Keçmiş direktor rüşvət aldığı üçün həbs edilib
Məktəb direktorlarının rüşvət alması faktı ilə bağlı mətbuatda tez-tez xəbərlər yayılır. Bəziləri məsuliyyətə cəlb edilsə də, digərləri sadəcə işini itirir.
Belə çıxır ki, bu şəxslərin ya vəzifə səlahiyyətlərindən xəbərləri yoxdur, ya da qanunla cavab verə biləcəkləri qaydaların olduğunu unudurlar.
Bu hal bir neçə gün əvvəl Ağsu rayonunda baş verib. Belə ki, Ağsu rayonu, Samid Mikayılov adına Rəhimli kənd tam orta məktəbinin keçmiş direktoru həbs edilib. Keçmiş direktorun məktəbdə qanun pozuntularına yol verdiyi və rüşvət aldığı üçün saxlanıldığı bildirilib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi rüşvət alma, yəni passiv rüşvətxorluq sayılır:
"Bu əmələ görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alması 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd etdiyimiz əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda və ya hədə-qorxu tətbiq olunmaqla törədildikdə isə 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Burada "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 947 Tarix: 05 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir Badamdardakı sürüşmə zonasına getdi - VİDEO - FOTO
Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunublar. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məluma
05.04.2026 226 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ
Aprelin 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Daşkəsən
05.04.2026 213 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb
İsrail Müdafiə Nazirliyinin qərargahı yaxınlığında kasetli sursat partlayıb. xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley SAXAL" radiostansiyası məlumat yayıb. Hadisə İranın raket hücumlarından biri zamanı paytaxt Təl-Əvivin mərkəzində baş verib. Sursat "Kiriya" kompleksi yaxınlığındak
05.04.2026 165 KİV: İran İsrailin elektrik stansiyalarını hədəf siyahısına əlavə edib
İran və dəstəklədiyi silahlı qruplar İsraildəki iki böyük elektrik stansiyasını potensial hədəflər siyahısına əlavə edib. "Report"un məlumatına görə, bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən xəbər verib. Onların məlumatına görə, İsraili təmin edən iki böyük elektrik stansiyas
05.04.2026 179 ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
Amerika Birləşmiş Ştatlarında benzinin bir qallonunun orta qiyməti 4,10 dollara (bir litr üçün 1,08 dollar) çatıb və ABŞ-İsrail İran zərbələri başlayandan bəri 37 % artıb. "Report" xəbər verir ki, bunu Amerika Avtomobil Assosiasiyasının (AA) məlumatları sübut edir. Təşkilatın məlumatına görə
05.04.2026 191 Hindistanda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər var
Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında sərnişin avtobusu xəndəyə aşıb, ölənlər var. "Report"un məlumatına görə, bu barədə "Reuters" yerli mətbuata istinadən xəbər verib. Mənbələrin məlumatına görə, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 sərnişin olub. "Rəsmilə
05.04.2026 116 İrandan Küveytə hücum: Nazirlik binasına zərbə endirildi
İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub. xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər
05.04.2026 205 İranda uçuşlara qadağanın vaxtı uzadıldı: Hava məkanı nə vaxt açılacaq?
İranın hava məkanı azı aprelin 12-dək bağlı qalacaq. xəbər verir ki, bu barədə TASS agentliyinə Yaxın Şərq üzrə aviadispetçer dairələrindəki mənbə məlumat verib. "İran səması uçuşlar üçün təxminən aprelin 12-si, bazar günü ümumdünya vaxtı ilə saat 08:30-a (Bakı vaxtı ilə 12:30 - red.) qədər bağl
05.04.2026 199 Tehrandan sərt xəbərdarlıq: "Cəhənnəm qapıları açılacaq"
İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qoşun Qərargahının komandanı, general-leytenant Əli Abdullahi ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Tehranın ABŞ və İsrailə sərt cavab verməyə hazır olduğunu bəyan edib. xəbər verir ki, müvafiq açıqlamanı IRNA agentliyi yayıb. Onun sözlərinə görə
05.04.2026 236