"WhatsApp" tezliklə köhnə "iPhone"larda işləməyi dayandıracaq - XƏBƏRDARLIQ

"WhatsApp" tezliklə köhnə "iPhone"larda işləməyi dayandıracaq - XƏBƏRDARLIQ"WhatsApp" messenceri tezliklə bəzi iPhone modellərində işləməyi dayandıracaq və bu, köhnə cihazlara üstünlük verən istifadəçilər üçün xoşagəlməz xəbər olacaq. Tətbiq hazırda iOS 12 və əməliyyat sisteminin daha yeni versiyalarını dəstəkləyir.

Lent.az-ın "PhoneArena"ya istinadla xəbərinə görə, bBununla belə, 2025-ci il mayın 5-dən etibarən messencerdən istifadə etmək üçün iOS 15.1 və ya daha yüksək versiya tələb olunacaq.

iPhone 5s, iPhone 6 və 6 Plus sahibləri artıq "WhatsApp"dan istifadə edə bilməyəcəklər, çünki onların cihazları iOS-un yeni versiyalarını dəstəkləmir. Tərtibatçılar köhnə modellərin istifadəçilərinə əvvəlcədən məlumatlarının ehtiyat nüsxəsini yaratmağı və onu proqrama uyğun daha müasir qurğuya köçürməyi tövsiyə edir.

Əgər siz hələ də köhnəlmiş cihazlardan birini istifadə edirsinizsə və iOS platformasında qalmaq istəyirsinizsə, iPhone SE 4 sizin üçün uyğun ola bilər, şayiələrə görə, 2025-ci ilin mart ayında təqdim ediləcəyi deyilir.

Yeni iPhone SE modelinin Touch ID-ni əvəz edən Face ID üçün kəsikli 6,1 düymlük OLED displey alacağı gözlənilir. Bundan əlavə, qurğu 48 meqapiksel təsvir ölçüsünə malik təkmilləşdirilmiş kamera və "Apple" şirkətinin süni intellekt texnologiyalarını dəstəkləyən kamera ilə təchiz ediləcək. Smartfonun gözlənilən qiyməti 459 dollardan 499 dollara qədər olacaq.

Bundan əvvəl "WhatsApp" yeni funksiya təqdim etmişdi – səsli mesajları mətnə çevirmək. Oxşar funksiya "Telegram-"da mövcuddur, lakin o, yalnız premium versiyanın abunəçiləri üçün əlçatandır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1132   Tarix: 03 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

16.10.2026 230
.

"Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə

16.10.2026 175
.

Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?

Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim

16.10.2026 254
.

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"

16.10.2026 260
.

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl

16.10.2026 162
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 223
.

Köhnə cins şalvarlar yenidən dəbdə

2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə

16.10.2026 236
.

23 il sonra yenidən duet oxuyacaqlar

Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy

16.10.2026 708
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.