiya verilir. Yardımla mənzilin dəyərinin 40 faizədək hissəsini qarşılamaq mümkündür. xarici mediaya istinadla xəbər verir ki, "Revive" adlı proqram kənd yerlərində əhalini
16.10.2026 156 LED lampalar sağlamlıq üçün təhlükəlidir?
Gündəlik istifadə etdiyimiz LED lampaların sağlamlığa təsiri ilə bağlı iddialar müzakirələrə səbəb olub. Britaniyalı neyrobioloq Qlen Ceffri bu işıq mənbələrinin hüceyrələrin enerji istehsalına mənfi təsir göstərə biləcəyini bildirib. Bununla belə, adi məişət şəraitində LED işıqlandırmanın insanlard
16.10.2026 202 Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda təhsil sahəsi üzrə orta aylıq nominal əməkhaqqı 834 manat təşkil edib. Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən "Sosial, iqtisadi inkişaf" aylıq məruzəsində məluma
16.10.2026 215 "Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə
16.10.2026 175 Bəhruz Quliyev: Vahid məktəbli forması və intizam qaydaları dünyəvi təhsilin və milli təhlükəsizliyin tələbidir
"Vahid məktəbli formasının tətbiqi və təhsil müəssisələrində intizam qaydalarının qorunması hər bir dövlətin təhsil siyasətinin mühüm tərkib hissəsidir. Məktəb, ilk növbədə, bilik və tərbiyə ocağıdır. Burada əsas məqsəd şagirdlər arasında bərabərliyi təmin etmək, vahid intizam mühiti formalaşdırma
16.10.2026 216 Həyat yoldaşınız sizdən uzaqlaşır? - Evlilikdə diqqət çəkən 7 əlamət
Münasibətlərdə böhran həmişə mübahisələr və ya boşanmaq barədə söhbətlərlə başlamır. Bəzən ər-arvad arasındakı emosional məsafə səssizcə artır: söhbətlər azalır, bir-birinin həyatına maraq zəifləyir, gündəlik qayğı və nəvaziş unudulur. xarici mediaya istinadla xəbər verir ki, "Psychology Today"
16.10.2026 224 Suya salınmış qozda gizli təhlükə: Qəsdən batırırlarmış
Bəzi satıcılar qozun daha təzə və nəm görünməsi, eləcə də çəkisinin artması üçün onu suya salırlar. Lakin bu üsul məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, insan sağlamlığı üçün də təhlükə yarada bilər. Baku TV-yə istinadən xəbər verir ki, təbii yaş qoz həm dadı, həm də faydalı xüsusiyyətləri il
16.10.2026 138 Həbsdə olan Nəvainin aqibəti necə olacaq?
Qazaxıstanda narkotikə görə həbsdə olan "Navai" ləqəbli azərbaycanlı reper (Nəvai Bəkirov) girov qarşılığında azadlığa buraxıla bilər. Axşam.az xəbər verir kiI, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, reperin vəkilləri həbs qətimkan tədbirinin girovla əvəz olunmasın
16.10.2026 213 Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?
Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim
16.10.2026 254