"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil Fərhadoğlu

"Bu sərəncam Milli mətbuatımıza verilən önəmin bariz nümunəsidir" - Famil FərhadoğluAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Prezidentinin Administrasiyasına Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi tapşırılıb.

Bu sərəncam dövlət başçısının milli mətbuatımıza verdiyi böyük önəmin və dəstəyin bariz nümunəsidir. Azərbaycan mətbuatı zəngin tarixi və mübarizə yolu ilə hər zaman xalqın səsi, milli ideyaların daşıyıcısı olub. Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən əsrlər boyunca milli şüurun formalaşmasında, maarifçiliyin inkişafında, dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayıb.

Müstəqillik illərində Azərbaycan mətbuatının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər jurnalistikanı cəmiyyətin güzgüsü adlandırır, söz və fikir azadlığını demokratik dövlət quruculuğunun əsas sütunlarından biri kimi qiymətləndirirdi. Məhz onun tapşırığı ilə 1998-ci ildə ölkəmizdə tarixi bir addım atıldı və senzura rəsmi şəkildə ləğv olundu. Bu, Azərbaycan mətbuatının azad fəaliyyətinə geniş imkanlar yaratdı. Bundan bir il sonra, 1999-cu ildə qəbul olunan "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanun isə jurnalistlərin hüquqlarının qorunmasına və fəaliyyətlərinin hüquqi çərçivəyə salınmasına böyük təkan verdi.

Ulu Öndər Heydər Əliyev mətbuata daim hörmətlə yanaşır, jurnalistlərin sərbəst və müstəqil fəaliyyətini dəstəkləyirdi. Onun bu siyasəti bu gün də uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə mətbuatın inkişafı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. 2021-ci ildə qəbul olunan "Media haqqında" Qanun müasir dövrün tələblərinə cavab verən hüquqi baza formalaşdıraraq medianın inkişafını yeni mərhələyə yüksəltdi. Elə həmin il yaradılan Medianın İnkişafı Agentliyi isə jurnalistlərin peşəkarlığının artırılması, təlim proqramlarının təşkil olunması və media subyektlərinə dəstəyin gücləndirilməsi istiqamətində uğurla fəaliyyət göstərir.

44 günlük Vətən müharibəsi dövründə isə Azərbaycan mətbuatı informasiya cəbhəsində böyük qəhrəmanlıq nümayiş etdirdi. Dəqiq, operativ və doğru məlumatların çatdırılması, dezinformasiyalara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın informasiya savaşında üstünlük qazanmasına mühüm təsir göstərdi. Jurnalistlər cəbhə bölgələrindən, ön xətdən, azad edilən torpaqlardan peşəkar reportajlar hazırlayaraq xalqımıza ruh verdilər, dünya ictimaiyyətinə isə Azərbaycanın haqq səsini çatdırdılar.

Milli mətbuatın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması həm də keçmişə dərin ehtiramın, milli mətbuat tariximizin layiqli şəkildə qiymətləndirilməsinin təzahürüdür. Qarşıdan gələn yubiley tədbirləri çərçivəsində müxtəlif konfranslar, mükafatlandırma mərasimləri və digər irimiqyaslı layihələrin keçirilməsi planlaşdırılır. Bu tədbirlər yeni nəsil jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılmasına, milli mətbuat ənənələrinin yaşadılmasına mühüm töhfə verəcək.

Azərbaycan mətbuatı ötən 150 ildə çətin və şərəfli bir yol keçərək bu gün daha da güclənmiş, beynəlxalq media məkanında layiqli yerini tutmuşdur. Prezident İlham Əliyevin milli mətbuatımıza göstərdiyi diqqət və dəstək isə bu sahənin daha da inkişaf edəcəyinə, söz və fikir azadlığının bundan sonra da qorunacağına dərin inam yaradır. Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibələr bu qayğının aydın göstəricisidir. Bu münasibət yerli mətbuata olan inamı və güvəni daha da artırır, mətbuat nümayəndələrinin fəaliyyətinə əlavə stimul verir.

Milli mətbuatımızın 150 illik yubileyi Azərbaycan mediasının dünəninə ehtiram, bu gününə dəstək və gələcəyinə inamın parlaq ifadəsidir.(manşet.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 27 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artıran siyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. 23 il əvvəl 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın böyük əksəriyyəti öz səsini Ulu Öndər Heydə

12.10.2026 241
.

Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto

Yasamal rayonunda orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisənin qarşısı dərhal görülmüş tədbirlər nəticəsində alınıb. Xəsarət alan olmayıb. Bu hadisə xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelinə hücum edən təxribatçılarl

12.10.2026 452
.

Etibarlı kişilər - Onları üzündən tanımaq olur

Alimlər müəyyən ediblər ki, insanlar kişinin ailəsini və uşaqlarını nə dərəcədə qoruya biləcəyini onun üz cizgilərinə baxaraq qiymətləndirə bilirlər. Xüsusilə geniş almacıq sümüklərinə malik kişilər ilk baxışdan daha güclü və etibarlı qoruyucu təsiri bağışlayırlar. xarici mediaya istinadən xəbər veri

12.10.2026 196
.

Monqolustan və Ukrayna ilə bu sazişlər təsdiqləndi - Yenilənib

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb. Qanuna əsasən, 2026-cı il mayın 6-da Leypsiq şəhərində imzalanmış "Azərbaycan Respublikas

12.10.2026 205
.

Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto

Bakıda "28 May" metro stansiyasının yaxınlığında ictimai asayişi pozmağa cəhd edən şəxslərin saxlanıldığı bildirilir. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı qərara etiraz cəhdi zamanı baş verib

12.10.2026 280
.

Müstəqil Azərbaycanın inkişaf strategiyası və tarixi Zəfər

"Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində İlham Əliyevə olan inamını ifadə edərək demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"

12.10.2026 192
.

Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ

Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co

12.10.2026 191
.

Prezident Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşdü

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manet ilə geniş tərkibdə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:. Cənab Baş nazir, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi qəbul etməyə ço

12.10.2026 198
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.