Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
"Qafqazinfo" xəbər verir ki, Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Dövlət başçısı Mövlud Çavuşoğluna Qərbi Azərbaycan İcmasının Bakıda keçirəcəyi Beynəlxalq Konfransda iştirakına görə minnətdarlığını bildirərək, bu tədbirin əhəmiyyətinə toxunub.
Mövlud Çavuşoğlu da öz növbəsində bu konfransın önəmini vurğulayıb və tədbirə dəvətə görə minnətdarlığını bildirib.
O, Azərbaycanda bu il keçirilmiş Parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbriklərini çatdırıb. Eyni zamanda Azərbaycanın ev sahibliyi etdiyi COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı Prezident İlham Əliyevi təbrik edən Mövlud Çavuşoğlu bu tədbiri tarixi zirvə toplantısı kimi qiymətləndirərək, burada qəbul edilmiş qərarların böyük önəm daşıdığını vurğulayıb.
Dövlət başçısı da COP29-un yüksək səviyyədə təşkil olunduğunu və əhəmiyyətini qeyd edərək, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin həmin tədbirdə iştirakını bir daha yüksək qiymətləndirib və bunun COP29-un önəminin daha da artırılması işinə töhfə verdiyini bildirib.
Prezident İlham Əliyev xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakına toxunub və konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu deyib, COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Dövlət başçısı bunun Türk dünyasının da növbəti bir uğuru olduğunu deyib.
Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 717 Tarix: 04 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY
"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə
16.10.2026 230 "Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə
16.10.2026 175 Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?
Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim
16.10.2026 254 Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı
"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"
16.10.2026 260 Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi
1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl
16.10.2026 162 Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir
"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml
16.10.2026 223 Köhnə cins şalvarlar yenidən dəbdə
2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə
16.10.2026 236 23 il sonra yenidən duet oxuyacaqlar
Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy
16.10.2026 708 "Hamı mənim balama ağladı"
Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd
16.10.2026 245