Narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edildi
Nizami rayonunda narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.
Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq taksi fəaliyyəti ilə məşğul olan "Hyundai" markalı nəqliyyat vasitəsinin sürücüsü 38 yaşlı Rüstəm Rüstəmov saxlanılıb:
"Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Bu zaman R.Rüstəmovun narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti göstərdiyi müəyyən olunub. Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Rüstəmov 10 gün müddətinə inzibati qaydada həbs edilib".
"Bundan başqa Nizami RPİ DYŞ-nin əməkdaşları tərəfindən müvafiq icazələri olmadan rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin aşkarlanması məqsədi ilə profilaktik tədbirlər təşkil edilib. Son iki gün ərzində 61 sürücünün qanunsuz olaraq taksi fəaliyyəti ilə məşğul olduğu aşkar edilib. Sürücülərlə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək barələrində inzibati protokol tərtib olunub. Qeyd edilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma ilə məşğul olmaq istəyən şəxslər müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Onu da vurğulayaq ki, istehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobillər taksi fəaliyyətinə cəlb edilə bilməz", - deyə məlumatda qeyd edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 753 Tarix: 12 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan və Kamboca liderləri arasında siyasi etimad və dostluq mövcuddur
"Oktyabrın 12-də Kamboca Krallığının Baş naziri Hun Manet ölkəmizə səfərə gəlib. Səfər çərçivəsində Baş naziri Hun Manetin Prezident İlham Əliyev ilə məhdud və geniş tərkibdə görüşləri keçirilib, görüşlərdə Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış üç sənədin mübadiləsi mərasim
12:03 198 Azərbaycan-Kamboca münasibətləri inkişaf yolundadır
Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötə
11:02 181 Vahid məktəbli forması ətrafında müzakirələr və informasiya təzyiqləri: Azərbaycanın təhsil siyasəti niyə hədəfə çevrilə bilər?
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi məsələsi təkcə təhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi deyil, eyni zamanda sosial bərabərlik, məktəb intizamı, milli-mənəvi dəyərlər və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli mövzudur. Təhsil dövlətin gələcəyini müəyyənləşdirə
12:27 201 Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Bakıda "İST Cars" avtosalonundan aldığı avtomobilin nasaz olduğunu iddia edən Leyla Bayramova ilə salon rəhbərliyi arasında yaranan mübahisə məhkəməyə qədər gedib. Avtosalon rəhbərliyinin Bayramova barəsində böhtan və təhqir ittihamları ilə verdiyi xüsusi ittiham şikayəti isə məhkəmələr tərəfində
17:41 0 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12:53 179 İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat edib. APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayon sakini Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlum olub. Xatırladaq ki, 2025-ci il oktyabrın 31-də ilk dəfə olara
13:35 371 Hicab müzakirələri fonunda hüquq və ictimai məsuliyyət
"Bu gün səhər saatlarından etibarən Bakının bəzi məktəblərində hicabla bağlı etirazların keçirildiyi barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Paylaşımlarda bəzi valideynlərin plakatlarla etiraz etdikləri və dini məzmunlu şüarlar səsləndirdikləri görünür. Hadisələrin miqyası, iştirakçıları
11:42 203 Kəlağayı - milli-mənəvi irsimizin və Azərbaycan qadınının zəriflik rəmzi
"Azərbaycan xalqının əsrlərin sınağından keçərək bu günə qədər qoruyub saxladığı milli-mədəni dəyərlər ölkəmizin tarixi yaddaşının, mənəvi zənginliyinin və özünəməxsusluğunun mühüm göstəricisidir. Bu dəyərlər sırasında xüsusi yer tutan kəlağayı xalqımızın qədim sənətkarlıq ənənələrini, Azərbayca
13:03 225 Azərbaycan məktəblərinin təhlükəsizliyi milli məsuliyyət məsələsidir
Uşaqların təhlükəsiz şəraitdə təhsil alması hər bir cəmiyyətin əsas prioritetlərindən biridir. Məktəblər gələcək nəsillərin yetişdiyi, vətənə bağlılıq, milli kimlik və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm ocaqlardır. Bu mühitin siyasi təzyiq və mümkün təxribatlardan qorunması dövlət və cəmiyyə
11:16 140