"Mango"nun qurucusu faciəli şəkildə öldü
İspaniyanın "Mango" geyim şirkətinin qurucusu və ölkənin ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə baş verən qəzada dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Onun məlumatına görə, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
"La Vanguardia" qəzetinin aydınlaşdırdığı kimi, Andik ailə üzvləri ilə birgə ekskursiyada olub. O, 150 metr hündürlükdən yıxılıb.
"Mango" mətbuata açıqlamasında ölüm faktını təsdiqləyib.
Qeyd edək ki, "Mango" şəbəkəsi 1984-cü ildə Kataloniya Muxtar Bölgəsində İstanbulda doğulmuş yəhudi əsilli iş adamı İsak Andik tərəfindən yaradılıb. "Forbes" jurnalına görə o, İspaniyanın beşinci ən zəngin adamı idi.
"Mango"nun dünya üzrə təxminən 2 700 satış nöqtəsi var. Şirkət 2023-cü maliyyə ilini 3,1 milyard avrodan çox rekord satışla başa vurub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 711 Tarix: 15 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya İsrailin enerji obyektlərinin siyahısını İrana təhvil verib - KİV
Rusiya kəşfiyyatının İsrailin 55 mühüm enerji infrastrukturu obyektinin ətraflı siyahısını İrana təqdim etdiyi iddia olunur. xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti Ukrayna kəşfiyyatı ilə əlaqəsi olan mənbəyə istinadla məlumat yayıb. Bildirilir ki, Rusiyadan alınan məlumatla
07.04.2026 413 Yaşayış və qeyri-yaşayış sahələrinin satışı: vergi qaydaları
"Fiziki şəxslər tərəfindən öz mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin satışı sadələşdirilmiş vergi sisteminə cəlb olunur. Burada satılan daşınmaz əmlakın dəyəri önəm daşımır; istər 50 min, istərsə də 100 milyon manatlıq satış olsun, əsas meyar sahə və yerləşdiyi ərazidir". Bun
07.04.2026 394 Pezeşkian SEPAH-ı "özbaşınalıq"da ittiham edib: Daxili savaş başlayır?
"SEPAH-la İran preziddenti Məsud Pezeşkian arasında fikir ayrılığı daha da dərinləşməyə başlayıb". xəbər verir ki, bu barədə "İran İnternational" telekanalı məlumat yayıb. Bildirilir ki, aprelin 5-də prezident Məsud Pezeşkiyanla Xamineyinin yaxın adamlarından olan Hüseyn Taeb arasınd
07.04.2026 472 Küləklə bağlı - Xəbərdarlıq
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Naxçıvan MR, Kəlbəcər, Laçın, Gədəbəy, Göygöl, Zəngilan, Gəncə, Tovuz
07.04.2026 412 Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırıldı
Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazov Mədəniyyət Nazirliyinə çağırılıb. "Report"a istinadən xəbər verir ki, buna səbəb son günlər Opera və Balet Teatrının bəzi əməkdaşlarının rəhbərliklə bağlı narazılıqlarıdır. Yusif Eyvazovla nazirlikdə bu məsələlər ətrafınd
10:41 111 Təhsil ocağında təhlükə: uşaqlar nə qədər qorunur?
"Ağsuda baş verən bu hadisə həqiqətən sarsıdıcıdır və cəmiyyətdə ciddi narahatlıq doğurur. Məktəb uşağın özünü ən təhlükəsiz hiss etməli olduğu məkandır. Əgər kənar bir şəxs - xüsusilə 35 yaşlı, əlində kəsici alət olan bir şəxs - maneəsiz şəkildə təhsil müəssisəsinə daxil olub şagirdə xəsarət yetir
07.04.2026 375 Hörmüz boğazı gərginliyi: İran səfirliyi Zelenskini hədəfə aldı
İranın Cənubi Afrikadakı səfirliyi Ukrayna Prezidenti Vladimir Zelenskinin Hörmüz boğazının bağlanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair çıxışından sonra onu tənqid edib. xarici mediaya istinadən xəbər verir ki, səfirlik sosial media hesabında Ukrayna liderini "təlxək"
10:45 90 Trampdan yeni bəyanat: "İrandan çıxmayacağıq" - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir vaxtda, Donald Tramp-ın son açıqlamaları diqqət mərkəzinə düşüb. Daha əvvəl İranla bağlı çıxışlarında ABŞ qüvvələrinin 2-3 həftə ərzində bölgədən çıxacağını istisna etməyən Tramp, bu dəfə fərqli mövqe sərgiləyib. O, Axios-a verdiyi müsahibədə ABŞ-ı
07.04.2026 443 "Evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim" - Video
Məlum olduğu kimi, paytaxtın Keşlə qəsəbəsində kollektorun üzərində tikilən ev tamamilə sökülüb, xəttin bərpasına başlanılıb. "Qafqazinfo"nun məlumatına görə, sakin Səbuhi Məmmədov ATV-yə bildirib ki, evi 13 il əvvəl alsa da, onun kollektorun üzərində tikilməsindən xəbərsiz olub. "Mətbəxd
07.04.2026 625