Azərbaycanda kişi müəllimlərinin sayı niyə yox dərəcəsinə çatır?-EKSPERTDƏN AÇIQLAMA

Azərbaycanda kişi müəllimlərinin sayı niyə yox dərəcəsinə çatır?-EKSPERTDƏN AÇIQLAMAAzərbaycanda kişi müəllimlərin, xüsusilə də ədəbiyyat ixtisası üzrə sayının az olması uzun illərdir davam edən bir tendensiyadır. Bu hal təkcə təhsilin gender balansına təsir etmir, eyni zamanda şagirdlərin müxtəlif müəllim modellərini görmə imkanlarını da məhdudlaşdırır.

Ölkədə müəllim heyətinin gender bölgüsünə baxdıqda, qadınların bu sahədə dominant olduğu açıq şəkildə görünür. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 82,7 faizi qadınlardan ibarətdir. Orta ixtisas təhsili müəssisələrində bu rəqəm 79,4 faiz, ali təhsil müəssisələrində isə 58,7 faiz təşkil edir. Bu göstəricilər orta və ibtidai təhsil səviyyəsində kişi müəllimlərin demək olar ki, yox dərəcəsində olduğunu sübut edir. Xüsusilə, humanitar fənlərdə, o cümlədən ədəbiyyat və dil fənlərində kişi müəllimlər nadir hallarda rast gəlinir.

Bu vəziyyətin yaranmasının iqtisadi səbəbləri mühüm rol oynayır. Müəllimlərin əməkhaqqının aşağı olması kişilərin bu peşəyə marağını azaldan əsas faktorlardan biridir. Müəllimlik peşəsinin Azərbaycanda orta gəlir səviyyəsinə malik olması, ailəsini dolandırmaq məsuliyyəti daha çox kişilərin üzərinə düşdüyündən onların digər yüksək maaşlı peşələrə yönəlməsinə səbəb olur. İqtisadi faktorlarla yanaşı, iş şəraitinin çətinliyi və əlavə iş yükünün olması da bu sahədə kişilərin az təmsil olunmasına gətirib çıxarır.Sosial-mədəni faktorlar da kişi müəllimlərin sayının azalmasında mühüm rol oynayır.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda müəllimlik ənənəvi olaraq qadın peşəsi kimi qəbul edilir. Xüsusilə, ibtidai siniflərdə və humanitar fənlərdə kişi müəllimlərin olmaması bu stereotipi daha da gücləndirir. Valideynlər və cəmiyyətin bir hissəsi kişiləri daha çox texniki və mühəndislik sahələrində görməyə alışıb, bu da pedaqoji ixtisaslara kişi abituriyentlərin marağını azaldır. Belə bir yanaşma nəticəsində, pedaqoji universitetlərdə təhsil alanların əksəriyyətini qadınlar təşkil edir:

Azərbaycanda kişi müəllimlərinin sayı niyə yox dərəcəsinə çatır?-EKSPERTDƏN AÇIQLAMA"Dünya təcrübəsinə baxdıqda, müəllimlik peşəsində qadınların üstünlük təşkil etdiyi görünür. ABŞ-da ibtidai və orta təhsil müəssisələrində müəllimlərin təxminən 76 faizi qadındır. Böyük Britaniyada da təxminən oxşar göstərici mövcuddur. Skandinaviya ölkələrində bu balans daha yaxşı olsa da, kişi müəllimlərin sayı yenə də azdır. Ancaq bəzi ölkələrdə kişi müəllimlərin sayını artırmaq üçün müxtəlif təşviqedici tədbirlər həyata keçirilir. Məsələn, Almaniya və İsveç kimi ölkələrdə kişi müəllimlər üçün xüsusi təqaüdlər və sosial güzəştlər tətbiq edilir. Bəzi ölkələrdə isə kişi müəllimlərin tədris sahəsinə daha çox cəlb edilməsi üçün gender balansını qorumaq məqsədilə kvotalar tətbiq olunur.

