Çindən süni intellekt sahəsində sensasion YENİLİK
Çinin süni intellekt sahəsində fəaliyyət göstərən startapı DeepSeek, sensasion bir açıqlama edərək, aparıcı süni intellekt şirkətlərinin modellərinə bənzər bir modeli 11 dəfə daha az hesablama gücü ilə hazırladıqlarını elan edib.
Lent.az xəbər verir ki, DeepSeek-in təqdim etdiyi məlumatlara görə, OpenAI, Meta və Anthropic kimi nəhənglərin modellərinə bənzər DeepSeek-V3 adlı dil modeli cəmi 2 ay ərzində 2.048 Nvidia H800 GPU-sundan ibarət bir qrup vasitəsilə 671 milyard parametr üzərində öyrədilib. Bu, təxminən 2.8 milyon GPU saatı deməkdir. Müqayisə üçün, Meta-nın 405 milyard parametrə malik Llama 3 modelini 54 gün ərzində 16.384 H100 GPU istifadə edərək öyrətməsi üçün 11 dəfə daha çox hesablama gücü (30.8 milyon GPU saatı) tələb olunub.
DeepSeek, qabaqcıl əlaqə xətti (pipeline) alqoritmləri, optimallaşdırılmış rabitə çərçivəsi və FP8 aşağı dəqiqlikli hesablama üsulundan istifadə edərək bu cür miqyaslı modellər üçün adətən tələb olunan hesablama və yaddaş ehtiyaclarını əhəmiyyətli dərəcədə azaltdığını iddia edir. Şirkət, DeepSeek-V3 modelinin hesablama tələblərini azaltmaq üçün onlarla optimizasiya texnikası tətbiq etdiyini vurğulasa da, bir neçə əsas texnologiya bu nəticələrin əldə olunmasında həlledici rol oynayıb. DeepSeek, DualPipe adlı alqoritmdən istifadə edərək həm hesablama, həm də rabitə mərhələlərində effektivliyi artırdığını bildirir. Bu alqoritm, xüsusilə MoE arxitekturasının tələb etdiyi qovşaqlararası ekspert paralelliyi üçün təlim darboğazlarını minimuma endirib. Beləliklə, sıfıra yaxın rabitə yükü ilə 14.8 trilyon simvolun işlənməsi mümkün olub.
Bundan əlavə, DeepSeek rabitə zamanı istifadə olunan qovşaqların sayını hər simvol üçün maksimum 4 qovşaqla məhdudlaşdırıb. Bu yanaşma trafiki azaldıb və rabitənin hesablama ilə effektiv şəkildə üst-üstə düşməsinə imkan verib. Performans baxımından, şirkət DeepSeek-V3 MoE modelinin bəzi göstəricilər üzrə GPT-4x, Claude-3.5-Sonnet və LLama-3.1 modelləri ilə müqayisə edilə bilən, bəzən isə onları ötüb, keçən nəticələr verdiyini bildirir. Lakin bu iddiaların müstəqil tədqiqatçılar tərəfindən təsdiqlənməsinə ehtiyac var. Şirkət modeli və onun parametrlərini açıq mənbə kimi təqdim edib, buna görə də yaxın vaxtlarda müqayisəli testlərin aparılması gözlənilir.
DeepSeek-V3 modeli parametrlərin sayı və ya məntiqi düşünmə qabiliyyətləri baxımından GPT-4 və ya Llama-3 kimi qabaqcıl modellərdən geri qalsa da, məhdud resurslarla yüksək səviyyəli bir MoE modelinin hazırlanmasının mümkün olduğunu nümayiş etdirir. Təbii ki, bu, çoxlu optimizasiya və aşağı səviyyəli proqramlaşdırma tələb edir, lakin nəticələr olduqca ümidverici görünür. DeepSeek komandası, DeepSeek-V3 modelinin tətbiqinin inkişaf etmiş avadanlıqla yanaşı, prefilling və dekodlaşdırma mərhələlərini bir-birindən ayıran xüsusi paylama strategiyası tələb etdiyini, bunun isə resurs çatışmazlığı səbəbindən kiçik şirkətlər üçün əlçatmaz ola biləcəyini etiraf edir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1097 Tarix: 28 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBorşa da abidə qoyulacaq
Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin
10.09.2021 1189 Zooloqlar inəklərə görün nəyi öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas
15.09.2021 960 Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
13.09.2021 1580 Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO
Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib
14.09.2021 2001 Bu şəxslərə soğan yemək olmaz
Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey
12.09.2021 2801 Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?
Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin
16.09.2021 1627 Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL
Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A
11.09.2021 3168 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875