Çinlə münasibətlərin inkişafı Azərbaycanın strateji maraqlarına uyğundur

Çinlə münasibətlərin inkişafı Azərbaycanın strateji maraqlarına uyğundurAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 22-24-də Çin Xalq Respublikasına dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi, xalqlarımızın əlaqələrinin genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" və digər sənədlər tərəfdaşlıq münasibətlərinin uzunmüddətli, dayanıqlı və davamlı inkişafını təmin edəcək.
Səfər çərçivəsində Prezident İlham Əliyev Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib və aprelin 25-də dövlət başçısının müsahibəsi həmin televiziya kanalında yayımlanıb.
Ölkə Başçısı öz geniş müsahibəsində ölkələrimiz arasında münaibətləri yüksək dəyərləndirib. Münasibətlərin tarixinə toxunan Prezident İlham Əliyev bu münasibətlərin formalaşmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu qeyd edərək bildirib ki, Heydər Əliyevin irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Dövlətimizin başçısı deyib ki, ötən illər ərzində dünya, o cümlədən Azərbaycan dəyişib, lakin prioritetlər dəyişməyib.
Müsahibədə iki dost dövlət arasında münasibətlərin bir çox istiqamətlərinə toxunan dövlət başçısı bildirb ki, "Bizim çox mehriban münasibətlərimiz var. Görüşlərin birində o, məni Çinin yaxın dostu adlandırıb. Bunu mən bir növ mükafat kimi qəbul edirəm".
Müsahibədə iki ölkə arasında iqtisadi əlaqələrin vəziyyəti və inkişaf perspektivlərinə xüsusi yer ayrılıb. Çinin modernləşmə və burada aparılan islahatlara toxunulub, Çinin keçdiyi tərəqqi yolundan, bu təcrubədən yararlanmalardan danışılıb.
Qeyd edilib ki, Azərbaycanın iqtisadiyyatı günügündən güclənir. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Ölkənin mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsi 5 faizə endirilib, iqtisadiyyatın şaxələndirilməsi davam edir. Yaşıl enerjiyə keçid Azərbaycan üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.
Bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. Hələ ki, imzalanan və icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək.
Hazırda Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Cənab Prezidentin müsahibədə bildirib ki: "Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq - 6 min meqavat Günəş və elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq. Çünki biz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracağıq. Biz elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcəyik və təbii qazı beynəlxalq bazarlara ixrac edəcəyik və əlbəttə ki, çoxlu mənfəət əldə edəcəyik. Eyni zamanda, biz daxili ehtiyaclarımız üçün enerjiyə qənaət edəcəyik".
Bu gün elektriklə işləyən 160 avtobus alinaraq istismara verilib, əlavə olaraq daha 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlanılıb. Bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlanılacaqdır. Ölkə qarşısında duran əsas məqsəd Bakının ictimai nəqliyyat sistemini, sonra isə Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir.
"Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur"-deyə ölkə başçısı bildirib.
Qeyd etmək lazındır ki, ölkəmizin Çinlə münasibətləri ədəbi, mədəni baxımdan həmişə yüksək səviyyədə olub. Məsələn, AMEA Ədəbiyyat İnstitutu və Çin Konfutsi İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Bizim Kitabi Dədə Qorqud dastanımız Çin dilində işıq üzü görüb. Bir məqamı da qeyd etmək olar ki, XX əsrin əvvəllərində böyük maarifçi jurnallarımızdan olan "Füyuzat" ədəbi jurnalı o zaman öz səhifələrində Konfutsi təlimlərinə, həmçinin onun humanist başlanğıcına hər zaman böyük üstünlük vermişdir.
Öklə başçısının Çinə səfəri zamanı keçirilən görüşlərdə iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi və təhsil sahəsində əlaqələrə də toxunulub. "Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var", - deyə dövlətimizin başçısı vurğulayıb.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 877   Tarix: 27 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti

12.10.2026 347
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12.10.2026 261
.

Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ

Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co

12.10.2026 191
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12.10.2026 134
.

Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"

"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi

12.10.2026 278
.

İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 213
.

El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır

El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So

12.10.2026 139
.

İordaniyaya getmək istəyənlərin nəzərinə!

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb

12.10.2026 196
.

Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

12.10.2026 316
.