İmişlidə iki uşağın ölümü ilə nəticələnən qəza ilə bağlı bir nəfər həbs edildi
İmişlidə 2 uşağın ölümü ilə nəticələnən yol qəzasına səbəb olmaqda təqsirləndirilən 17 yaşlı oğlan həbs edilib.
Bu barədə BiG.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 18-də, İmişli şəhəri ərazisində "Mercedes-Benz" markalı fərdi nəqliyyat vasitəsi və BMW markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İlkin istintaq tədbirləri ilə İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlının qohumuna məxsus olan "Mercedes Benz 190" markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçıraraq, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1577 Tarix: 21 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 170 Mourinyo bu hücumçunu satmadı
"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal
19:00 163 Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Səfirlik qarşısındakı aksiyaların yaratdığı suallar
"Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, ağır sınaqlardan keçmiş həmrəyliyə və xalqların bir-birinə bəslədiyi dərin hörmətə söykənir. "Bir millət, iki dövlət" prinsip
12:27 204 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
14:31 456 Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?
Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans
14:16 208 Bakı Bəyannaməsi qəbul edildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
17:07 211 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
18:45 143 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
20:45 88 Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
18:15 194