Niyə qarabaşaq yarması arıqlamağa mane olur: hər kəsin inandığı MƏŞHUR MİF

Niyə qarabaşaq yarması arıqlamağa mane olur: hər kəsin inandığı MƏŞHUR MİFBu cümləni yüz dəfə eşitmisiniz: "Qarabaşaq ye – kilolar əriyəcək".

Sosial şəbəkələr bu dənli bitkiyə "yağ düşməni" statusu verən möcüzəvi diyet hekayələri ilə doludur. Amma bəs əgər sizin faydalı səhər yeməyiniz, fərqinə varmadan, məqsədlərinizə mane olursa?

Lent.az bununla bağlı məlumatları təqdim edir:

Qarabaşaq elə də sadə deyil və onun "arıqlamaq üçün ideal məhsul" kimi reputasiyası çoxdan yenidən baxılmağa ehtiyac duyur. Ən böyük mif onun az kalorili olduğu inancına əsaslanır. Əslində, 100 qram quru qarabaşaqda təxminən 330 kilokalori var.

Bişirildikdə şişir, amma 200 qram hazır sıyıq yenə də 160–180 kkal təşkil edir. Əgər üstünə yağ, şəkər və ya süd əlavə etsəniz - bu artıq yüngül qəlyanaltı yox, tam bir nahar olur. Bir çox insanlar "axı bu qarabaşaqdır" deyə ikiqat porsiyalar yeyir, bununla da kalori həddini aşırlar.

Daha bir "tələ" - yüksək karbohidrat tərkibidir. Elə həmin 100 qramlıq quru porsiyada 70 qramdan çox karbohidrat var. Müqayisə üçün: ağ düyüdə bu göstərici 80 qramdır.

Qarabaşağın qlikemik indeksi doğrudan da daha aşağıdır, amma tez-tez yeyildikdə qanda şəkər səviyyəsinin dəyişməsi baş verir. Bu isə yeməkdən 1–2 saat sonra aclıq hissi yaradır və insanı qəlyanaltı etməyə vadar edir. Əgər rasionda zülal və yağ balansı yoxdursa, qarabaşaq mono-diyeti karbohidrat "dəngələri"nə çevrilir. Qarabaşağın "metabolizmi sürətləndirdiyini" düşünmək də səhvdir. Onun piyləri digər dənli bitkilərdən daha effektiv əridiyinə dair elmi sübut yoxdur.

Əksinə, istənilən mono-diyet metabolizmi ləngidir. Orqanizm müxtəlif qida maddələrini almayan zaman enerji rejiminə keçir. Adi qidalanmaya qayıtdıqda isə çəki tez bir zamanda, hətta artıqlaması ilə geri qayıdır. Başqa bir problem isə psixoloji amildir.

Qarabaşaq diyeti dadsızlığı və təkrarlığı səbəbindən tez bezdirir. İnsanlar məhdudiyyətlərdən yaranan stresi gecə yeməkləri ilə kompensasiya edir və bununla bütün səyləri puç olur. Qarabaşaqda uzun müddətli toxluq hissi üçün yetərli miqdarda lif yoxdur, bu da toxluq hissinin tez keçməsinə səbəb olur. Nəticədə porsiyalar artır və ümumi gündəlik kalori miqdarı çoxalır. Bir çox insanlar unudur ki, qarabaşaq da digər dənli bitkilər kimi fitin turşusu ehtiva edir. Bu maddə dəmir, sink, kalsium kimi mineralların mənimsənilməsini ləngidir.

Uzun müddət böyük porsiyalarla qəbulu bu mikroelementlərin çatışmazlığına səbəb ola bilər ki, bu da saçların, dırnaqların və immunitetin vəziyyətinə mənfi təsir göstərir. Arıqlamaq istəyənlər çox zaman bu cür detalları nəzərə almır, yalnız kalori saymağa fokuslanır.

Vacib məqam – qarabaşağın necə bişirilməsidir. Qovrulmuş qarabaşaq bəzi faydalı xüsusiyyətlərini itirir, tez bişən sıyıqlar isə əlavə maddələr – duz, dad gücləndiricilər, konservantlar ehtiva edir. Hətta səhərlər kefirli "sağlam" qarabaşaq da problem yarada bilər: süd məhsulu mayalanmanı artıraraq köp və narahatlıq yaradır.

Qarabaşaq düşmən deyil, amma onun "möcüzəvi" xüsusiyyətlərinə kor-koranə inam arıqlamağa mane olur.

Əsas – ölçü və müxtəliflikdir. Mono-diyetləri balanslı rasionla əvəzləyin, burada qarabaşaq tərəvəzlər, zülallar və faydalı yağlarla birlikdə qəbul edilir. Və unutmayın: heç bir məhsul sizin əvəzinizə işləməyəcək - yalnız qidalanmaya düşünülmüş yanaşma davamlı nəticə verə bilər.


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 1695   Tarix: 10 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ən faydalı və ən zərərli balıq növləri

Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric

29.10.2026 1053
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır

20.10.2026 1076
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

08.11.2026 521
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28.10.2026 1036
.

Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur

Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm

31.10.2026 784
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27.10.2026 1106
.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvənd "Keytruda" dərmanı ilə birlikdə tətbiq olunub. Araşdırmanın nəticələrin

24.10.2026 891
.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ola bilər. Ayaq qıcolmalarına susuz qalmaq, gün ərzində həddindən artıq fiziki yüklənmə

25.10.2026 946
.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

01.11.2026 718
.