Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
BiG.AZ xəbər verir ki, dövlət başçısının digər Sərəncamı ilə Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Nazirin dosyesini təqdim edirik:
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən etibarən isə nazirin müavini təyin edilib.
Ailəlidir, iki övladı var.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1099 Tarix: 07 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşArtıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır. xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunu
14.10.2026 232 Uşaqlar siyasi mübarizənin vasitəsinə çevrilməməlidir
Uşaqların dünyası məktəb, ailə, dostluq və gələcəyə dair arzularla zəngin olmalıdır. Onlar böyüklərin siyasi mübahisələrinin, ideoloji qarşıdurmalarının və emosional çağırışlarının ön sırasına çıxarılmamalıdır. Çünki uşağın əsas hüququ kiminsə siyasi mövqeyini nümayiş etdirmək deyil, təhlükəsiz mühitd
10:18 73 Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. BİG.AZ xəbər verir ki, bu barəd
10:00 84 İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Şri-Lanka Demokratik Sosialist Respublikasının xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Heratı qəbul edib. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM
14.10.2026 234 Hakan Fidan Bakıya gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA
14.10.2026 307 Ətirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır
Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri
14.10.2026 187 Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA
Evdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminə
14.10.2026 202 "Nursema" yenidən "Kızılcık şerbeti"ndə
"Kızılcık Şerbeti" serialında gözlənilməz dəyişiklik edilib. Axşam.az xəbər verir ki, "Nursema" obrazına həyat verən aktrisa Ceren Karakoç yenidən ekran işində rol alacaq. Maraqlı məqamlardan biri isə beşinci mövsümün "Nursema"nın məzarından görüntülərlə başlamasıdır. B
14.10.2026 288 Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN
Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb
14.10.2026 305