İki respublikaçı siyasətçi Trampla mübahisədə Zelenskinin tərəfini tutub
ABŞ-nin Yuta ştatının Respublikaçılar Partiyasından olan amerikalı senator Con Körtis Ukrayna Prezidenti Volodimir Zelenski ilə münaqişədə ölkə Prezident Donald Tramp və vitse-prezidenti Ceyms Devid Vensi dəstəkləməkdən imtina edən azsaylı respublikaçılardan biri olub.
"Report" RBK-ya istinadən xəbər verir ki, senator dünən Ağ Evdə siyasətçilər arasında baş verən söz atışmasından sonra Ukraynanı dəstəklədiyini bildirib.
"Görünür, bu gün Oval kabinetdə diplomatiya və dövlətçilik sınaqdan keçirilib. Ukrayna azad bazarlar, azad söz və azad insanlar yolunda – Qərb dəyərləri uğrunda mübarizədə müttəfiqdir. Ümid edirəm ki, ölkələrimiz danışıqlar masasına qayıdıb ədalətli və davamlı sülh perspektivlərini irəliləddə biləcəklər", - Körtis "X" sosial şəbəkəsində yazıb.
Ondan başqa, digər amerikalı siyasətçi, ABŞ Nümayəndələr Palatasının üzvü Brayan Fitspatrik də Ukraynaya dəstək ifadə edib. O, ABŞ və Ukrayna nümayəndələrinin Ağ Evdəki görüşünü "ürək parçalayan" adlandırıb.
"Güclü, suveren Ukrayna davam edən təcavüz qarşısında qlobal sabitlik üçün çox vacibdir. Davamlı sülhə yalnız sarsılmaz güclə nail olmaq olar", - deyə Fitspatrik bildirib.
Xatırladaq ki, fevralın 28-də axşam saatlarında Ağ Evin Oval kabinetində ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında görüş baş tutub və görüş iki dövlət başçısı arasında sözlü mübahisə ilə nəticələnib. Görüş zamanı faydalı qazıntıların birgə çıxarılmasına dair sazişin imzalanacağı gözlənilsə də, Tramp administrasiyası bunu Ukraynaya verilən hərbi yardıma görə kompensasiya adlandırıb.
Siyasətçilər Rusiya ilə danışıqların necə aparılacağı ilə bağlı mübahisə ediblər. Tramp və Vens Ukrayna Prezidentini Amerika tərəfinə hörmətsizlikdə ittiham ediblər. Nəticədə Zelenski heç bir müqavilə imzalamadan və mətbuat konfransı keçirmədən Ağ Evi erkən tərk edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 669 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİki saata 300 manat - Konsert qiymətləri niyə cib yandırır?
Azərbaycanda musiqisevərlərin narazılığına səbəb olan məsələlərdən biri də son illər konsert biletlərinin yüksək qiymətə olmasıdır. Xüsusilə xarici ifaçıların konsertlərində ön sıralar və VIP yerlər üçün tələb olunan məbləğlər bir çox insanın büdcəsinə uyğun gəlmir. Maraqlıdır ki, 2 saat davam edən konsertləri
18:15 177 Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi
Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri
14:04 212 Azərbaycan-Laos arasında yeni əməkdaşlıq imkanları və perspektivlər
Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməs
12:00 190 "Can borcu"nun aktrisası yeni serialda - Foto
Türkiyəli aktrisa Alayça Öztürkün yeni layihəsi bəlli olub. Axşam.az xəbər verir ki, aktrisa "Centilmen" serialında rol alacaq. O, "Handan" obrazını canlandıracaq. Qeyd edək ki, Alayça daha əvvəl "Can borcu" serialında çəkilib
20:15 109 Ətirləri vanna otağında saxlamayın: Niyə istilik və nəm qoxunu korlayır
Sevdiyiniz ətir zaman keçdikcə qoxusunu dəyişə, əvvəlki intensivliyini itirə və hətta rəngi tündləşə bilər. Bunun əsas səbəblərindən biri düzgün saxlanılmamasıdır. Xüsusilə istilik, günəş işığı və temperaturun tez-tez dəyişməsi ətirlərin tərkibinə mənfi təsir göstərir. xarici mediaya istinadla ətirləri
19:15 138 Kəlağayı Azərbaycan qadınının zövqünün və gözəlliyinin göstəricisidir
"Tarixin bütün mərhələlərində keçdiyi keşməkeşli yola baxmayaraq, Azərbaycan xalqı milli mədəni irsini və adət-ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixin süzgəcindən keçən elə dəyərlər var ki, onlar bizim mənəvi sərvətimizdir. Kəlağayı da bizim mənəvi sərvətlərimizdən biridir". Bu sözlər
11:56 229 Yəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14:25 295 Cavanşir Abbaslı: Azərbaycanın qərarına kənardan müdaxilə yolverilməzdir
"Azərbaycanda ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi məktəblərdə nizam-intizamın, vahid təhsil mühitinin və sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbli forması şagirdlər arasında geyim fərqlərini azaltmaqla onların diqqətinin təhsilə yönəlməsin
12:39 203 İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın siyasi, iqtisadi və geosiyasi transformasiyasının əsas mərhələləri
"2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 23 ili tamam olur. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkiləri ölkənin müasir siyasi tarixində yeni mərhələnin başlanğıcı idi. Həmin tarixdən etibarən Azərbaycanın dövlət idarəçiliyi, iqtisad
12:12 212