"Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmalıyıq"-DEPUTAT

"Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmalıyıq"-DEPUTAT"Azərbaycanlılar XX əsrdə 3 dəfə tarixi torpaqları-Qərbi Azərbaycandan deportasiya olunublar. Çox təəssüflər olsun ki, sonuncu deportasiyadan sonra qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıdışı hələ də reallaşmayıb. Xüsusilə də 90-cı illərin əvvəllərində Qarabağın işğalı və Azərbaycanın 20% torpağının itirilməsi qərbi azərbaycanlıların hüquqlarının müdafiəsində müəyyən problemlər ortaya çıxardı. Hədəfimiz daha çox Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, köçkünlərin dədə-baba torpaqlarına qayıdışını təmin etmək oldu. Bu iş artıq həllini tapıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edib. Keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura böyük qayıdışına start verilib".

Bunu BiG.AZ-a danışan deputat Naqif Həmzəyev bildirib.

O, qeyd edib ki, 2022-ci ilə möhtərəm cənab prezidentin Qərbi Azərbaycan İcmasının qərargahına gələrək öz doğum gününü məhz bu torpaqdan olan ziyallılarla keçirməsi və həmin görüşdəki tarixi çıxışı, ondan sonra bu icmanın fəaliyyəti və Qərbi Azərbaycana qayıdışla bağlı qəbul edilmiş konsepsiyaya söykənərək onu deyə bilərik ki, biz bu torpaqlara qayıdışın dinc yolla həyata keçirilməsini və baş tutmasını istəyirik:

"Kifayət qədər tarixi faktlar var. Mən düşünürəm ki, dünya ictimaiyyəti, tarixçilər, siyasətçilər, çox yaxşı bilirlər ki, Ermənistan torpaqları tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq faktiki olaraq qərbi azərbaycalıların yaşadığı kəndlərdə, ərazilərdə, qəsəbələrdə,bu gün az sayda erməni yaşayır. Faktiki olaraq həmin ərazilər boşdur. Bu baxımdan da biz nəyin bahasına olursa olsun, qərbi azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüquqlarını bərpa etməliyik. Bunu BMT qanunları və konvensiyaları çərçivəsində həll edə bilərik. Artıq kifayət qədər qaçqının öz dədə-baba torpaqlarında yaşamaq hüquqlarını təsdiq edən qanunlar var.
Azərbaycanda Qərbi Azərbaycan İcması, Xarici İşlər Nazirliyi, və adiyyəti qurumlar məhz bu səpkidə işlər görür. Xüsusilə də, parlament diplomatiyasının da gücündən istifadə edərək qərbi azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıra bilərik.
Lakin təəssüflər olsun ki, bu günə qədər bir dəfə də olsun ki, Ermənistan siyasi rəhbərliyi Qərbi Azərbaycan İcmasının müraciətlərinə cavab verməyib. Qərbi azərbaycanlıların qayıdışını şərtləndirən məsələlər hələ də, açıqlama verməkdən çəkinib. Bu da bizi narahat edir. Ancaq istənilən halda haqq-ədalət bizim tərəfimizdədir. Mən inanıram ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarında yaşama hüquqları bərpa ediləcəkdir.
Hazırda Qərbi Azərbaycan İcması məhz deportasiyaya məruz qalmış bizim soydaşlarımızla bağlı dəqiq məlumatlar hazırlayıb. Sonuncu deportasiya zamanı onlara dəymiş ziyan hesablanıb. Bu iş üzrə fəaliyyətimiz davam etdirilir. Eyni zamanda Qərbi Azərbaycan İcması daha güclü formada təşkilatlanıb. Bu gün tək ordan deportasiya olunan soydaşlarımız deyil, onların nəsil davamçıları ilə bağlı məlumatlar da toplanıb. Bir sözlə biz nəyin bahasına olusa olsun, öz torpaqlarımıza qayıdacağıq. Öz kənd və qəsəbələrimizdə, yaşadığımız şəhərimizdə həyatımızı davam etdirəcəyik. Tarixi Azərbaycan torpaqlarına həyat gələcək. Dədə-babalarımızın uyuduqları qəbirləri bərpa edəcəyik.
Biz cənab prezident İlham Əliyevə də təşəkkür edirik ki, bu məsələdə qərbi azərbaycanlıların yanındadır. Necə ki, zamanında hamımız qarabağlı idik, indi də hamımız qərbi azərbaycanlıyıq. Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmalı və onların dədə-baba torpaqlarında yaşayışlarını təmin etməliyik".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 742   Tarix: 04 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məktəbli forması vahid təhsil mühitinin qorunmasına xidmət edir" - RƏY

