Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib

Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibAprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrans keçirilib.
Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının sədri Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Əvvəlcə SDU-nun rektoru v.i.e. professor Əminağa Sadıqov və qonaqlar universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Sonra Qərbi Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Akt zalında davam edən konfransda Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov SDU-nun kollektivi adından konfrans iştirakçılarını salamlayıb, "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrasın SDU-da keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. Konfransın təşkilində iştirak edən bütün tərəfdaşlara minnətdarlığını ifadə edib. O, konfransın Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən milli ideologiyamızın vacib istiqamətlərindən biri olan "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın reallaşmasına əhəmiyyətli töhfə vərəcəyi barədə əminliyini ifadə edib. Ə.Sadıqov "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın digər təhsil müəssisələri kimi SDU-nun qarşısında da bir sıra vəzifələr qoyduğunu və həmin vəzifələrin ardıcıl olaraq yerinə yetirildiyini diqqətə çatdırıb. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində tarixi yaddaşın əhəmiyyətini xüsusi vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Konfransda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələrinin öyrənilməsi və tədrisi istiqamətində mühüm işlərin həyata keçirildiyini nəzərə çatdırıb. Bildirib ki, ölkədəki təhsil ocaqlarında Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı məlumatlandırma sessiyalarının keçirilməsi çox əhəmiyyətlidir və əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır. Nazir müavini tarixə nəzər salaraq öz doğma torpaqlarından qovulmuş soydayşlarımıza Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısından, "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın icrası ilə bağlı gənclərin rolundan danışıb və gənclərə öz tövsiyələrini verib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının sədri, akademik Əhliman Əmiraslanov konfransın əhəmiyyətinə toxunaraq azərbaycanlıların deportasiya tarixi barədə tələbələrə geniş məlumatların verilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin deputatı Mehriban Vəliyeva "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" konfransı çərçivəsində gənclərin ictimai-siyasi, sosial-mədəni sahədə fəaliyyətləri və vətəndaş mövqeyi barədə danışıb. Gəncləri tarixi həqiqətləri dərindən öyrənərək bu istiqamətdə həqiqətlərin dünyaya çatdırılmasında fəal olmağa çağırıb.
Konfransda Qərbi Azərbaycanla bağlı Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışları və milli ideoloji hədəfləri özündə əks etdirən videoçarx nümayiş olunub.
Şəhid polkovnik Vüqar Yusifovun qızı Ayan Yusifzadə "Tarixi proseslərdə gənclərin rolu", Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi Həsrət Suleymanov "Qərbi Azərbaycan qan yaddaşında" və universitetin gənc müəllimi Gülçin Qasımova "Qərbi azərbaycanlıların qayıdış hüququ" mövzularında çıxışları dinlənilib. Həmçinin universitetin pakistanlı tələbəsi Muhammad Adnan Gorgaje çıxış edərək ölkəsinin Azərbaycana daim dəstək verdiyini xatırladıb və iki ölkə arasındakı dostluq əlaqələrinin hər zaman inkişaf edəcəyini qeyd edib.
Panel müzakirədə iştirak edən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli "Qərbi Azərbaycan İcmasının fəaliyyəti, növbəti hədəfləri", Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu "Qərbi Azərbaycanın tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq hüquq çərçivəsində təmin olunması", Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı "Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında qadınların rolu", Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Gənclər şurasının sədri Şahin İsmayılov "Gənclərin Qərbi Azərbaycana qayıdış prosesində rolu" və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Nağıqızı "Qərbi Azərbaycanda mədəni və dini abidələrin məhv edilməsi tarixi, mədəni irsimizə hansı təsirlərini göstərmişdir?" mövzuları ətrafında çıxış edərək, gənclərin suallarını cavablandırıblar.
Konfransın sonunda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qonaqları və iştirakçıları salamlayıb. Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı istiqamətində Qərbi Azərbaycan İcması tərəfindən ölkəmizdə, o cümlədən Sumqayıtda görülən işlər haqqında danışıb. Qeyd edib ki, icma qısa müddət ərzində indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi istiqamətində çox böyük işlər həyata keçirir. Sumqayıtın "Gənclər paytaxtı" elan edildiyi ildə gənclərimizin milli ideoloji işin təbliği və təşviqində ön sıralarda olacaqlarına inamını ifadə edib, SDU-nun bu prosesdə rolunu yüksək qiymətləndirib.
Konfrans ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Sumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilibSumqayıt Dövlət Universitetində "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış"mövzusunda konfrans keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 810   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həftəsonu istirahətə gedən VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

Həftəsonu və yay mövsümü ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxtdan bölgələrə, turizm və istirahət məkanları, eləcə də dənizkənarı istirahət zonaları istiqamətlərində nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. xəbər verir ki, bu barədə məlumat Baş Dövlət Yo

18.07.2026 199
.

İİKK Küveytdəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini iddia edir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) şənbə günü qüvvələrinin Küveytdəki ABŞ hərbi obyektlərini hədəf aldığını açıqlayıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, bu barədə SEPAH-a bağlı Tasnim xəbər agentliyi məlumat verib. Bəyanatda həmçinin ABŞ qüvvələrinə ev sahibliyi edə

18.07.2026 214
.

"Dental H.F." klinikası 6 min manat cərimələndi

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 29/42 ünvanında yerləşən "Dental H.F." stomatoloji klinikası inzibati məsuliyyətə cəlb edilib. Qaynarinfo-nun məlumatına görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "Dental H.F." Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibat

18.07.2026 222
.

Leyla Əliyeva Budapeştdə sərgidə - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində "Azərbaycan xalçaları - ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII-XX əsrlərə ai

18.07.2026 221
.

"Milan" "Arsenal"ın hücumçusu Qabriel Jezusu transfer etmək istəyir

İtaliyanın "Milan" klubu İngiltərə təmsilçisi "Arsenal"ın futbolçusu Qabriel Jezusu sıralarına cəlb etmək məqsədilə aktiv danışıqlar aparır. "Report" yerli mətbuata istinadən xəbər verir ki, "topçular" 29 yaşlı hücumçunun transferi müqabilində 20 milyon funt sterlin

18.07.2026 198
.

Pensiya gözləyənlərə ŞAD XƏBƏR - Nazirlik qərar verdi

2026-cı ilin yanvar-iyun ayları ərzində 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Onların 54,53%-ni kişilər

18.07.2026 310
.

Tramp Meksika liderini futbola baxmağa dəvət etdi

Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-li həmkarı Donald Trampın dəvəti əsasında futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici qarşılaşmasını izləyəcək. xəbər verir ki, bu barədə "Milenio" qəzeti ölkə rəhbərinin açıqlamasına istinadən məlumat yayıb. "Bəli, bazar günü dünya çempionatını

18.07.2026 209
.

Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər

İstifadə olunmuş tibbi ləvazimatlar və hətta əməliyyat sırasında çıxarılmış orqan qalıqları. Fərqli xəstəxanaların həyətində eyni mənzərələri görmək mümkündür. "Qafqazinfo" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin ərazisində də tibbi tullantılar yer alır. Klinikanı

18.07.2026 285
.

Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü

Ağdaş rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva müalicə üçün yerləşdirildiyi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimal

00:40 195
.

TOP MP3