Kişi müəllimlərin sayının artırılması üçün Azərbaycanda bir sıra tədbirlər görülə bilər. Əvvəla, müəllimlərin əməkhaqqının artırılması və sosial təminatlarının gücləndirilməsi vacibdir. Çünki maaş səviyyəsinin aşağı olması bu peşənin cəlbediciliyini azaldır. Bundan əlavə, pedaqoji ixtisaslara qəbul zamanı kişi abituriyentlər üçün xüsusi təqaüdlərin ayrılması və onları bu sahəyə həvəsləndirən proqramların tətbiqi önəmli ola bilər. Cəmiyyət arasında müəllimlik peşəsinin nüfuzunun artırılması və kişilərin də bu sahədə uğur qazana biləcəyi mesajının verilməsi lazımdır.

Kişi müəllimlərin azlığı yalnız gender balansı məsələsi deyil, həm də şagirdlərin tərbiyəsinə təsir edən ciddi bir amildir. Xüsusilə ata modelindən uzaq böyüyən oğlan uşaqları üçün kişi müəllimlər nümunə ola bilər. Məktəbdə kişi müəllimlərin olması intizam və sosial davranış qaydalarının daha effektiv şəkildə formalaşmasına kömək edə bilər. Buna görə də təhsil siyasətində bu mövzuya xüsusi diqqət ayrılmalı, məktəblərdə kişi müəllimlərin sayının artırılması üçün sistemli tədbirlər həyata keçirilməlidir. Əks halda, illər keçdikcə müəllimlik peşəsi kişilər üçün daha da qeyri-cəlbedici hala gələcək və bu, təhsil sistemində ciddi gender balanssızlığına səbəb olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 06 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev Emoməli Rəhmon ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliy

14.10.2026 220
.

300 il əvvəlki romanda süni intellektin yaranacağı proqnozlaşdırlıb: məşhur yazıçı nəyi təsvir edib?

Conatan Sviftin 300 il əvvəl nəşr olunan "Qulliverin səyahətləri" romanı müasir süni intellekt texnologiyalarını xatırladan bir ixtiranın təsvirinə görə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadən xəbər verir ki, 1726-cı ildə ilk dəfə nəşr olunan əsərdə təsvir edilən qurğularda

14.10.2026 215
.

Dinin siyasi alətə çevrilməsi və Azərbaycana yönələn mesajlar

Türkiyə siyasi və ictimai ziddiyyətlərin tez-tez üzə çıxdığı ölkələrdən biridir. Bəzən bir-birinə tamamilə əks mövqelərin eyni siyasi mühitdə necə yanaşı mövcud olduğunun şahidi oluruq. Oktyabrın 13-də Ankarada baş verən hadisə də bu ziddiyyətləri bir daha gündəmə gətirdi. Məlum olduğu kimi, oktyabrı

11:10 2
.

Bədənin "ikinci ürəyi" - baldır əzələləri niyə bu qədər vacibdir?

Baldır əzələləri yalnız yeriməyə və tarazlığı qorumağa kömək etmir. Onlar qanın ayaqlardan ürəyə qayıtmasında da mühüm rol oynayır. Buna görə tibbi ədəbiyyatda bu əzələləri bəzən bədənin "ikinci ürəyi" adlandırırlar. xarici mediaya istinadla baldırın insan bədənindəki rolunu izah edir. Əlbəttə

14.10.2026 279
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

14.10.2026 236
.

Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video

Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər

14.10.2026 369
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. BİG.AZ xəbər verir ki, bu barəd

10:00 124
.

ChatGPT artıq hər fikrinizlə razılaşmayacaq

OpenAI ChatGPT-nin istifadəçilərlə avtomatik razılaşmasını və onları yersiz tərifləməsini azaltmaq istəyir. Məqsəd çat-botun səhv fikirlərə əsaslandırılmış şəkildə etiraz etməsi və daha obyektiv cavablar verməsidir. xarici mediaya istinadla xəbər verir ki, şirkət süni intellektin istifadəçiyə həddində

14.10.2026 247
.

Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video

Sumqayıt şəhərində azyaşlı özəl uşaq bağçasında yıxılaraq xəsarət alıb. "Xəzər TV-yə istinadla xəbər verir ki, hadisə nəticəsində azyaşlının qolu sınıb. Hadisə Sumqayıtda fəaliyyət göstərən "Laləli" körpələr evi-uşaq bağçasında baş verib. Sumqayıt şəhər sakini Yaqub Yasinov iddia edi

00:02 387
.