"TikTok"da tanımadığı qadının adına əxlaqsız səhifə yaratdı - Həbs edildi
"TikTok"da əvvəllər tanımadığı qadının fotolarından istifadə edərək əxlaqsız məzmunlu səhifə yaradan şəxs həbs edilib.
BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Göygöl rayon Qırıxlı kənd sakini olan 32 yaşlı Cavad Əliyevə 3 il 6 ay həbs cəzası verilib.
Məlum olub ki, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurma kimi əməllərə görə tutulmuş Cavad sosial şəbəkədə təsadüfən L. Abdullayevaya (şərti) məxsus səhifəni görüb. O, qadının fotolarını götürərək əxlaqsız məzmunlu yeni səhifə yaradıb, həmin şəxsin 100 manat müqabilində görüşdüyünü yazıb. L. Abdullayeva bundan xəbər tutduqdan sonra Cavada yazaraq səhifəni bağlamasını tələb edib. Cavad isə səhifəni deaktiv etmək müqabilində dəyəri 54 dollar olan jeton göndərməsini deyib, əks halda səhifəni silməyəcəyini və onu daha da rüsvay edəcəyini bildirib.
Məsələ ilə bağlı polisə müraciət edildikdən sonra Cavad Əliyevin şəxsiyyəti müəyyənləşdirilib və ona Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.
Qeyd edək ki, daha əvvəllər də sosial şəbəkələrdə qadınların görüntülərini götürüb əxlaqsız səhifələr yaradan şəxs məsuliyyətə cəlb edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 841 Tarix: 09 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13:35 371 Vahid məktəbli forması ətrafında müzakirələr: Təhsildə bərabərlik, milli dəyərlər və xarici təsir təhlükəsi
"Vahid məktəbli formasının tətbiqi Azərbaycanda təhsil mühitinin sağlamlaşdırılması, şagirdlər arasında sosial bərabərliyin gücləndirilməsi və məktəb intizamının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məsələni yalnız geyim qaydaları çərçivəsində qiymətləndirmək düzgün olmazdı
11:12 165 Azərbaycan məktəbləri üzərindən aparılan mümkün təxribat cəhdləri narahatlıq doğurur
Təhsil müəssisələri hər bir dövlətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərlərin və vətəndaşlıq düşüncəsinin aşılandığı mühüm məkanlardır. Buna görə də məktəblərin siyasi qarşıdurmaların, ideoloji təsirlərin və mümkün təxribat cəhdlərinin hədəfinə çevrilməsi cəmiyyət üçün ciddi narahatlıq doğurur
11:34 197 "Təxribatçı qüvvələr həssas insanlardan sui-istifadə etməsinlər" - Allahşükür Paşazadə
"Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır". xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə "Real" Tv-yə müsahibəsində bildirib. "Bu yaxınlarda "Anım günü"nü keçirdik. Qarşıdan da "Zəfər günü" gəlir
18:15 1 Paltaryuyan maşın sıxma zamanı sıçrayır: problemin bir neçə dəqiqəyə həlli yolu
Paltaryuyan maşının güclü səs çıxarması, titrəməsi və yerindən tərpənməsi həmişə nasazlıq əlaməti deyil. Bəzən problem cihazın döşəmədə düzgün yerləşdirilməməsi ilə bağlı olur. xarici mediaya istinadən xəbər verir ki, cihazın ayaqları döşəməyə tam oturmadıqda və ya gövdəsi əyri dayandıqda sıxma zaman
18:45 1 Kəlağayı - Azərbaycan milli kimliyinin, zərifliyin və qədim mədəniyyətimizin rəmzi
"Azərbaycan xalqının zəngin milli-mədəni irsi, əsrlər boyu qorunub saxlanılan adət-ənənələri və özünəməxsus sənətkarlıq nümunələri ölkəmizin mənəvi sərvətini təşkil edir. Bu sərvətlər sırasında xüsusi yer tutan kəlağayı yalnız qadınların baş örtüyü deyil, həm də Azərbaycan qadınının zərifliyini
12:46 172 Azərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim
12:03 198 Kəlağayı - əsrlərin yaddaşını yaşadan Azərbaycan sənəti
"Azərbaycan xalqının zəngin mədəni irsində elə sənət nümunələri var ki, onlar yalnız estetik gözəlliyi ilə deyil, həm də daşıdıqları tarixi yaddaşla seçilirlər. Kəlağayı da bu nadir sənət nümunələrindən biridir. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və özünəməxsus ornamentləri ilə seçilə
12:24 168 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq
Azərbaycanda oktyabrın 14-də 29 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 13-dən 14-nə keçən gecə bəzi yerlərd
13:30 182