Zəlzələdə 280 qohumunu itirdi, hekayəsi Türkiyəni ağlatdı - "Anan yoxdursa..."
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə ailəsini və bir çox yaxınını itirən, özü isə 14 saat sonra dağıntılar altından çıxarılan Fatmanur Özbağış həyatda qalmağı bacarsa da, yaşadığı acıları unutmaq mümkün olmadığını deyir.
Qaynarinfo xəbər verir ki, Fatmanur Özbağış yaşadığı dəhşətləri "Hürriyət"ə danışıb.
Göz yaşları içində danışan Özbağış "Bu həyatda anan yoxdursa, kimsən yoxdur. Mən bu cümlənin altında çox əzilirəm. Zəlzələni hamımız birlikdə yaşadıq, o gündən sonra hava heç aydınlanmadı. 2 ildir bizim üçün hər şey zülmət içindədir" deyib.
30 yaşlı Fatmanur Özbağış Türkiyəni sarsıdan 6 fevral zəlzələlərinin episentri olan Kahramanmaraşda, ən çox insan itkisi yaşanan yerlərdən biri olan Ebrar adlanan binada fəlakətə yaxalanıb.
Zəlzələ zamanı binanın çökməsi nəticəsində üzərinə iki sütun düşən Özbağış kürəkənin yardımı ilə 14 saat sonra dağıntılar altından çıxarılıb. Lakin anası və atası da daxil olmaqla 280-ə yaxın qohumunu itirib.
Özbağış sağ qalmasına sevinə bilmədiyini, ata-anasının xatirələri ilə həyata tutunduğunu deyir. O, eyni zamanda məsuliyyət daşıyan şəxslərin ədalət qarşısında cavab verməsi üçün hüquq mübarizəsini davam etdirir.
"Anam və atam bu binada həyatını itirdi. Mən isə 14 saat sonra çıxarıldım. Üzərimdə iki sütun var idi: qonaq otağının sütunu sinəmin, yataq otağının sütunu isə ayaqlarımın üzərinə düşmüşdü. Başım boşluqda qalmışdı, pəncərənin qarşısında idi. Çöldə nə baş verdiyini görə bilirdim, lakin səs-küy çox idi. Bir neçə binanın dağıldığını düşünürdüm, amma səslər dağıntılar altından gəlirmiş. Əslində, çöldə heç kim yox imiş", deyə Özbağış xatırlayır.
O, yaşadığı travmanın öhdəsindən gəlməyin çətin olduğunu bildirib: "Birinci dərəcəli itkim yalnız anam və atamdır, amma qohumlarımın yarısı artıq yoxdur. 280-ə yaxın qohumum həyatını itirdi. Atam bütün sevdiklərini özü ilə apardı, mən artıq belə düşünürəm. Burada bir qohumum var idi, 2 blok yuxarıda yaşayırdı. Necə bir faciədir ki, 14 nəfərlik ailənin hamısı eyni evdə həyatını itirdi. İndi onların heç biri yoxdur".
Özbağış ailəsi ilə keçirdiyi bazar səhəri süfrələrinə olan həsrətini dilə gətirərək, aradan 2 il keçməsinə baxmayaraq, həyatına qaldığı yerdən davam edə bilmədiyini, böyük çətinliklər yaşadığını söyləyib:
"Bayram günlərində bir-birimizə qonaq gedirdik, indi isə yalnız məzarlarını ziyarət edirik. Bu həyatda anan yoxdursa, kimsən yoxdur. Mən bu cümlənin ağırlığını çiyinlərimdə daşıyıram. Atamı da çox sevirəm, amma anam sağ qalsaydı, bizi bir araya toplayardı. Bu qədər yalnız qalmazdım. Əslində, seçim etmək istəmirəm, atam da qala bilərdi. Danışa bilməsəydi, görə bilməsəydi, yatağında qalmalı olsaydı belə, amma biri sağ qalsaydı kaş ki... Yoxluqları məni çox sarsıdır. Bazar günləri ailələrin birlikdə çay içib, deyib-gülərək söhbət etdiyi o günləri üçün çox darıxıram. Zəlzələni hamımız birlikdə yaşadıq, o gündən sonra hava heç aydınlanmadı. 2 ildir bizim üçün hər şey zülmət içindədir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1296 Tarix: 06 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyev Emoməli Rəhmon ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy
14.10.2026 220 300 il əvvəlki romanda süni intellektin yaranacağı proqnozlaşdırlıb: məşhur yazıçı nəyi təsvir edib?
Conatan Sviftin 300 il əvvəl nəşr olunan "Qulliverin səyahətləri" romanı müasir süni intellekt texnologiyalarını xatırladan bir ixtiranın təsvirinə görə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadən xəbər verir ki, 1726-cı ildə ilk dəfə nəşr olunan əsərdə təsvir edilən qurğularda
14.10.2026 215 Dinin siyasi alətə çevrilməsi və Azərbaycana yönələn mesajlar
Türkiyə siyasi və ictimai ziddiyyətlərin tez-tez üzə çıxdığı ölkələrdən biridir. Bəzən bir-birinə tamamilə əks mövqelərin eyni siyasi mühitdə necə yanaşı mövcud olduğunun şahidi oluruq. Oktyabrın 13-də Ankarada baş verən hadisə də bu ziddiyyətləri bir daha gündəmə gətirdi. Məlum olduğu kimi, oktyabrı
11:10 2 Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?
Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə
14.10.2026 279 Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra
14.10.2026 236 Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14.10.2026 369 Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. BİG.AZ xəbər verir ki, bu barəd
10:00 124 ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq
OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində
14.10.2026 247 Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi
00:02 387