Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı şübhəli kimi saxlanılan lor cərraha ittiham irəli sürülüb.
BiG.AZ apa-ya istinadən xəbər verir ki, Nəzrin Mansurlunun ölümündə ittiham olunan cərrah Sənan Mehdiyev barəsində istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Təqdimata Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Nəzrin Mansurlunu əməliyyat edən cərrah Sənan Mehdiyev başlanan cinayət işi üzrə şübhəli kimi saxlanılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1032 Tarix: 22 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDənizdə batan 3 gəncin axtarışı davam edir - Video
Dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən şəxslərin axtarışları davam etdirilir. BİG.AZ xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, iyulun 6-sı paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2007-c
10:12 117 Kaya Kallas: Aİ-Böyük Britaniya təhlükəsizlik və müdafiə tərəfdaşlığını daha da gücləndirəcək
Aİ ilə Böyük Britaniya arasında xarici siyasət, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq heç vaxt indiki qədər mühüm olmayıb. APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X"-də bildirib. O, Böyük Britaniyanı
23.07.2026 249 Hovuzlarda su kifayət qədər təmizlənirmi? - DERMATOLOQDAN AÇIQLAMA
Yay mövsümündə havaların isti keçməsi ilə əlaqədar hovuzlara üz tutanların sayı əhəmiyyətli dərəcədə artır. Lakin sərinləmək və istirahət etmək məqsədilə istifadə olunan hovuzlarda suyun gigiyenik vəziyyəti hər zaman müzakirə mövzusu olaraq qalır. Suyun lazımi qaydada təmizlənməməsi və dezinfeksiya olunmamas
23.07.2026 269 Nigeriyada silahlılar azı 24 fermeri öldürüb
Nigeriyanın şimal-qərbində yerləşən Zamfara ştatında silahlı dəstənin kəndlərə hücumu nəticəsində azı 24 fermer həlak olub, daha bir neçə nəfər yaralanıb. "Reuters"in məlumatına görə, motosikletlə hərəkət edən silahlılar Sauna rayonundakı kəndlərə basqın edərək tarlalarda çalışan insanlar
23.07.2026 256 Ağdamdakı yanğın 4 kəndin ərazisinə yayıldı
Ağdam rayonunda açıq ərazidə iki gün əvvəl başlayan yanğın genişlənərək dörd kəndin ərazisinə keçib. "Qafqazinfo"nun məlumatına görə, yanğın Kəngərli kəndi istiqamətində minadan tam təmizlənməmiş ərazilərdə davam etdiyindən alovun söndürülməsi çətinləşib. Nəticədə yanğın Göytəpə, Qərvənd, Şıxla
23.07.2026 247 SON DƏQİQƏ: ABŞ İranı bombalayır
ABŞ ordusu İran ərazisinə növbəti hava hücumları həyata keçirib. Məlumata görə, bu, ABŞ-ın İrana qarşı apardığı əməliyyatların ardıcıl 13-cü gecəsidir. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, zərbələr zamanı İranın hərbi obyektləri, o cümlədən raket, dron və hava hücumundan müdafiə sistemləri il
23.07.2026 446 İran ABŞ-ın Bəhreyn və İordaniyadakı hərbi bazalarını hədəf alıb
İranın Press TV kanalının verdiyi məlumata görə, İran ordusu cümə günü səhər saatlarında Bəhreynin Şeyx İsa və İordaniyanın Əl-Əzraq hava bazalarındakı ABŞ hədəflərinə hücum dronları atdığını bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, dövlət televiziyası IRIB tərəfindən yayımlanan İran hərbi videosund
10:30 51 "The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23.07.2026 311 Tramp: Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq
ABŞ Prezidenti Donald Tramp husilərin yenidən gəmilərə hücum etməsi halında buna görə İranın məsuliyyət daşıyacağını bildirib. APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib. "Bir il əvvəl ABŞ husilərin ticarət və kommersiyaya mane olmaq üçü
23.07.2026 258