Bakıda "Oba" marketdə PARTLAYIŞ - Xəsarət alanların sayı ARTDI
Binə qəsəbəsində "Oba" marketdə baş verən partlayış zamanı mağazanın yaxınlığından keçən bir vətəndaş da xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Oba" marketin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə-3" mağazasında partlayış baş verib:
"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır.
Qeyd edək ki, "Oba" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir. Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq", - deyə açıqlamada vurğulanır.
10:04
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360 kvadratmetr olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
08:49
"Bu gün Binə qəsəbəsində baş verən yanğın zamanı "Oba" marketdə çalışan iki əməkdaş xəsarət alıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Oba" marketlər şəbəkəsi məlumat yayıb.
"Bu gün səhər saat 06:45-də "Oba" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib. İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində "Oba"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Xəsarət alanlar 45 yaşlı Kəmalə Paşa qızı Əhmədova və 38 yaşlı Şəlalə Şakir qızı Əsgərovadır. Onlardan birinin vəziyyəti ağırdır.
Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2077 Tarix: 27 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 217 Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA
Evdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminə
19:00 159 İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb
20:58 141 Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs
12:00 191 Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
19:42 160 Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN
Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb
20:00 166 Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin
11:58 237 Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql
20:06 142 Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14:56 275