Həkim çayın faydalı xüsusiyyətlərindən danışdı

Həkim çayın faydalı xüsusiyyətlərindən danışdıQrip və soyuqdəymə epidemiyaları dövründə isti çay kəskin respirator virus infeksiyalarının (KRVİ) müalicəsi və qarşısının alınmasının ən geniş yayılmış üsullarından birinə çevrilir.

Oxu.Az bu barədə "İzvestiya"ya istinadən xəbər verir.

Rusiyalı pediatr Viktoriya Şurupova bildirib ki, bitki çayları təkcə su balansını saxlamağa kömək etmir, həm də xəstəliyin simptomlarını yüngülləşdirə bilən bir sıra faydalı xüsusiyyətlərə malikdir. Soyuqdəymə ilə mübarizədə ən populyar vasitələrdən biri çobanyastığı çayıdır.

Şurupova xatırladıb ki, bu içki iltihabəleyhinə və sakitləşdirici xüsusiyyətləri ilə məşhurdur, iltihabi prosesləri azaldır, ağrı hissini azaldır və antiseptik xüsusiyyətlərə malikdir. Çobanyastığı, həmçinin orqanizmin bərpasında mühüm rol oynayan yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.

Pediatrın sözlərinə görə, nanəli çay da rahatlaşdırır və nəfəs almağı asanlaşdırır, zəncəfilli çay isə məşhur iltihabəleyhinə və bəlğəmgətirici xüsusiyyətlərə malik olmaqla immuniteti dəstəkləyir. İtburnu C vitamini və digər qiymətli mikroelementlərlə zəngindir ki, bu da immun sistemini gücləndirir və sağalma prosesini sürətləndirir. Cökə çayı tərlədicı təsiri sayəsində hərarəti aşağı salır və soyuqdəymə əlamətlərini yüngülləşdirir.

"Bəzi çaylar müəyyən insanlar üçün əks göstəriş ola bilər. Məsələn, qara çay tərkibində yüksək kofein olduğuna görə hipertoniya və ya yuxusuzluqdan əziyyət çəkənlər üçün məsləhət görülmür. Yaşıl çay böyük miqdarda qastrit və ya xora zamanı mədəni qıcıqlandıra bilər. Çobanyastığı və ya nanə kimi bitki çayları bu bitkilərə həssas olan insanlarda allergik reaksiya yarada bilər", - deyə həkim bildirib.

Mütəxəssis, həmçinin çayı simptomları əhəmiyyətli dərəcədə yüngülləşdirə və sağalmanı sürətləndirə bilən əlavələrdən istifadə etməklə içməyi təklif edib. Məsələn, sarıkök iltihabəleyhinə xüsusiyyətlərinə görə soyuqdəymə zamanı içkiyə əlavə ola bilər. Bağ melissası rahatlamağa, stressi azaltmağa və yuxunu yaxşılaşdırmağa kömək edir, moruq isə tərlədicı təsiri sayəsində hərarəti aşağı salır və sağalma prosesini sürətləndirir.

"Soyuqdəymə zamanı bitki çayı orqanizmi dəstəkləmək və xoşagəlməz simptomları aradan qaldırmaq üçün əla üsuldur. Lakin bu, sağalmağa kompleks yanaşmanın yalnız bir hissəsidir. Ondan ağılla, xoş və faydalı ritual kimi istifadə edin, lakin əsas müalicə üsullarını unutmayın", - deyə Şurupova yekunlaşdırıb.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1198   Tarix: 15 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

İnsanı dəhşətli xəstəliklərdən xilas edəcək üzümlü detoks RESEPTİ

Məlum olduğu kimi, hepatit və serroz xəstəlikləri qaraciyər üçün təhlükə mənbəyidir. Qaraciyər xərçənginə yoluxduğunuzu isə bir çox simptomlar vasitəsilə öyrənə bilərsiniz. -a istinadən xəbər verir ki, qaraciyər xəstəliyinin ilkin əlaməti dəridəki rəng dəyişimidir. Bu zaman dəri sarımtıl rəngə bürünür

17.08.2021 1744
.