Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlər

Plastik cərrahiyyə sahəsinin problemləri: Ucuz reklamın qurbanına çevrilənlərAzərbaycanda plastik cərrahiyyə sahəsində hərc-mərclik hökm sürür. Plastik cərrahlarla bağlı yaşanan son qalmaqal bu sahədə ciddi problemlərin olduğunu bir daha təsdiqləyir. İctimaiyyət arasında gedən müzakirələr onu deməyə əsas verir ki, ixtisası olmayan həkimlər bu sahədə at oynadırlar. Hətta fəaliyyəti qadağan olunan həkimlərin də işlərinə davam etmələri ilə bağlı məlumatlar var.

Bəs görəsən, mövcud problemin aradan qaldırılması üçün hansı addımların atılması mümkündür? Bu istiqamətdə Səhiyyə Nazirliyinin mövqeyi nədən ibarətdir? Bununla bağlı müvafiq araşdırmalar aparılıbmı? İxtisası olmayan həkimlərin estetik cərrah kimi çalışması hüquqi cəhətdən hansı məsuliyyəti yaradır?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Meydanda peşəkarlar qalacaq"

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, plastik və estetik cərrah Vaqif Qələndər "Kaspi"yə açıqlamasında bildirib ki, plastik cərrahiyyə Azərbaycan üçün yeni bir sahədir: "Sovet dövründə bu, ümumi cərrahiyyənin daxilində idi. Yəni, yanıqları, üzdə yaranan problemləri, anadangəlmə qüsurları və s. ümumi cərrahlar əməliyyat edirdi. Rezidentura proqramı hazırlandıqdan sonra artıq plastik cərrahiyyə yeni bir sahə kimi ayrıldı. Hazırda ixtisaslı plastik cərrahiyyə üzrə mütəxəssislər beş il müddətinə hazırlanır. Həkimlər plastik cərrah işləmək üçün mütləq rezidentura təhsili almalıdırlar. Belə deyək ki, plastik cərrahiyyə artıq konkret sahədir. Sertifikasiyadan keçməyənlər isə ümumiyyətlə, həkim adı altında fəaliyyət göstərməməlidir. Bu sahədə qeyri-qanuni işlərlə məşğul olanlarla aidiyyəti qurumlar ciddi şəkildə mübarizə aparmalıdırlar".

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycanda plastik cərrahiyyə keçid dövrünü yaşayır: "Bu proses qonşu Türkiyədə də belə gedib. Dünyanın bir çox ölkələrində plastik cərrahiyyə ilə kosmetologiyanı qarışdırıblar. Məsələn, bəzi tibbi təhsili olmayan insanlar kosmetoloji prosedurlar həyata keçirirlər. Buna "padvalaltı kosmetologiya" deyilir. Bir çox ölkələrdə, o cümlədən bizdə də mövcuddur. İndi bu istiqamətdə silkələnmə baş verdi, artıq hər şey yerinə oturmalıdır. Keçid dövrü başa çatandan və ələnmə prosesi yekunlaşandan sonra meydanda peşəkarlar qalacaq".

Ucuz reklamın qurbanına çevrilənlər

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrdə də müəyyən qadağaların tətbiq olunması vacibdir: "Pasiyentlər bu sahədə həkim seçərkən diqqətli olmalı, ucuz reklamlara aldanmamalıdırlar. Pasiyentlər həkimə müraciət edərkən onun diplomunu tələb etməli, plastik cərrah olub-olmadığını araşdırmalıdırlar. Bundan başqa, sertifikasiyadan keçib-keçmədiyini öyrənməlidirlər. Son vaxtlar plastik cərrahiyyələrlə bağlı şikayətlərin artmasının əsas səbəblərindən biri məhz bu sahədə qeyri-peşəkar insanların qanunsuz fəaliyyət göstərməsidir. Pasiyentlər onları haradan tapırlar? Təbii ki, sosial şəbəkələrdən. Bu gün sosial şəbəkələr naşı plastik cərrahların reklamları ilə "göz oxşayır". Onlar səhifələrində hətta özlərinə məxsus olmayan əl işlərini paylaşmaqdan da çəkinmirlər. Nəticədə insanlar ucuz reklamın qurbanı olurlar".

