Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər
Yaxın vaxtlarda Azərbaycanda balıqçılıq sahəsində yeni müəssisələr fəaliyyətə başlaya bilər.
Bunu "Report"a açıqlamasında "Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib.
Onun sözlərinə görə, hazırda balıq məhsullarının istehsalı və ixracı məhdud olsa da, bu sahədə böyük potensial mövcuddur və ondan istifadə olunması üçün iş aparılır.
"Bir qədər əvvəl Kənd Təsərrüfatı Nazirliyində balıq istehsalçıları və emalçıları ilə görüş keçirildi, bir sıra məsələlər müzakirə olundu. Son vaxtlar balıqçılıqla bağlı təklif və təşəbbüslər irəli sürülüb, bunların da əsas məqsədi sektorun inkişafını sürətləndirmək, istehsal və ixrac imkanlarını genişləndirməkdir. Bu sahəyə yönəlik subsidiya mexanizmlərinin tətbiqinə dair müzakirələr gedir. Subsidiya proqramları həm istehsalçıların maliyyə yükünün azaldılması, həm də texniki və infrastruktur imkanlarının genişləndirilməsi məqsədi daşıyır.
Hazırda ölkədə bir neçə şirkət balıqçılıqla məşğuldur. Lakin dəstək mexanizmlərinin hesabına yeni istehsalçıların bazara daxil olması proqnozlaşdırılır. Eyni sözü ixracla bağlı da demək olar. Hələ ki, bir şirkət nərəkimilərin yetişdirilməsinə və ixracına böyük investisiyalar qoyur. Bu layihənin əsas hədəfi 2026-cı ildən nərəkimilərin ixracına başlamaqdır. Bu təşəbbüs, həm daxili bazarın tələbatının ödənilməsi, həm də beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır", - deyə sədr qeyd edib.
Z.Salmanlının sözlərinə görə, ölkənin Mingəçevir şəhəri və Yevlax rayonu balıqçılıq baxımından daha aktiv bölgələr hesab olunur: "Eyni zamanda, Neftçala və Salyan rayonlarında da balıqçılıq təsərrüfatları fəaliyyət göstərir. Bununla belə, Kür çayında suyun səviyyəsinin azalması və su ehtiyatlarının məhdudlaşması bu regionlarda balıqçılığın inkişafına maneə yaradır. Digər problem balıqçılıq təsərrüfatlarının dövlət qeydiyyatına alınmasında olan çətinliklərdir. Hazırda qeydiyyatla bağlı səlahiyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir, lakin yaxın gələcəkdə bu funksiyanın Kənd Təsərrüfatı Nazirliyinə verilməsi nəzərdə tutulur. Qeydiyyat proseduru sadələşdirilsə və sektor daha effektiv şəkildə tənzimlənsə, bu balıqçılığın inkişafl baxımından əhəmiyyətli ola bilər".
"Azərbaycanda balıqçılıq alternativ və davamlı iqtisadi inkişaf sahəsi kimi qiymətləndirilə bilər. Lakin bunun üçün həm infrastrukturun gücləndirilməsi, həm də ekoloji problemlərin – xüsusilə su ehtiyatlarının idarə olunmasının – effektiv həlli vacibdir. Dövlət dəstəyi, investisiyalar və elmi yanaşma balıqçılıq sektorunun gələcək inkişafında həlledici rol oynayacaq",- deyə əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 644 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə
12.10.2026 241 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl
12.10.2026 452 Etibarlı kişilər - Onları üzündən tanımaq olur
Alimlər müəyyən ediblər ki, insanlar kişinin ailəsini və uşaqlarını nə dərəcədə qoruya biləcəyini onun üz cizgilərinə baxaraq qiymətləndirə bilirlər. Xüsusilə geniş almacıq sümüklərinə malik kişilər ilk baxışdan daha güclü və etibarlı qoruyucu təsiri bağışlayırlar. xarici mediaya istinadən xəbər veri
12.10.2026 196 Monqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib
"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış "Azərbaycan Respublikas
12.10.2026 205 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib
12.10.2026 280 Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər
"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"
12.10.2026 192 Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ
Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co
12.10.2026 191 Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço
12.10.2026 198 İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 213