Nəzrinin atası infarkt keçirib

Nəzrinin atası infarkt keçiribBurun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.

BiG.AZ "Unikal"a istinadən xəbər verir ki, o, infarkt keçirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Aydın Abışzadə məlumatı təsdiqləyib:

"Bir neçə gün əvvəl infarkt keçirtdim. İki gün xəstəxanada qaldım. "Anju" etdilər, stent qoydular. Əməliyyat olunmağımı istədilər, amma mən razılıq vermədim. Şükür Allaha, indi vəziyyətim normaldır.

Nəzrinin ölümündən sonra ürəyim dözmədi. Sanki ürəyim partladı", - deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurovanın müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1526   Tarix: 06 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirmək niyyətindədir. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, üzv ölkələr Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığ

23.07.2026 183
.

Səhnəmizin Florası 85 yaşında...

Bu gün Xalq artisti Flora Kərimovanın doğum günüdür. "Qafqazinfo" 85 yaşını qeyd edən sənətkarla əlaqə saxlayıb. Xalq artisti bildirib ki, ad gününü ailəsi ilə birlikdə qeyd edəcək: "Özümü yaxşı hiss edirəm. Hazırda evdəyəm, istirahət edirəm. Doğum günümü ailəmlə, yaxınlarımla birlikd

23.07.2026 230
.

Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimləndi

Məcburi köçkün statusunun qanunvericilik çərçivəsində yenidən tənzimlənməsinə dair daha bir hal müəyyənləşib. Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna edilən dəyişiklikd

23.07.2026 232
.

Bu ərazilərdə qaz olmayacaq

Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərində həmçinin Biləsuvar rayonunun əksər kəndlərində qaz olmayacaq. BİG.AZ xəbər verir ki, bununla bağlı "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Buzovn

23.07.2026 223
.

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

ABŞ-ın "SpaceX" şirkətinin qurucusu İlon Mask hesab edir ki, yaxın beş il ərzində süni intellekt sistemləri bütün insanların ümumi intellekt səviyyəsini geridə qoya bilər. Mask bu fikirləri The Economist nəşrinə müsahibəsində səsləndirib. "İnsanlar dediklərimin gerçəkləşəcəyini dərk etmirlər"

23.07.2026 166
.

Londondan təcili xəbərdarlıq: İranı Ermənistan vasitəsilə tərk edin

Böyük Britaniya Xarici İşlər Nazirliyi İranda olan ölkə vətəndaşlarına təhlükəsizliklə bağlı yeni xəbərdarlıq edib. Qurumun yaydığı bəyanatda bildirilir ki, hazırda İranda olan Britaniya vətəndaşları - istər turist, istərsə də daimi sakinlər - ölkədə qalmağın risklərini diqqətlə qiymətləndirməlidirlər

23.07.2026 201
.

"Azərsun Holdinq" və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb

"Azərsun Holdinq" korporativ sosial məsuliyyət layihələri çərçivəsində fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirici fəaliyyətini davam etdirir. Bu məqsədlə peşəkar mütəxəssislərin tövsiyələri sosial media platformaları vasitəsilə geniş auditoriyaya çatdırılır

23.07.2026 196
.

Süni intellekt uğrunda rəqabət niyə yeni mərhələyə keçir?

The Washington Post yazır ki, süni intellekt sahəsində rəqabət artıq təkcə texnologiya şirkətləri arasında deyil, dövlətlər arasında da strateji yarışa çevrilib. Son aylarda açıq mənbəli (open-source) böyük dil modellərinin sürətlə yayılması bazarda balansı dəyişdirib. Əvvəllər yalnız böyük şirkətləri

23.07.2026 205
.

Düzgün ətiri necə seçmək olar?

Ətir təkcə xoş qoxu deyil, həm də insanın zövqünü, xarakterini və üslubunu əks etdirən vacib detal hesab olunur. Lakin bazarda minlərlə fərqli ətir növünün olması seçim prosesini çətinləşdirir. Bir çox insan qoxusunu bəyəndiyi ətri aldıqdan sonra onun dərisində fərqli hiss edildiyini və ya qalıcılığını

23.07.2026 228
.

TOP MP3