Rusiya kömürünün ixracı sanksiyalar və dəmiryol problemləri səbəbindən 6 illik minimuma düşüb

Rusiya kömürünün ixracı sanksiyalar və dəmiryol problemləri səbəbindən 6 illik minimuma düşübRusiyanın kömür şirkətləri üç il dalbadal yenidən ixracatın azalması ilə üzləşiblər.

"Report" xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti "Argus" beynəlxalq qiymətləndirmə agentliyinin icmalına istinadən məlumat yayıb.

Ötən ilin nəticələrinə görə, kömür şirkətləri xarici bazarlara 195 milyon ton məhsul satıblar ki, bu da öncəki illə müqayisədə 17,5 milyon ton, 2022-ci illə müqayisədə isə 26,2 ton az olub.

Müharibədən əvvəlki 2021-ci illə (223,4 milyon ton) müqayisədə Rusiyadan kömür ixracı 13 % azalıb və hazırkı həcmlər son 6 ilin ən aşağı göstəricisi olub. 2020-ci ildə 211 milyon ton, 2019-cu ildə 199 milyon ton, 2018-ci ildə isə 193 milyon ton kömür ixrac edilib.

"Argus" analitiklərinin qeyd etdiyi kimi, sanksiyalar ixrac tədarükünə mənfi təsir göstərməyə davam edir: neft və qazdan fərqli olaraq, Avropa kömürə tam embarqo tətbiq edib, ən böyük kömür şirkətləri – SUEK və "Mechel" ABŞ-nin sanksiya siyahısına daxil edilib.

"Argus"a görə, vəziyyəti "iqtisadiyyatın Şərqə üzə döndərməyə" hazır olmayan dəmir yollarındakı problemlər daha da ağırlaşdırıb. Yük axınının artması fonunda lokomotiv və maşinist çatışmazlığı Rusiya Dəmir Yollarını (RDY) nəqliyyat kollapsının astanasına gətirib: şəbəkədə orta hərəkət sürəti 35 km/saatdan aşağı düşüb və 1991-ci ildən bəri minimum həddə çatıb.

Ötən ay "Bloomberg"ə danışan top-menecerlərə görə, dəmir yollarındakı tıxaclar səbəbindən bir neçə kömür şirkəti plana uyğun ixrac tədarükünü həyata keçirə bilməyib.

Kömürün ixrac qiymətləri 7 ilin ən aşağı səviyyəsinə düşüb. Nəticədə Rusiyadakı kömür şirkətlərinin yarıdan çoxu zərərə düşüb və bütün sektor ili mənfi maliyyə nəticəsi ilə başa vurub: "Rosstat"ın yanvar-oktyabr məlumatlarına görə, balanslaşdırılmış zərər 81 milyard rubl təşkil edib.

Xarici bazarlardan sanksiyalarla kəsilən kömür şirkətləri hasilatı azaltmağa başlayıblar. Əsas kömür regionu olan Kemerovo vilayətində ötən ilin nəticələrinə görə hasilat 15,8 milyon ton azalaraq 198,4 milyon tona düşüb. Regionun kömür ixracı 10 % azalaraq 102 milyon ton təşkil edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 544   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

22:00 0
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

17:03 324
.

Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB

Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır. Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əld

12:46 212
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

21:45 49
.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 220
.

"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama

"Məktəblərdə həm şagirdlər üçün, həm də müəllimlər üçün geyim forması vahid olmalıdır. Çünki mən bunu öz həyatımda, öz şagird olduğum dövr də görmüşəm ki, bizim dövrümüzdə məktəblərdə şagirdlər üçün məktəbli geyimləri var idi, ancaq müəllimlər üçün yox idi. Müəllimlərimiz, xüsusən qadın müəllimlə

13:06 223
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

16:12 204
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

14:34 180
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

20:30 159
.