Meymunçiçəyi virusu Azərbaycanda: Yoluxma, əlamətlər və QORUNMA YOLLARI
Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı xarici ölkəyə turistik səfərdən qayıtdıqdan bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına əsasən meymunçiçəyi virusuna yoluxmadan şübhələnib.
Virus aşkarlanan pasiyentin müraciət etdiyi klinikanın dermatoloqu, uzman həkim Mehdi İskəndərli meymunçiçəyinin təhlükəsi, profilaktikası və müalicə üsulları haqqında Oxu.Az-a danışarkən bildirdi ki, meymunçiçəyi poksvirus (poxviridae) qrupuna aid olan virus mikrobları tərəfindən törədilən infeksion dəri xəstəliyidir.
"Meymunçiçəyi lokal dəri xəstəliyi hesab edilmir. İnkubasiya dönəmindən sonra xəstədə qızdırma, halsızlıq, başağrısı, əzələ-sümük ağrısı, oynaq ağrıları kimi prodromal əlamətlər müşahidə edilir. Prodromal mərhələdən sonra xəstədə çiçək açırmış kimi göbəklənən səpgilər meydana gəlir.
Bu səpgilər bədənin hər tərəfində yarana bilər. Poksvirus ailəsinə aid olan çiçək, molluskum kontakiozum, orf xəstəliyi, o cümlədən, herpes ailəsinə aid olan suçiçəyinə bənzər səpgilər verir.
Meymunçiçəyinin COVID-19 qədər sürətli yayılma qabiliyyəti yoxdur, öldürmə qabiliyyəti aşağıdır. Suçiçəyinə bənzər gedişat göstərir", - deyə həkim bildirib.
Həkim vurğulayıb ki, əlavə immuniteti zəiflədən hal olmazsa, xəstəlik öz ömrünü iki-dörd həftə ərzində başa vurur və yaraların qabıqlanması ilə xəstə sağalma dönəminə girmiş olur:
"Xəstəliyin profilaktikasında ümumi gigiyena qaydalarına riayət etmək, o cümlədən, əl üçün antiseptik məhlullardan istifadə etmək, xəstəlik zamanı isə qoruyucu tibbi maskalardan, həkimin təyin etdiyi antiseptik tərkibli qarqaralardan istifadə etmək lazımdır".
Dermatoloq vurğulayıb ki, risk qrupuna aid insanlar bu tədbirlərə daha həssas yanaşmalıdırlar:
"Risk qrupuna daxil olan, meymunçiçəyi xəstəsi ilə təmasda olan insanlar, o cümlədən həkimlər, xəstənin yaxınları, immuniteti zəiflədən xəstəliklərdən dolayı immuniteti aşağı plan xəstələr bu cür profilaktik qaydalara ciddi əməl etməlidirlər. Bu tövsiyələr hamilələr və uşaqlar üçün də keçərlidir".
Meymunçiçəyinin yoluxma üsullarına gəlincə isə M.İskəndərli vurğulayıb ki, bu xəstəlik, əsasən, dərinin və selikli qişaların uzunmüddətli təması yolu ilə keçir:
"Yəni kontakt yolu ilə. Ən çox cinsi təmasdan sonra yayılır. Bundan başqa, virusa bulaşmış cansız əşyalar, vücud mayesi və damcı yolu ilə də keçə bilər".
Həkim qeyd edib ki, meymunçiçəyinə yoluxma ilə bağlı karantinin tələb olunub-olunmayacağı ilə bağlı ətraflı fikir bildirə bilməyəcək:
"Ölkəmizdə qeydə alınan ilk meymunçiçəyi klinik halının karantin qaydalarını Səhiyyə Nazirliyinin aidiyyəti şöbələri təyin edəcəklər. O səbəbdən bu barədə ətraflı fikir bildirə bilmərəm.
Bir əsas məsələni qeyd edim ki, xəstəliyin müalicəsində spesifik dərmanlar yoxdur. Yalnız fəsadlaşmış hallarda antiviral terapiyalar aparıla bilər. Adi halda dəstək müalicələrə gəlincə, bol maye qəbul etmək və ev şəraitində qalmaq vacibdir".
BiG.Az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1440 Tarix: 19 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
02.09.2026 468 Alimlər: Zövq üçün mütaliə istənilən yaşda beyni qoruyur
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, zövq üçün mütaliə beynin fəaliyyətini yaxşılaşdırır və demensiyanın inkişaf riskini azaldır. Qaynarinfo xəbər verir ki, "Psychological Medicine" jurnalında dərc olunan icmalda tədqiqatçılar kitabların hər yaşda insanlara stressin öhdəsində
16.09.2026 297 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq
Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər
21.09.2026 301 Qadınlarda "supergörmə" geni ola bilər, amma adətən "yatmış vəziyyətdə" qalır
Qadınların 12 faizə qədəri potensial olaraq əlavə rəng reseptoru verən genlərin daşıyıcısı ola bilər. Bu isə onlara digər insanların görə bilmədiyi rəngləri ayırd etmək imkanı verə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics" məlumat yayıb. İnsanların adi görmə qabiliyyət
22.09.2026 235 İltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11.09.2026 392 Saç tökülməsinə qarşı faydalı çərəz məlum oldu
"Zülal baxımından ən zəngin çərəz yerfındığıdır". Ölkə.az "Good Hauskeeping"ə istinadla xəbər verir ki, bu barədə diyetoloq Anita Mirçandani danışıb. Mütəxəssisin sözlərinə görə, botanika baxımından yerfındığı çərəz deyil, paxlalılar fəsiləsinə aid olsa da, tez-tez çərəz qarışıqların
03.09.2026 415 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?
Ağ saçların yaranması, digər amillərlə yanaşı, saç rənginə cavabdeh piqment olan melaninin istehsalının tədricən azalması ilə bağlı təbii prosesdir. Bəzi insanlarda ilk ağ saçlar daha erkən, digərlərində isə daha gec görünür. Ayrı-ayrı ağ tellər uzun müddət ciddi problem yaratmaya bilər. Adətən ağ saçla
18.09.2026 379 Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
Sürətli yeriməyin gündəlik addım sayı nisbətən az olan insanlarda belə erkən ölüm riskini azalda biləcəyi müəyyən edilib. xəbər verir ki, alimlər 100 mindən çox orta və yaşlı insanın məlumatlarını təxminən 8 il ərzində araşdırıblar. Nəticələrə görə, gündə 5 min addımdan az atan, lakin dəqiqədə ən az
09.09.2026 398 Dərman əvəzinə gülüş: Alimlər ağciyərlərə kömək üçün qeyri-adi üsul təklif etdi
Müalicə planına gülüş terapiyasının əlavə edilməsi geniş yayılmış ağciyər xəstəliyindən əziyyət çəkən pasiyentlərdə nəfəsalma problemlərini yüngülləşdirməyə kömək edə bilər. Qaynarinfo-nun məlumatına görə, "The Independent" yeni araşdırmanın nəticələrinə istinadən xəbər verir ki, alimlər b
08.09.2026 327