Bakıda məktəbin qarşısında azyaşlılar QAÇIRILIBLAR?
Bakıda məktəbin qarşısında atanın hücuma məruz qaldığı, azyaşlı övladlarının avtomobillə qaçırıldığı iddia olunur.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Səbail rayonu, 49 saylı "İntellekt" məktəb-liseyinin qarşısında baş verib.
Uşaqların atası Polad Piriyev bildirib ki, o, öz oğlu ilə birgə qardaşı Eyvaz Piriyevin övladlarını da eyni gündə məktəbə gətirirmiş. Uşaqları taksidən düşürdükdən sonra bir neçə nəfər şəxs hücum edərək azyaşlıları onun əlindən zorla alaraq qaçırıb.
Valideyn iddia edir ki, hadisə onun keçmiş qayınanası və həyat yoldaşı tərəfindən təşkil edilib.
Polad və Eyvaz Piriyev qardaşları iki bacı ilə evləniblər. Cütlüklər ayrıldıqdan sonra ailələr arasında uşaqların atada və ya anada qalması ilə bağlı məsələ illərdir öz həllini tapmır.
Polad Piriyevin sözlərinə görə, həyat yoldaşından boşandıqdan sonra məhkəmənin qərarı ilə 2 övladından biri onunla, qızı isə anası ilə qalır. Qardaşı Eyvaz Piriyevin uşaqları ilə bağlı məsələ isə hazırda məhkəmə müstəvisindədir.
Qaçırıldığı iddia edilən azyaşlıların dayısı isə anasının nəvələrini oğurlaması iddialarını rədd edib.
Məsələ ilə bağlı 49 nömrəli məktəb-liseydən bildirilib ki, aprelin 16-da dərsdən öncə məktəbin qarşısındakı küçədə ibtidai sinifdə təhsil alan 2 şagirdin valideynləri arasında münaqişə baş verib.
Münaqişəyə səbəb məhkəmənin qərarı ilə ayrılmış ata və ana arasında övladları ilə bağlı anlaşılmazlıqdan yaranan məsələ olub. Münaqişə zəminində ata hüquq-mühafizə orqanlarına məlumat verib və hər iki valideyn övladları ilə birgə polis bölməsinə aparılıb.
Həmin gündən sonra uşaqlar məktəbə gətirilməyiblər.
Bununla bağlı məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideyni ilə görüş keçirilib. Valideyn isə mayın 1-də məsələyə Apellyasiya Məhkəməsində baxılacağını, uşaqların atada və ya anada qalacağına dair qərarın qəbul ediləcəyini bildirib.
Qeyd edək ki, həmin şagirdlər aprel ayında elektron yerdəyişmə ilə Cəlilabad rayonu, 9 nömrəli məktəbdən 49 nömrəli məktəb-liseyə keçiriliblər.
Rayonda olarkən də ailə münaqişəsi zəminində uşaqların psixoloji təzyiqə məruz qaldığı iddia edilir. Hazırda fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.
Ətraflı süjetdə:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1474 Tarix: 23 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 357 Bu vəziyyətdə yatmaq bel və boyun ağrılarına səbəb ola bilər
Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisləri
12.10.2026 250 "Məktəbli forması şagirdlərdə "Mən də varam" düşüncəsini formalaşdırır"
"Məktəblərdə həm şagirdlər, həm də müəllimlər üçün vahid geyim formasının tətbiqi təhsilin dünyəvilik prinsiplərinin inkişafı və qorunması, şagirdlər arasında nizam-intizamın təmin edilməsi, eləcə də bərabər sosial mühitin yaradılması baxımından böyük əhəmiyyət daşıyır". Bu sözləri BİG.AZ-
12.10.2026 409 Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12.10.2026 739 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - Foto
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsind
12.10.2026 226 Bəşəriyyətin sonu 2100-cü ilədək gələ bilər: İki əsas təhlükə
Bəşəriyyət 2100-cü ilədək süni intellekt (Sİ) və ya nüvə müharibəsi səbəbindən məhv olmaq təhlükəsi ilə üzləşə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "The Lancet" jurnalının XXI əsrdə qlobal sağlamlıq təhdidlərinə həsr olunmuş komissiyasının alimləri məlumat veriblər. "Bioloji silahlarda
12.10.2026 238 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 308 İordaniyaya getmək istəyənlərin nəzərinə!
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb
12.10.2026 229 Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ
Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co
12.10.2026 270