Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib

Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyibGürcüstanın Baş naziri İrakli Kobaxidze dünən Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə qalmaqallı görüşdən sonra ABŞ Prezidenti Donald Trampı dəstəkləyib.

"Report" xəbər verir ki, o, bununla bağlı feysbuk səhifəsində paylaşım edib.

"Dünən müharibə partiyası ilə sülh partiyası arasında bir daha aydın xətt çəkildi. Mən Tramp və Zelenski arasındakı sözlü mübahisəni yox, ona verilən reaksiyaları nəzərdə tuturam. Prezident Tramp və onun sülh səyləri qanlı müharibəyə səbəbkar olan və minlərlə ukraynalının həyatını itirməsinə görə məsuliyyət daşıyan insanlar tərəfindən pislənildi", - Kobaxidze yazıb.

O bildirib ki, "qlobal müharibə partiyası" və "dərin dövlət" Ukraynadakı müharibədən asanlıqla əl çəkən deyil.

"Üç ildir dediyimiz bir daha sübut olundu - ABŞ və "qlobal müharibə partiyası" iki fərqli tərəfdir. Rəqiblərimiz bütün bu illər ərzində onları bərabərləşdirməyə, eyniləşdirməyə çalışırdılar. Müharibə partiyası ilə sülhməramlı qüvvələr arasında mübarizə həlledici mərhələyə qədəm qoyur. Ümid edək ki, bu döyüş sülhün qələbəsi ilə başa çatacaq", - siyasətçi yazıb və bu çətin mübarizədə Donald Trampa səbr və cəsarət arzulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 931   Tarix: 01 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri

"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad

12:12 212
.

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Bəhreyn Krallığının xarici işlər naziri Əbdüllətif bin Rəşid Al Zayanini qəbul edib. AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifənin salamlarını dövlətimizin başçısına çatdırıb və qeyd etdi ki, Kra

20:24 97
.

Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi

İsrail Baş naziri Benyamin Netanyahu hazırkı şəraitdə - ölkədə seçkilər keçirilməzdən əvvəl İrana qabaqlayıcı zərbə endirilməsinin əleyhinədir. Teleqraf xəbər verir ki, bu barədə o, İsrail Ordusunun Radiosuna müsahibəsində bildirib. "Fikrimcə, hazırda bizim üçün münasib vaxt deyil. Mən bütün həyatı

21:30 1
.

Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər

Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs

12:00 190
.

Azərbaycan-Laos münasibətləri inkişafdadır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında

12:36 254
.

İlham Əliyevin 23 illik prezidentlik dövrü: Liderlik, strateji qərarlar və Azərbaycanın yeni tarixi mərhələsi

"2003-cü il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin müasir siyasi tarixində yeni mərhələ başladı. Ötən 23 il ərzində Azərbaycanın dövlətçilik strategiyası, iqtisadi inkişaf modeli, hərbi quruculuq siyasəti və beynəlxalq münasibətlər sistemindək

13:51 214
.

Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gec

13:06 215
.

Hakan Fidan Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA

15:30 239
.

İki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?

Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri

18:15 177
.