Meymunçiçəyi öldürücüdürmü? - Həkim AÇIQLADI
Meymunçiçəyinin (monkeypox) Azərbaycanda aşkarlanması əhali arasında təşvişə səbəb olub.
Bu xəstəlik Azərbaycanda sürətlə yayıla bilərmi? Xəstəliyin hansı yan təsirləri var? Ümumiyyətlə, meymunçiçəyi öldürücüdürmü?
Mövzu ilə bağlı Musavat.com-a danışan həkim-infeksionist Mərdan Əliyev deyib ki, meymunçiçəyi ağır gedişə malik xəstəlik hesab olunur:
"Dəri üzərində səpkilərin olması, hərarətin yüksəlməsi, intoksikasiya əlamətləri, halsızlıq, iştahsızlıq, sümük-əzələ oynaqlarında ağrılar müşahidə olunur, limfa düyünlərinin böyüməsi və s. kimi əlamətlərlə özünü göstərir. Xəstəlik sıx təmas yolu ilə yoluxur. Bu xəstəlik Azərbaycanda xarici səfərdən qayıdan bir şəxsdə aşkar edilib. Həmin şəxs xaricdə səpkili şəxslə təmasda olub və vətənə qayıtdıqdan sonra infeksiya aşkarlanıb. Qeyd edilməlidir ki, bu xəstəlik məsafədən yoluxmur, yalnız sıx təmas nəticəsində keçir. Bu səbəbdən xəstəliyin bir nəfərdə olması ölkəmizdə onun kütləvi yayılacağı anlamına gəlmir. Bu, yəqin ki, təkcə bir hadisə ilə məhdudlaşar. Xəstə karantinə alınıb, ailə üzvləri də müşahidə altına götürülüb. Yəqin ki, əlavə problemlər yaşanmaz".
Həkimlər onu da qeyd edirlər ki, meymunçiçəyi adətən ölümcül olmayan bir xəstəlikdir, lakin onun yan təsirləri və ağırlaşmaları şəxsin sağlamlıq vəziyyətindən və müalicədən asılı olaraq dəyişə bilər. Xəstəlik xüsusilə uşaqlar, immuniteti zəif olan şəxslər və yanaşı xəstəlikləri olanlar üçün daha ciddi ola bilər.
Ümumi simptomlar: hərarət, baş ağrısı, əzələ ağrıları, yorğunluq və halsızlıq.
Dəri səpkiləri üzdə başlayıb bədənə yayılır. Qabarcıqların irinlə dolması və sonradan quruyub tökülməsi ilə müşahidə edilir. Bəzən daimi çapıqlar qala bilər. Ağırlaşmalar əsasən sekundar bakterial infeksiyalar, sətəlcəm, göz infeksiyaları (keratit kimi), nadir hallarda ensefalitdir (beyin iltihabı).
Meymunçiçəyi xəstəliyinin müxtəlif növləri arasında ölüm riski fərqli ola bilər. Qərbi Afrika ştamında ölüm faizi daha aşağıdır (1%-dən az), lakin Mərkəzi Afrika ştamında bu rəqəm 10%-ə qədər çata bilər.
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1318 Tarix: 18 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır
Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub
30.08.2021 1188 Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar
Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur
15.08.2021 2008 Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN
İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl
24.08.2021 1827 Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma
Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi
23.08.2021 1483 Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır
Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını
04.09.2021 833 Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT
Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin
19.08.2021 1451 Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ
Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki
11.09.2021 998 Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?
"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər
27.08.2021 1409 Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları
İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira
29.08.2021 1334