"Rusiyanın "Rəsmi Kreml, Ermənistan və Azərbaycan arasında tərəf tutmur" açıqlaması inandırıcı deyil"-POLİTOLOQDAN AÇIQLAMA
Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat nümayəndələrinə açıqlamasında "Rəsmi Kreml Ermənistan və Azərbaycan arasında tərəf tutmur" dedi.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Ermənistan MDB-dən çıxmaq istədiyi və Qərbə inteqrasiya etmək niyyətində olduğu bir zamanda, Rusiyanın balans siyasəti ilə çıxış etməsi inandırıcı deyil:
"Rusiya hər zaman Ermənistana dəstəyini açıqlamayıb. 44 günlük müharibə dövründə Rusiya, İran üzərindən Ermənistana silah göndərməyi də unutmadı. Rusiya Ermənistana həmin dövrdə 500 tona yaxın silah göndərdi. Bütün bu proseslər fonunda Rusiyanın "Rəsmi Kreml, Ermənistan və Azərbaycan arasında tərəf tutmur" açıqlaması inandırıcı deyil.
Burada sual yaranır: Bəs necə oldu ki, Azərbaycan 44 günlük müharibədə qələbə qazandı?
Bizim qələbə qazanmağımızın əsas səbəbi geopolitik vəziyyəti düzgün qiymətləndirməyimizdir. Diplomatik həmlələrimizin vaxtında yerinə yetirilməsidir. Bütün bu məsələlərdə cənab İlham Əliyevin səylərini xüsusilə vurğulamalıyıq. Rusiyanın özünə qalsaydı, rəsmi Kreml Qarabağ müharibəsinin olmasını heç zaman istəmirdi. Keçmiş Dağlıq Qarabağ adlanan bölgənin Azərbaycan nəzarətinə keçməsi və rus sülhməramlılarının ərazimizdən çıxarılması Rusiyanın razılaşmadığı məsələlər idi. Lakin Azərbaycan bunu etdi. Hazırkı dövrdə Rusiya Azərbaycana yenə dəstək olur. Artıq bu dəstək zərurətdən doğur. Ermənistanı Qərbə və ABŞ-a verməmək üçün Rusiya əlindən gələni edir. Bir zamanlar necə ki, biz istifadə etmişdik, indi isə Ermənistan bizi təqlid edir. Mövcud vəziyyəti qiymətləndirməyə çalışır.
Amma Ermənistan bu məsələdə riskli bir oyun oynayır. Cənubi Qafqazda balans siyasətinin bir alternativi yoxdur. Böyük güclərlə balans siyasəti aparmaq çətin məsələdir. Bunun fəsadları çox böyükdür. Ermənistan "Birincilərin savaşında" tapdaq altında qalacaq ölkədir. Həmçinin etibarsız dövlətdir. Hər zaman güc mərkəzinin yanında olmaq istəyir. Nəticə etibarı ilə Rusiyanın bu fonda bir müddət dəstəyini görəcəkdir. Gec-tez Rusiya da anlayacaq ki, Ermənistana etibar etmək olmaz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 693 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDiabet xəstələri banan yeyə bilər?
Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir. Lakin elmi məlumatlar məsələnin daha mürəkkəb olduğunu ortaya qoyur. Burad
18:30 1 "44" filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib - Video
"44" bədii filminin musiqisi də ekran əsərinin özü kimi dinləyicilərin qəlbinə toxunur. "Qafqazinfo" xəbər verir ki, filmin saundtrekinin hazırlanması beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilib. Musiqinin ilkin yazısı ABŞ-ın "New York Production Studios" studiyasınd
16:24 140 Kürən pişiklərin sirri açıldı - niyə əksəriyyəti erkəkdir?
Alimlər 60 ildən çoxdur araşdırılan bir suala cavab tapıblar: bəzi pişiklər niyə kürən doğulur və bu rəngə niyə daha çox erkəklərdə rast gəlinir? İki müstəqil tədqiqat qrupu bunun səbəbini izah edən genetik xüsusiyyəti müəyyənləşdirib. xarici mediaya istinadla xəbər verir ki, kəşf pişiklərin tük rəngin
19:45 1 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
16:59 80 Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə zərbə vuran kampaniyalar və səfirliyimiz qarşısındakı aksiyalar
"Azərbaycan-Türkiyə qardaşlığı ayrı-ayrı şəxslərin sosial şəbəkələrdəki emosional çıxışlarından, siyasi maraqlardan və süni şəkildə yaradılan informasiya dalğalarından qat-qat böyükdür. Lakin son günlər Türkiyənin sosial media məkanında Azərbaycana qarşı səsləndirilən ittihamlar, təhqiramiz paylaşımla
11:49 187 Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 162 "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliye
15:18 141 Füzuli şəhərində aparılan bərpa işləri
Füzuli rayonu sakinlərinin yurd həsrətinə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 27 ildən sonra son qoyulub. 17 oktyabr 2020-ci il şərəf və qürur günlərimizdəndir. Çünki bu tarixdə sadəcə tarixi yurd yerimiz olan Füzul
13:04 241 Prezident Qətər Əmiri ilə görüşdü - Foto
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
16:54 84