Azad Laçın özünün ən xoşbəxt günlərini yaşayır – deputat

Azad Laçın özünün ən xoşbəxt günlərini yaşayır – deputatVətən müharibəsində əldə etdiyimiz tarixi Qələbənin nəticəsi olaraq Laçın rayonu 28 illik işğaldan sonra azad edildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan və qan tökülmədən Azərbaycana qaytarıldı. Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik gücünün göstəricisi idi. Qarabağda əldə etdiyimiz hər bir uğur Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasətinin parlaq nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputat vurğulayıb ki, Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik oldu: "Laçının azad olunması ilə Azərbaycan qərb sərhədlərinə nəzarəti təmin etdi. Azərbaycan dövlətinin Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Qarabağdakı erməni separatçılarının əli-qolu bağlandı və onlar anladılar ki, artıq hər şey bitib. Laçın 1992-ci il mayın 18-də işğal olunanda da, 2020-ci ildə boşaldılanda da yandırıldı, viran edildi. Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda işğaldan sonra erməni niyyətini həyata keçirdi: coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi, məqsədyönlü şəkildə məskunlaşma siyasəti həyata keçirdi. Erməniləşdirmək siyasətini isə reallaşdıra bilmədi. Unutdu ki, indi Azərbaycan müstəqildir, onun əlini-qolunu bağlayan olmayacaq, özü özünün sahibi olaraq haqqını qaytaracaq. Elə də oldu. Laçın dəhlizində at oynada bilmədi erməni, ona yerini göstərdilər… Hazırda işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçında da bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün Laçın özünün laçın çağlarını yaşayır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir. İyun ayında Zabuxda məktəbəqədər müəssisənin açılışında oldum. Uşaq səsinin Laçın səmasında səslənməsindən gözəl nə ola bilər? Onlar ata-analarından fərqli olaraq öz uşaqlıqlarını o füsunkar təbiəti olan Laçında keçirəcəklər. Laçını qoruyacaq, qurub-yaradacaqlar".

Deputat bildirib ki, Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də əhəmiyyətli hadisədir. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər. Ermənistanın da təmsil olunduğu Birliyin Laçın şəhərini gələn il üçün MDB-nin mədəniyyət paytaxtı elan etməsi Ermənistana vurulmuş tərs şillə idi. Ermənistanın və onun Qərbdəki himayədarlarının Azərbaycana qərəzli münasibətləri fonunda MDB-nin Laçını mədəniyyət paytaxtı elan etməsi dünya ictimaiyyətinə ismarışdır".

Mehriban Vəliyeva qeyd edib ki, Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, "Laçın" qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoyub, 8 MVt gücündə "Güləbird" Su Elektrik Stansiyasının, "Qorçu" yarımstansiyasının, "Mişni" və "Alxaslı" Kiçik Su Elektrik stansiyalarının, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, 2 nömrəli tam orta məktəbin, "Həkəri Balıq Təsərrüfatı"nın, "Hoçaz film" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışını edib: "Təbii yaşıllıqlarla əhatələnmiş Laçındakı səliqə-sahman, abadlıq, gözəllik göz oxşayır. Laçın öz təbii gözəlliyinə görə müqayisəedilməzdir. Hazırda Laçın şəhərində 570 ailə olmaqla 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində isə 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb. Zümrüd meşələri, qarlı dağları, yaşıl çəmənləri, qaynayan bulaqları ilə gözoxşayan Laçın bu gün nəinki Azərbaycanın, dünyanın ən gözəl guşələrindən biridir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 03 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

16.10.2026 230
.

"Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə

16.10.2026 175
.

Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?

Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim

16.10.2026 254
.

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"

16.10.2026 260
.

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl

16.10.2026 162
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 223
.

Köhnə cins şalvarlar yenidən dəbdə

2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə

16.10.2026 236
.

23 il sonra yenidən duet oxuyacaqlar

Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy

16.10.2026 708
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.