Soyuq hava neçə gün davam edəcək?
Bu gün axşam saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu mənfi 2 dərəcəyədək enəcək.
BiG.AZ-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, fevralın 21-dən sonra isə hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir.
Bakı və Abşeron yarımadasında mənfi temperatur və qar yağması prosesi ötən dövrlərdə 1-2 gün ərzində müşahidə olunurdusa, bu dəfə isə soyuq və qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu qışın ən uzunmüddətli soyuq dövrü olacaq: "Bu müddət ərzində havanın temperaturunun 0-3 dərəcə şaxta olacağı, fasilələrlə qar yağacağı, güclənən şimal küləyi nəticəsində isə soyuq diskomfortunun daha da kəskinləşəcəyi proqnozlaşdırılır".
Nazirlik sözçüsü Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qarlı, şaxtalı və küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən xəbərdarlıqlara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb: "Yolların buz bağlaması təhlükəsi olduğundan işlərimizi və fəaliyyətimizi hava durumuna uyğun qurmağımız şərtdir. Hava xəbərdarlıqlarından əvvəlcədən məlumatlı olub, ehtiyatlı davranmaq tövsiyə olunur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1778 Tarix: 20 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnstaqram fotosu yeni bitki növünün kəşfinə səbəb oldu
Kolumbiyanın tropik meşələrində aşkar edilən nəhəng su zanbağı alimlərin diqqətini çəkib. Maraqlısı budur ki, elmə məlum olmayan bu bitkinin kəşfinə illər əvvəl sosial şəbəkədə paylaşılan adi bir fotoşəkil səbəb olub. BİG.AZ xarici mediaya istinadla xəbər verir ki, yeni bitki növü "Victoria colombiana"
15:25 152 Uşaqların gələcəyi ideoloji mübarizələrdən üstün tutulmalıdır
Bu gün ölkəmizdə məscidlərin, kilsələrin və digər dini abidələrin bərpası dövlətimizin bütün dinlərə və inanclara hörmətlə yanaşmasının bariz nümunəsidir. Məhz bu siyasət Azərbaycanı tolerantlığın, birgəyaşayışın və dünyəviliyin nümunəsinə çevirib. Belə bir şəraitdə vahid məktəbli formasının tətbiqin
10:54 170 Azərbaycan-Türkiyə qardaşlığı sosial media təxribatlarının hədəfində: İnformasiya hücumları və səfirliyimiz qarşısındakı aksiyalar nəyi göstərir?
Azərbaycan və Türkiyə münasibətləri regional siyasətin adi tərəfdaşlıq modeli deyil. Bu münasibətlər ortaq tarixə, mədəniyyətə, milli yaddaşa, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanan xüsusi bir əlaqələr sistemidir. İki dövlətin münasibətlərinin mahiyyəti yalnız siyasi bəyanatlarl
12:01 162 Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Səfirlik qarşısındakı aksiyaların yaratdığı suallar
"Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, ağır sınaqlardan keçmiş həmrəyliyə və xalqların bir-birinə bəslədiyi dərin hörmətə söykənir. "Bir millət, iki dövlət" prinsip
12:27 193 Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15:54 138 "Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?
"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -
11:44 287 "İrşad"da "Yaşıl Cümə" günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər
"İrşad" ənənəvi "Yaşıl Cümə" kampaniyası ilə oktyabr ayında da müştərilərinə sərfəli alış-veriş fürsətləri təqdim edir. Kampaniya çərçivəsində müxtəlif məhsullar daha münasib qiymətlər və xüsusi təkliflərlə təqdim olunacaq. - Oktyabr ayının 16-dan 25-dək davam edəcək kampaniya müddətind
11:39 174 Rəqəmsal infrastruktur hədəfdə: Kibertəhlükəsizlik niyə milli təhlükəsizlik məsələsidir?
Son illərdə dövlət qurumlarının rəqəmsal infrastrukturuna qarşı kiberhücumlar qlobal təhlükəsizlik gündəliyinin əsas məsələlərindən birinə çevrilib. Dövlət informasiya sistemlərinin, elektron xidmət platformalarının və kritik infrastruktur obyektlərinin hədəfə alınması artıq yalnız texniki problem deyil
11:25 171 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan proseslər ətrafında fikir mübadiləsi aparılıb
16:59 80