"Fransa Ermənistanı dəstəkləməklə Azərbaycanla arasında olan körpüləri yandırmış oldu" - DEPUTAT
Son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən, Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirib və beynəlxalq hüququn normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir.
Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən, Fransa parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər.
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoyub.
Mövzu ilə bağlı BiG.AZ-a danışan millət vəkili Vüqar İskəndərov bildirib ki, Fransa, Makron hakimiyyəti dövründə özünün ən uğursuz xarici siyasət dövrünü yaşayır. Ölkə həm daxildə, həm də xaricdə nüfuzunu sürətlə itirməkdədir. Fransanın müstəmləkə siyasəti həyata keçirməsi, imperialist yanaşması ilə hələ də Afrikanın ucqar əyalətlərində koloniyalar yaratması, barbarlığa haqq qazandırması və yeritdiyi uğursuz siyasətin daha da nüfuzdan düşməsinə səbəb olur:
"Ermənistan 30 ilə yaxın qonşusu olan Azərbaycanın ərazilərini işğal etdi, əhalisinə qarşı soyqırımı törətdi, tarixi mədəniyyət abidələrini məhv etdi, bəzilərini demək olar ki, yer üzündən sildi. BMT-nin qəbul etdiyi 4 qətnaməsini heçə saydı. Lakin təəssüflər olsun ki, Fransa bu işğalçı ölkəni dəstəkləyir və onun yanında olduğunu bildirir. Təbiət ki, Azərbaycan bu məsələdə sakit qala bilməz. Cənab Prezident İlham Əliyev, dünyanın hazırkı nüfuzlu liderlərindən biri olaraq, Fransanın bu siyasətini bütün çılpaqlığı ilə ortaya qoyur. Təəssüflər olsun ki, Fransa hələ də Makronun rəhbərliyi altında irəliləməkdədir.
Ermənistan və Azərbaycan arasındakı münaqişə bitib və Azərbaycan, Cənubi Qafqaza qarşı olan bütün müdaxilələri bloklayıb. Cənab İlham Əliyev, Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla Ermənistan arasındakı münasibətə zərər vermələrinin qarşısını alır. Fransa prezidenti isə "uşaq cığallığı" siyasəti ilə "cavab verməyə" çalışır. Bu da Fransa kimi böyük dövlətə baş ucalığı gətirmir. Makronun biyabırçı daxili və xarici siyasəti onu ən uğursuz prezident hesab olunmasına gətirib çıxarır.
Fransa Ermənistanı dəstəkləməklə Azərbaycanla arasındakı körpüləri yandırmış oldu. Tarixi Azərbaycan-Fransa münasibətləri kifayət qədər zərər gördü. Nə qədər ki, Makron hakimiyyətdədir, Fransanın bu siyasəti dövləti dərin böhrana doğru aparacaq.
Azərbaycan öz inkişaf yolundadır. Fransa dövlətindən Azərbaycana qarşı yürüdülən siyasət iki ölkə arasında olan münasibətlərin sonlanması ilə nəticələnə bilər. Yaxşı olar ki, Fransa öz daxilindəki ağır ölkə problemləri ilə məşğul olsun".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 627 Tarix: 21 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 170 Mourinyo bu hücumçunu satmadı
"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal
19:00 163 Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Səfirlik qarşısındakı aksiyaların yaratdığı suallar
"Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, ağır sınaqlardan keçmiş həmrəyliyə və xalqların bir-birinə bəslədiyi dərin hörmətə söykənir. "Bir millət, iki dövlət" prinsip
12:27 204 AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela
14:31 456 Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?
Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans
14:16 208 Bakı Bəyannaməsi qəbul edildi
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli
17:07 211 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
18:45 143 "Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l
20:45 88 Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ
Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ
18:15 194