Hava kəskin dəyişir, BU TARİXƏ QƏDƏR YAĞIŞ YAĞACAQ

Hava kəskin dəyişir, BU TARİXƏ QƏDƏR YAĞIŞ YAĞACAQAprelin 30-dək ölkənin əsasən şimal və qərb rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Qeyd edilib ki, ayrı-ayrı ərazilərdə yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək:

"Bakıda və Abşeron yarımadasında aprelin 26 və 27-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Aprelin 28-i axşam və 29-u gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, 27-si axşamdan 29-dək arabir güclənəcək".

Xidmət rəisi vətəndaşlara hava ilə bağlı daha dəqiq məlumat və xəbərdarlıqları Milli Hidrometeorologiya Xidmətinin meteo.az rəsmi internet səhifəsi və meteo.az mobil tətbiqi vasitəsilə izləməyi tövsiyə edib.

O, həmçinin aprel ayının ötən dövründə ölkədə müşahidə olunan hava şəraiti ilə bağlı statistik məlumatları da təqdim edib:

"Aprel ayının ötən dövrü ərzində ölkə üzrə havanın temperaturu bəzi günlərdə normadan yuxarı, bəzi günlərdə isə normadan aşağı olub. Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 20 gün normadan yuxarı (0.3-13.6 dərəcə), 4 gün isə normadan aşağı (0.4-2.2 dərəcə) olub, orta aylıq temperatur 14.9 dərəcə isti qeydə alınıb".

Onun sözlərinə görə, aprelin ötən dövrü ərzində ölkə üzrə maksimal temperatur aprelin 24-də Naxçıvan MR-da (Culfa) 31.6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə aprelin 8-də 30.5 dərəcə isti qeydə alınıb. Minimal temperatur ölkə üzrə aprelin 15-də Şahdağda 3.2 dərəcə şaxta, Bakıda və Abşeron yarımadasında isə aprelin 11-də 6.3 dərəcə isti olub:

"Əksər bölgələrdə hava şəraiti yağıntılı keçib, bəzi yerlərdə leysan xarakterli olub. Aprelin 16-da hava şəraiti daha da kəskinləşib, yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı aylıq normanın 378 faizi olmaqla Quba-Qusar zonasına və aylıq normanın 316 faizi olmaqla Bakı və Abşeron yarımadasına düşüb. Yağan leysan xarakterli intensiv və güclü yağışlar nəticəsində çaylarda sululuq artıb, 16 apreldə Böyük və Kiçik Qafqazın çaylarında ümumilikdə 17 sel hadisəsi qeydə alınıb".

N.Mahmudov qeyd edib ki, aprel ayının ötən dövrünün bəzi günlərində dağlıq və dağətəyi ərazilərə qar yağıb. Yağan qar nəticəsində qar örtüyünün maksimal hündürlüyü Xınalıqda 76 sm olub.

"Aprel ayının ötən günləri ərzində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 6 dəfə sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında 14 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, bölgələrdə isə 28 m/s-dək güclənib", Xidmət rəisi vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 8877   Tarix: 26 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar

2026-2027-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2026-2027-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qruplar

12.10.2026 233
.

Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ

Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co

12.10.2026 191
.

"Kişi qadından ancaq namus üstə boşanar"

"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən

12.10.2026 247
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12.10.2026 688
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12.10.2026 261
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12.10.2026 256
.

Etibarlı kişilər - Onları üzündən tanımaq olur

Alimlər müəyyən ediblər ki, insanlar kişinin ailəsini və uşaqlarını nə dərəcədə qoruya biləcəyini onun üz cizgilərinə baxaraq qiymətləndirə bilirlər. Xüsusilə geniş almacıq sümüklərinə malik kişilər ilk baxışdan daha güclü və etibarlı qoruyucu təsiri bağışlayırlar. xarici mediaya istinadən xəbər veri

12.10.2026 196
.

Tualet kağızını necə asmaq lazımdır?

Tualet kağızının düzgün yerləşdirilməsi ilk baxışdan əhəmiyyətsiz görünə bilər. Lakin mütəxəssislər bildirirlər ki, rulonun hansı istiqamətdə asılması həm istifadə rahatlığına, həm də gigiyenaya təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, tualet kağızının sərbəst ucunun divara tərəf

12.10.2026 214
.

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd

12.10.2026 147
.