"Fransa erməniləri xilas edəcək dövlət deyil"-POLİTOLOQDAN AÇIQLAMA

"Fransa erməniləri xilas edəcək dövlət deyil"-POLİTOLOQDAN AÇIQLAMARəsmi İrəvan Zəngəzur bölgəsində özünə "dost, qardaş və bacı" saydığı xarici ölkələrin konsulluqlarının, mülki missiyalarının, baş ofislərinin sayını mümkün qədər artırmağa çalışır. Bir növ Azərbaycanla sərhəd bölgəsində konsulluqların sərgisini formalaşdırır. Bir il bundan əvvəl Qafanda konsulluğunu açan İranın ardınca Fransa da Qərbi Zəngəzurda analoji addımı atacağını bəyan edib. 2025-ci ilə Zəngəzurun Gorus vilayətində Fransa səfirliyinin binası fəaliyyətə başlayacaq.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, Fransa hazırda çaşqınlıq içərisində olan bir dövlətdir. Afrikadakı müstəmləkələrini itirir və gəlir mənbələrindən məhrum olur. Fransa iqtisadiyyatı ucuz xam mal mənbələrindən məhrumdur. Bu, Fransa üçün olduqca ciddi maliyyə və iqtisadi böhran həddi deməkdir. Digər tərəfdən, Azərbaycan dövləti Fransanın müstəmləkəçilik siyasətini dünya miqyasında ardıcıl şəkildə ifşa edir:

"Fransa erməniləri xilas edəcək dövlət deyil"-POLİTOLOQDAN AÇIQLAMA"Bunun nəticəsində Fransanın bəşəri cinayətləri bütün dünya ictimaiyyətinə çatdırılıb. Halbuki Azərbaycan dövləti bu ifşa prosesinə başlamadan əvvəl Fransanın imperialist siyasəti haqqında beynəlxalq aləmdə danışılmasına qadağa qoyulmuşdu. Artıq bu qadağa dağıdılıb. Bunu Azərbaycan edib. Fransanın müstəmləkəsi altında olan ölkə və xalqlara Azərbaycanın dəstəyi davam edir. Təbii ki, bu, Fransanı qıcıqlandırır. Buna görə də Fransa beynəlxalq aləmdə əsas rəqibi kimi Azərbaycanı göstərməyə başlayıb. Rəsmi Paris açıqlamalarında bunu təsdiqləyib. Buna görə də Azərbaycana qarşı Fransanın böhtan və iftira kampaniyası illərdir davam edir. Bunun Azərbaycana təsiri olmur. Fransanın yeganə ümidi Cənubi Qafqazda Afrikanı itirməsinə kompensasiya olaraq hökmranlıq qurması idi. Bu da baş tutmadı. Rəsmi Bakı, Makron hakimiyyətinin ermənipərəst mövqeyini ifşa etdi. Cənubi Qafqazda geopolitik mövqeyinin güclənməsinə və sülh prosesində iştirak etməsinə icazə vermədi. Fransanın Cənubi Qafqaz geopolitik məkana daxil olmasını blokladı.
Rəsmi Paris anlayır ki, Azərbaycana siyasi hücum etsə də, bir mənalı şəkildə iflasla üzləşəcək. Bunun heç bir nəticəsi olmur. Ermənistanda Fransa səfirliyinin hansı əraziyə yerləşməsi önəm daşımır. Azərbaycan, Ermənistan üçün daha sərt addımlar atarsa, Fransa erməniləri xilas edəcək dövlət deyil. Hazırda bu ölkə öz gələcək taleyini düşünmək məcburiyyətindədir. Çünki Fransanın gələcək taleyi sual altındadır. ABŞ-ın Avropaya açıq hücumu, Avropa dövlətlərini küncə sıxışdırması Fransanın gələcək taleyi ilə bağlı qeyri-müəyyən situasiya yaradır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 984   Tarix: 27 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri

"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad

12:12 217
.

Evində pişik saxlayan insanlarda insult və ya infarkt riski azalır - ARAŞDIRMA

Evdə pişik saxlamaq yalnız xoş əhvali-ruhiyyə və ünsiyyət demək deyil. Araşdırmalar göstərir ki, pişiklərlə yaşamaq ürək-damar sağlamlığı, uşaqların inkişafı və psixoloji vəziyyətlə müəyyən əlaqələrə malik ola bilər. xarici mediaya istinadən xəbər verir ki, Minnesota Universitetinin mütəxəssisləri təxminə

19:00 159
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

20:58 141
.

Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs

12:00 191
.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

19:42 160
.

Su və işıq pulu hesabınızdan çox gəlirsə, sayğaclarda bunları YOXLAYIN

Azərbaycanda bir çox ailənin hər ay qarşılaşdığı problemlərdən biri kommunal ödənişlərdir. Bəzən evdə əvvəlki aylardan daha az elektrik və su istifadə olunsa da, ödəniş məbləği gözləniləndən yüksək çıxır. Belə hallarda vətəndaşlar çox vaxt pulu ödəməklə kifayətlənirlər. Halbuki yüksək hesabın səbəb

20:00 166
.

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Bu gün Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsinin

11:58 237
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

20:06 142
.

Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı

Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların

14:56 275
.