Mayın 1-dən bu qaydalar QÜVVƏYƏ MİNƏCƏK - SİYAHI

Mayın 1-dən bu qaydalar QÜVVƏYƏ MİNƏCƏK - SİYAHIMayın 1-dən ölkədə bir sıra önəmli qərarlar qüvvəyə minəcək.

Metbuat.az-ın məlumatına görə, onlardan biri elektron xəstəlik vərəqələrinin verilməsidir. Belə ki, mayın 1-dən "e-bülleten" sisteminə keçilir. Xəstəlik vərəqəsi e-sənəd kimi tərtib ediləcək və işçiyə müavinət təyinatı üçün əsas olacaq.

Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fəaliyyət istiqamətləri üzrə həyata keçirilən elektron xidmətlərin təqdim edildiyi Elektron Xidmətlər Portalı (e-emlak.gov.az) 2025-ci il mayın 1-dən ləğv edilir. Portalda təqdim edilən bütün xidmətlər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) inteqrasiya edilib. Məqsəd elektron xidmətlərin vahid portal üzərindən istifadəsi və prosesin sadələşdirilməsidir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərdən istifadə etmək istəyən şəxslər İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalına (e-services.economy.gov.az) daxil olaraq müvafiq bölməyə keçid edə bilərlər.

Həmçinin mayın 1-dən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Mayın 1-dən həm də dövlət ümumi təhsil müəssisələrində 2024/2025-ci tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili 5 günlük (1-5 may) başlayacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1062   Tarix: 26 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şahzadə İzabella əsgər gedir

Danimarkada qadınlar üçün məcburi hərbi xidmət tətbiq olunduqdan sonra Şahzadə İzabella tarixi bir qərar verib. "Qafqazinfo"nun məlumatına görə, yeni qanunlara əsasən, 18 yaşlı şahzadə hərbi xidmətdən azad edilmədən orduda xidmət edəcək. Şahzadə 2026-cı ilin avqustunda Slagelsedəki Mühafiz

22:30 1
.

Əfqanıstan və Pakistan sərhəd münaqişəsini həll etmək üçün Çin vasitəçiliyi ilə görüş keçirir

Çinin iştirakı ilə Əfqanıstan və Pakistan nümayəndələri sərhəddəki hərbi münaqişəni dayandırmaq məqsədilə üçtərəfli danışıqlara başlayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, görüş Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilir və Əfqanıstanın təşəbbüsü ilə reallaşıb. Danışıqlarda hər ik

15:22 241
.

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Masallıda fərdi yaşayış evində yanğın baş verib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb. Belə ki, 200 kvadratmetrlik evdə qəfil yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Yanğı

15:25 425
.

Qulançar yığırdı, minaya düşdü

Ağdərədə mina partlayışı baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Məhərrəmov Mahir Abdullah oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağl

15:14 296
.

Uşağın ağlamasını "tərcümə edən" süni intellekt tətbiqi yaradıldı

Yaponiyada körpələrin ağlamasını "tərcümə edən" və valideynlərə uşağın niyə ağladığını anlamağa kömək edən tətbiq hazırlanıb. xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada süni intellekt əsasında işləyən Awababy adlı tətbiq hazırlanıb. Bu tətbiq körpələrin ağlamasını analiz edərək valideynlər

18:15 233
.

ABŞ Prezidenti Tramp NATO-dan çıxma ehtimalını açıq şəkildə dilə gətirdi

ABŞ Prezidenti Donald Tramp Britaniyanın "The Telegraph" qəzetinə müsahibəsində bildirib ki, ABŞ NATO-dan çıxmağı ciddi şəkildə nəzərdən keçirir. O, bu qərarı Alyansın İsrail və ABŞ-nin İrana qarşı əməliyyatına qoşulmaması ilə əsaslandırıb və NATO-nu "kağız pələng" adlandırıb. BİG.A

15:09 258
.

Robot Deyir ‘Cavab Verə Bilmirik’: Alfanet Müştəriləri Taleyin Ümidinə Buraxdı - ARAŞDIRMA

Martın 27-29-u tarixlərində ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar kommunal və telekommunikasiya sahəsində ciddi problemlərə səbəb olub. Xüsusilə Alfanet şirkətinin Sumqayıt şəhərində fəaliyyəti zamanı yaranan vəziyyət isə açıq şəkildə narazılıq doğurur və ciddi suallar yaradır. Belə ki

12:04 557
.

Xameneinin vəziyyəti açıqlandı

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi Misirin "Əl-Məsri əl-Youm" agentliyinə müsahibəsində ölkənin yeni Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, XİN rəsmisi Müctəba Xameneinin vəziyyətini

21:24 120
.

7 nömrəli Yol İstismar İdarəsinin direktoru işçiləri şəxsi zavodunda çalışdırır? - İDDİA

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 7 nömrəli Yol İstismar İdarəsinin direktoru Məzahir Əliyevin dövlətə məxsus işçi qüvvəsini və xidməti resursları şəxsi maraqları üçün səfərbər etdiyi iddia olunur. -ın əldə etdiyi məlumata görə, Məzahir Əliyev AAYDA-nın ştatında olan bir qrup işçin

20:30 151
.

TOP MP3