10 ayda 15 qayda pozuntusu

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) sorğumuza cavab olaraq bildirilib ki, cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır: "Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. 2024-cü ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu haqda inzibati tənbeh tədbirləri görülüb".

Həkimdən sertifikatı tələb edin

Mərkəzdən o da vurğulanıb ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirlər: "Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş bizə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandankənar yoxlama barədə qərar qəbul edilir. İttihamlarla bağlı AEM-ə rəsmi şikayət təqdim olunduğu təqdirdə araşdırma aparmaq barədə qərar qəbul edilə bilər. Xüsusi ağır hallarda toplanan materiallar hüquq-mühafizə orqanlarına göndərilir".

10 mindən 30 min manatadək cərimə

Hüquqşünas Ruslan Vəliyev deyib ki, ölkəmizdə tibbi fəaliyyət lisenziyalaşdırılmış fəaliyyət növü hesab edilir: "Məlumdur ki, həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidirlər. Lisenziya olmadan fəaliyyət göstərənlər məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər iki min manatdan üç min manata, vəzifəli şəxslər beş min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1 000 manata, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 918   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida

Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk

22:00 0
.

Azərbaycanda gənc əsgər vəfat etdi - Foto

Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki

17:03 324
.

Azərbaycanlılar Türkiyədə niyə daha az mənzil alır? - SƏBƏB

Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədə 570 mənzil alıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% və ya 32 mənzil azdır. Bu barədə Türkiyə Statistika Komitəsi (TÜİK) məlumat yayıb. 2025-ci ilin ilk səkkiz ayında Azərbaycan vətəndaşları Türkiyədə 602 mənzil əld

12:46 212
.

Trampın kürəkəninə qarşı iddia qaldırıldı

"Citizens for Responsibility and Ethics" təşkilatı (CREW) ABŞ Prezidentinin kürəkəni Cared Kuşnerə qarşı məhkəmə iddiası qaldırıb. "Yeni Sabah" xəbər verir ki, CREW onu qeyri-qanuni diplomatik funksiyaları yerinə yetirməkdə ittiham edir. Təşkilat nümayəndələri təyinat üçün tələblə

21:45 49
.

Saleh Səmədova hökm oxundu

İmişli Rayon Ağsaqqallar Şurasının həbsdə olan sabiq sədri Saleh Səmədovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, indilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Prosesin əvvəlində vəkil Ceyhun Məmmədov müvəkkili tərəfindən vurulmuş 224 min manat ziyanın v

15:31 220
.

"Dərsdə müəllimlərin geyimini müzakirə edirdik" - Sosioloqdan maraqlı açıqlama

"Məktəblərdə həm şagirdlər üçün, həm də müəllimlər üçün geyim forması vahid olmalıdır. Çünki mən bunu öz həyatımda, öz şagird olduğum dövr də görmüşəm ki, bizim dövrümüzdə məktəblərdə şagirdlər üçün məktəbli geyimləri var idi, ancaq müəllimlər üçün yox idi. Müəllimlərimiz, xüsusən qadın müəllimlə

13:06 223
.

Liderlərin səmimi görüntüləri - Video - Fotolar

Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri

16:12 204
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

14:34 180
.

Yüzlərlə "iPhone" sulara qərq oldu

Hörmüz boğazında Sinqapur bayrağı altında üzən "GFS Pride" konteyner gəmisi batıb. "Yeni Sabah" xəbər verir ki, gəminin konteynerlərində "Apple" şirkətinə məxsus yüzlərlə "iPhone" smartfonu, bahalı brend ətirlər və digər lüks mallar olub. Hadisədən dərhal sonr

20:30 159
.