Dünya Bankı: Azərbaycan iqlim məqsədlərinə nail olmaq üçün mühüm qərarlar verməlidir
Azərbaycan qarşısına iddialı iqlim məqsədləri qoyub, lakin onlara nail olmaq üçün qarşıdakı illərdə mühüm siyasi qərarlar tələb olunacaq.
Dünya Bankından "Report"a verilən məlumata görə, ölkə iqtisadiyyatı qalıq yanacaqlardan asılı olaraq qalmaqda davam edir və bu, böyük həcmdə istixana qazları emissiyaları ilə nəticələnir. Bu emissiyaların təxminən 30 %-i səmt qazının məşəldə yandırılması kimi qeyri-məhsuldar metan emissiyalarıdır.
Azərbaycan özünün Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) çərçivəsində 2030-cu ilə qədər səmt qazı emissiyalarını 1990-cı ilin səviyyəsi ilə müqayisədə 35 % azaltmaq niyyətindədir. Buna nail olmaq üçün ölkə təkcə metan emissiyalarını azaltmağı deyil, həm də 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücdə payını 20 %-dən 30 %-ə çatdırmağı planlaşdırır.
Azərbaycan həmçinin Rumıniya, Gürcüstan və Macarıstanla Avropaya elektrik enerjisinin ixracına imkan verəcək "yaşıl enerji dəhlizi"nin yaradılması layihəsinə qoşulub.
Ölkənin İqlim və İnkişaf Hesabatına (CCDR) əsasən, enerji səmərəliliyinin artırılması, xüsusilə də nəqliyyat və mənzil sahələrində, planlaşdırılan emissiyaların azaldılmasının ən azı yarısını təmin edə bilər.
Enerji sektoru iqtisadiyyat üçün əsas olaraq qalır və Dünya Bankı hesab edir ki, Azərbaycan tarif siyasəti, elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi sahələrində effektiv həllərin həyata keçirilməsini sürətləndirməlidir.
"Azərbaycanda əsas enerji istehlakçıları yaşayış sektoru və nəqliyyatdır, elektrik enerjisinə tələbat isə hər il 2,9 % artır. Azərbaycan energetika sektorunun rəqabət qabiliyyətini artırmaq üçün Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərinin kiçik bir hissəsini IPO-da (ilkin kütləvi təklif) yerləşdirməyi və növbəti illərdə elektrik enerjisinin istehsalı, bölüşdürülməsi və ötürülməsini struktur olaraq ayırmağı planlaşdırır", - bankdan qeyd edilib.
Bərpa olunan enerji sektorunda ölkədə Bərpa Olunan Enerji Mənbələri Agentliyi yaradılıb, sənayeni stimullaşdırmaq üçün qanunlar qəbul edilib, iki böyük külək və günəş elektrik stansiyası ilə enerji alqı-satqısı müqavilələri bağlanılıb. Bununla belə, CCDR-nin hesabatında vurğulanıb ki, Azərbaycan 30 %-lik hədəf göstəricisinə nail olmaq üçün enerji keçidini sürətləndirməlidir. Buraya qalıq yanacaq subsidiyalarının azaldılması, bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi, karbohidrogen istehsalı və nəqli zamanı emissiyaların azaldılması, eləcə də "yaşıl enerji"nin inteqrasiyası üçün elektrik şəbəkələrinin təkmilləşdirilməsi daxildir.
Dünya Bankından onu da qeyd ediblər ki, neft subsidiyalarının ləğvi bərpa olunan enerjinin inkişafını stimullaşdırmaq üçün mühüm addım olacaq. Qısa müddətdə ölkə daxili ehtiyaclar üçün bərpa olunan enerjidən istifadə edə, orta perspektivdə isə Qara dənizdə sualtı kabel vasitəsilə elektrik enerjisini ixrac edə bilər.
"Bu layihə, elektrik şəbəkələrinin modernləşdirilməsi və bərpa olunan enerjinin rəqabət qabiliyyətinin təmin edilməsi şərti ilə, Rumıniya, Macarıstan və Gürcüstanla "yaşıl enerji dəhlizi"nin yaradılmasında ilk addım ola bilər", - bankdan bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 650 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşCENTCOM: ABŞ İranda yeni hərbi əməliyyat mərhələsini başa çatdırıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hava əməliyyatının yekunlaşdığını açıqlayıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ABŞ qüvvələri ardıcıl 11-ci gecə İrandakı hərbi hədəflərə zərbələr endirib
22.07.2026 179 Azərbaycanlı model məhkəməni uddu
Model Səmra Hüseynova Türkiyədəki məhkəmə prosesində qalib gəlib. "Yeni Sabah" xəbər verir ki, bu barədə özü "Instagram"da məlumat yayıb. O, Türkiyədə elektronika mağazalarından birinin əməkdaşı ilə dalaşmış və təhqir edildiyini bildirmişdi
22.07.2026 314 Tarif Şurasından yeni QƏRAR: Sabahdan qüvvəyə minir
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib. "Yeni Sabah" xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bugünkü iclasında qəbul edilib. İclasda 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranı
22.07.2026 267 İsrail ordusu Qəzzada HƏMAS mövqelərinə yeni zərbələr endirib
İsrail Silahlı Qüvvələri Qəzza zolağında HƏMAS-a aid olduğu bildirilən bir sıra obyektlərə növbəti hava hücumları həyata keçirib. BİG.AZ FOX News-a istinadən xəbər verir ki, İsrail ordusunun yaydığı məlumata əsasən, əməliyyat çərçivəsində təşkilatın hərbi infrastrukturu, silah-sursat saxlanılan məntəqələ
22.07.2026 189 Nigar Fərhaddan soraq yoxdur - Baş Prokurorluq və DİN-də bu barədə nə deyirlər?
Müştərilərin şikayətləri ilə diqqət mərkəzinə düşən "Aid-Group" xaricdə təhsil şirkətinin təsisçisi Nigar Fərhad gündüz çıraqla axtarılır. Şirkət artıq fəaliyyətini dayandırdığını bildirib və bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşım edilib. Elanda fəaliyyətin müvəqqəti dayandırıldığı
22.07.2026 318 Böyük Britaniyanın kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib
Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Boeing RC-135W Rivet Joint" radioelektron kəşfiyyat təyyarəsi Kalininqrad vilayəti ətrafında uçuş həyata keçirib. xəbər verir ki, bu barədə Rusiya mətbuatına Avropa İttifaqının aeronaviqasiya xidmətlərindəki mənbə məlumat verib. Mənbənin sözlərin
22.07.2026 152 "Lazeroloq üzümü yandırıb..." - Foto
"Gənclikdə yerləşən "Paris Beaute" Estetik Mərkəzinin qeyri-peşəkar lazeroloqu üz dərimin yanmasına səbəb olub, artıq günlərdir ki, yaranmış qızartılar azalmır". Bu şikayətlə "Qafqazinfo"ya vətəndaş Türkan Şirinova müraciət edib. Zərərçəkmişin sözlərinə görə, prosedur laze
22.07.2026 253 Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son illər Azərbaycanda müxtəlif ölkələrdən idxal olunan xurmalar market və bazarlarda geniş satışa çıxarılır. İran, Səudiyyə Ərəbistanı, Tunis, İsrail və digər ölkələrdən gətirilən bu məhsullar həm dadına, həm də qida dəyərinə görə alıcıların marağına səbəb olur. Bununla yanaşı, istehlakçılar arasınd
22.07.2026 244 Arzum ev dustaqlığına buraxıldı
Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb. "Report"un məlumatına görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsind
22.07.2026 503