"Məktəbli forması bütün dünyada qəbul olunmuş bir yanaşmadır. Müxtəlif ölkələrin özünəməxsus məktəbli geyim forması və bu sahədə müəyyən etdiyi qaydalar var. Şagirdlərin vahid forma ilə məktəbə gəlməsi təhsil müəssisələrində ümumi nizamın qorunmasına, vahid təhsil mühitinin formalaşmasına və məktəblilə

16.10.2026 230
.

"Environmental Protection First" koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

"Environmental Protection First" koalisiyası Ermənistanda COP17 - Bioloji Müxtəliflik üzrə Konvensiyanın Tərəflər Konfransının 17-ci iclası ilə bağlı vətəndaş cəmiyyəti nümayəndələrinə, dövlətlərə və beynəlxalq ətraf mühit təşkilatlarına müraciət edib. AZƏRTAC müraciəti təqdim edir. COP17 təbiə

16.10.2026 175
.

Mobil rabitə bazarında rəqabət: Xarici operatorların gəlişi qiymətləri aşağı sala bilərmi?

Xarici mobil operatorların Azərbaycanda fəaliyyət göstərməməsi məsələsinə sadəcə "buraxılmırlar" və ya "gəlmək istəmirlər" prizmasından yanaşmaq düzgün olmaz. Bu məsələ daha çox bazarın həcmi, investisiya mühiti və iqtisadi hesablamalarla bağlıdır. Vodafone, Orange və T-Mobile kim

16.10.2026 254
.

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib. "Qafqazinfo"

16.10.2026 260
.

Beş pişik bir adanı ələ keçirdi - Görün nələr baş verdi

1949-cu ildə Hind okeanındakı Marion adasına siçanlarla mübarizə üçün cəmi beş ev pişiyi gətirilib. Lakin pişiklər sürətlə çoxalaraq gəmiricilərdən çox dəniz quşlarını ovlamağa başlayıblar. Problemi həll etmək üçün atılan addım uzun illər davam edən ekoloji böhrana çevrilib. xarici mediaya istinadl

16.10.2026 162
.

Qoşqar Bəylərov: Məktəbdə vahid geyim qaydaları nizam-intizamı və bərabərliyi təmin edir

"Məktəblərdə vahid geyim formasının tətbiqi lazımdır və bunun müəyyən əsasları da var. Çünki məktəb, ilk növbədə, təhsil və tərbiyə müəssisəsidir. Xüsusilə azyaşlı şagirdlərin təhsil aldığı mühitdə vahid geyim standartlarının müəyyən edilməsi nizam-intizamın qorunması, şagirdlər arasında geyiml

16.10.2026 223
.

Köhnə cins şalvarlar yenidən dəbdə

2026-cı ilin payız mövsümündə cins şalvar dəbində gözlənilməz dəyişikliklər baş verir. Bir vaxtlar dəbdən düşmüş hesab edilən modellər yenidən populyarlıq qazanır. Ola bilsin ki, bu mövsümün ən dəbli cins şalvarı artıq uzun müddətdir qarderobunuzda saxladığınız köhnə geyimdir. xarici KİV-ə istinadə

16.10.2026 236
.

23 il sonra yenidən duet oxuyacaqlar

Əməkdar artist Könül Kərimova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər. Axşam.az xəbər verir ki, Moskvada keçirilən toy məclisində görüşən sənətçilər səhnəarxası kadrları sevənləri ilə bölüşüblər. 23 il əvvəlki "Cavanlıq səhvi" duetini canlı oxuyan ifaçılar yenidən işbirliy

16.10.2026 708
.

"Hamı mənim balama ağladı"

Türkiyəli müğənni Atilla Taş 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladını itirməsi ilə yaşadığı kədəri bu sözlərlə bölüşüb:. "Kədərimi ifadə edəcək söz tapa bilmirəm. Hələ də özümü çox gücsüz hiss edirəm. Amma o qədər yanımd

16.10.2026 245
.