Kartda pul saxlamaq təhlükəlidirmi? EKSPERTLƏRDƏN AÇIQLAMA

Kartda pul saxlamaq təhlükəlidirmi? EKSPERTLƏRDƏN AÇIQLAMABir neçə müddətdir ki, kütləvi informasiya vasitələrində vətəndaşların şəxsi kartlarından pul oğurlanması xəbəri yayılıb. Bu halda vətəndaşlar kartlarda pul saxlamaq istəmir. Bu yolla öz vəsaitlərini "qoruduqlarını" düşünürlər.

Bəs ekspertlər bu məsələ ilə bağlı nələri məsləhət görür?

Mövzu ilə bağlı BiG.AZ-a danışan iqtisadçı ekspert Asif İbrahimov bildirib ki, kartlardan pul oğurlanmasının səbəbi istifadəçilərinin gizli məlumatı üçüncü şəxslərlə bölüşməsi nəticəsində baş verir. Bəzi hallarda bir qrup şəxsin zəng vurararq kart məlumatlarının istədiyinin şahidi oluruq:

Kartda pul saxlamaq təhlükəlidirmi? EKSPERTLƏRDƏN AÇIQLAMA"Özlərini bank işçisi kimi təqdim edərək bu məlumatları əldə edib, istifadəçinin kart gizliliyini təhlükə altında qoyur. Belə hallar, kiber cinayət sayılır. Bu halda mobil tətbiqlər vasitəsilə kartların deaktiv edilməsi vacibdir
Dünya praktikasında müasir bank sistemi inkişaf etdikcə informasiya texnologiyaları da inkişaf edir. Bununla bağlı şifrələmə texnologiyası artıq gündəmdə olan sistemdir. Müştəri məmnunluğu və məlumatların təhlükəsizliyi qorunması istiqamətində beynəlxalq standartlara uyğun sistem həyata keçirilir.
Ekspert olaraq tövsiyə edərdim ki, bank kartlarında vəsaitini saxlayan şəxslər öz məlumatlarını üçüncü şəxslə paylaşmasınlar. Hər hansı bir xırda problemdə dərhal banka məlumat versinlər".

Kartda pul saxlamaq təhlükəlidirmi? EKSPERTLƏRDƏN AÇIQLAMAMövzu ilə bağlı BiG.AZ-a danışan bank eksperti Əkrəm Həsənov da fikirlərini bölüşərək qeyd edib ki, kartlardan pulların oğurlanması əksər hallarda vətəndaşların özünün günahı ucbatından baş verir. Kimsə zəng edərək kart məlumatlarını istəyir, həmin şəxslər də məlumatı paylaşırlar. Yaxud da, şübhəli internet sayıtlarından alış-veriş edərək məlumatları qeyd edirlər. Bəzi hallarda bu məsələdə bankın da günahı olur:

Kartda pul saxlamaq təhlükəlidirmi? EKSPERTLƏRDƏN AÇIQLAMA"Vətəndaş məlumatı kiminləsə paylaşmasa da bank sisteminin təhlükəsizliyi zəif qorunduğundan hakerlər rahatlıqla kartlardan pul oğurlaya bilirlər.
Onu da etiraf etməliyik ki, bəzi bankların təhlükəsizlik sistemi yüksək səviyyədə deyil.
Bu məsələdə vətəndaşlara böyük məbləğləri kartlarda saxlamağı tövsiyə etmirəm. Vətəndaşların bir bankdan iki kart alması daha məsləhətlidir. Birində pul saxlanılsın, digərindən isə ödənişlər edilsin. Ödəniş edilən kartda əlavə pul saxlanılmasın. Lazım olduqca pul saxlanılan kartdan köçürmələr edərək istifadə etsin. Bu halda banklar da, şəxsləri məlumatları paylaşmaqda günahlandıra bilməz, təhlükəsizlik də lazımi şəkildə qorunar. Ekspert olaraq məsləhətim odur ki, vətəndaşlar bankın SMS xidmətinə qoşulsun. Hər bir ödənişdən sonra kod istənilsin, əlavə ödeniş edilməsi dayandırılsın".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1304   Tarix: 21 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?

Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl

12:01 170
.

Mourinyo bu hücumçunu satmadı

"Real"ın baş məşqçisi Joze Mourinyo komandanın braziliyalı hücumçusu Endrikin İtaliyanın "Milan" klubuna keçidinə icazə verməyib. xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı futbolçunu qış transfer pəncərəsində icarəyə götürməyi planlaşdırıb. Lakin portuqaliyal

19:00 163
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Səfirlik qarşısındakı aksiyaların yaratdığı suallar

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, ağır sınaqlardan keçmiş həmrəyliyə və xalqların bir-birinə bəslədiyi dərin hörmətə söykənir. "Bir millət, iki dövlət" prinsip

12:27 204
.

AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənib

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Azərbaycan Prezidenti İlham Əliyev tədbiri açıq ela

14:31 456
.

Məktəbli forması ətrafında hay-küy: uşaqların təhsili, yoxsa ideoloji mübarizə?

Məktəbli forması ətrafında yaranan mübahisələr bəzən adi geyim məsələsini cəmiyyətin dini, siyasi və ideoloji qarşıdurma mövzusuna çevirir. Halbuki məktəb ilk növbədə bilik, tərbiyə, intizam və bərabər imkanlar məkanıdır. Burada əsas diqqət uşağın hansı geyimdə olmasına deyil, necə təhsil almasına, hans

14:16 208
.

Bakı Bəyannaməsi qəbul edildi

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. "Qafqazinfo" xəbər verir ki, sənəddə Azərbaycanın AQEM-ə sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin ikiillik sədrliyi dövründə müxtəli

17:07 211
.

Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb

Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki

18:45 143
.

"Borussiya Dortmund" "Sabah"la oyundan əvvəl çətin vəziyyətlə üzləşib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Borussiya Dortmund" sıx qrafikdə uzun səfər oyunları ilə qarşı-qarşıya qalıb. xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Dortmund təmsilçisinin səfər proqramı oktyabrın 14-də Norveçdə "Budyo Qlimt"l

20:45 88
.

Bakının mərkəzində ictimai asayişi pozan 6 nəfər HƏBS EDİLDİ

Bakıda ictimai asayişi pozanlar həbs edilib. -ın məlumatına görə, hadisələr Nəsimi rayonu "28 May" metrostansiyasının yaxınlığında və Azadlıq prospektində baş verib. Polis əməkdaşları yüksək səslə nalayiq ifadələr işlədən şəxslərə irad bildirərək, törətdikləri əməlləri dayandırmalarını tələ

18:15 194
.