Ekoloji hüquq pozmalara yol verən şəxslər necə cəzalandırılmalıdır?
Ekoloji hüquq pozmalara tez-tez rast gəlirik. Belə hallar daha çox tikinti aparılan ərazilərdə baş verir. Yasamal rayonu ərazisində də, bu cür fakt aşkarlanıb. İddealara görə obyektlərin tikintisi zamanı ağacların bəziləri qəsdən qurudulur, bəziləri isə kəsilir.
Bəs ağacları kəsərək ekoloji hüquq pozmalara yol verən şəxslər qanunla necə cəzalandırılır?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub:
"Bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 253.2-cim maddəsinə əsasən fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Bu əməl şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə isə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.
Qeyd edək ki, bu cür əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda isə Cinayət Məcəlləsinin 259-cu maddəsi cinayət məsuliyyətinə səbəb olur.
Bundan başqa odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə də CM-nin 260-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 641 Tarix: 06 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDüzgün ətiri necə seçmək olar?
Ətir təkcə xoş qoxu deyil, həm də insanın zövqünü, xarakterini və üslubunu əks etdirən vacib detal hesab olunur. Lakin bazarda minlərlə fərqli ətir növünün olması seçim prosesini çətinləşdirir. Bir çox insan qoxusunu bəyəndiyi ətri aldıqdan sonra onun dərisində fərqli hiss edildiyini və ya qalıcılığını
23.07.2026 248 Alimlər hesabladı: İnsan Yer tarixində son dəqiqələrin "qonağıdır"
Əgər Yerin təxminən 4,5 milyard illik tarixi bir təqvim ilinə sığışdırılsaydı, müasir insan yalnız 31 dekabr axşamı meydana çıxardı, bəşəriyyətin bütün yazılı tarixi isə Yeni ilin başlanmasına cəmi bir neçə on saniyə qalmış baş verərdi. Qaynarinfo xəbər berir ki, bu barədə "Space Daily" nəşr
23.07.2026 157 Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)
Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərind
23.07.2026 153 "Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?
Enn Patçettin yeni "Whistler" romanı artıq bir neçə həftədir ki, "Amazon"un ən populyar kitabları arasında yer alır və ədəbi tənqidçilərdən yüksək qiymət alır. Qaynarinfo "Parade"yə istinadən xəbər verir ki, "Whistler" "Amazon"un ən populyar bədii kitablar
23.07.2026 162 Nigar Kərbəla ziyarətində
Aparıcı Nigar Mahmudova İraqa səfər edib. Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib. O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:. "Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədə
23.07.2026 322 Süni intellekt uğrunda rəqabət niyə yeni mərhələyə keçir?
The Washington Post yazır ki, süni intellekt sahəsində rəqabət artıq təkcə texnologiya şirkətləri arasında deyil, dövlətlər arasında da strateji yarışa çevrilib. Son aylarda açıq mənbəli (open-source) böyük dil modellərinin sürətlə yayılması bazarda balansı dəyişdirib. Əvvəllər yalnız böyük şirkətləri
23.07.2026 208 Zelenski ABŞ-yə gedir
Ukrayna Prezidenti Volodimir Zelenski bir həftə ərzində ABŞ-a səfər edəcəyini bildirib. xəbər verir ki, o bu barədə TSN telekanalına müsahibəsində qeyd edib. O, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və sahibkar Cared Kuşnerlə görüşəcəyini istisna etməyib. "Çox güman ki, ABŞ-də görüşümü
23.07.2026 167 ABŞ Malidə terrorçulara qarşı hərbi əməliyyat variantını nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp administrasiyası Malidə fəaliyyət göstərən "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin" (CNİM) silahlı qruplaşmasına qarşı mümkün hərbi əməliyyatın keçirilməsini müzakirə edir. Məlumata görə, əməliyyatla bağlı yekun qərar veriləcəyi təqdirdə, Mali Trampın ikinci prezidentli
23.07.2026 201 Fransada meşə yanğını böyüyür: 12 min nəfər təxliyə edildi
Fransanın qərbində yerləşən Jironde departamentində baş verən güclü meşə yanğını sürətlə genişlənərək 2 min hektar ərazini əhatə edib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, təhlükənin artması səbəbindən təxminən 12 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Məlumata görə, yanğın Somaux kommunas
23.07.2026 198