ŞOK FAKTLAR ORTAYA ÇIXDI: Generalı 18 min dollara görə QƏTLƏ YETİRİB
General-leytenant Yaroslav Moskalikin öldürülməsində şübhəli bilinən Ukrayna xüsusi xidmət orqanlarının agenti İqnat Kuzinə terror aktı ilə bağlı ittiham irəli sürülüb.
Musavat.com REN TV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi İqnat Kuzinə Rusiya Cinayət Məcəlləsinin 205, 222.1, 223.1-ci maddələri ilə (terror aktı, partlayıcı maddələr və qurğuların qanunsuz dövriyyəsi və istehsalı) cinayət ittihamı irəli sürüb", - deyə məlumatda bildirilir.
Hazırda Kuzinin iştirakı ilə istintaq hərəkətləri davam etdirilir.
Dindirilmə zamanı o, Ukraynanın xüsusi təhlükəsizlik xidmətinə cəlb olunduğunu etiraf edib. Saxlanılan şəxs Rusiyaya 2023-cü ilin sentyabrında gəldiyini bildirib. UTX kuratorundan konkret göstəriş gözləyərkən həmin şəxs Moskva vilayətində yaşayıb.
Moskalikin hədəf olaraq seçilməsi barədə göstəriş aldıqdan sonra Kuzin məlumat toplayıb. Bunun üçün o, generalın yaşadığı binada kirayə götürdüyü mənzilə köçüb və onun hərəkətlərini izləyərək gündəlik rejimini öyrənib. Terror aktından bir ay əvvəl o, avtomobil alıb və onu binanın qarşısına park edib. Daha sonra, Balaşixada gizli yerdən partlayıcı qurğunun komponentlərini alaraq onları avtomobildə quraşdırıb.
"Cinayəti törətmək üçün ona ümumilikdə 18 min ABŞ dolları məbləğində pul mükafatı vəd edilib", - deyə İstintaq Komitəsi əlavə edib.
Cinayəti uzaqdan idarə etməklə həyata keçirən Kuzin günahını etiraf edib.
Qeyd edək ki, Rusiya ordusunun generalı aprelin 25-də Moskva yaxınlığındakı Balaşixada avtomobilin partlaması nəticəsində həlak olub. Nesterov bulvarında evin yaxınlığında dayanmış avtomobildə əldəqayırma partlayıcı qurğu işə düşüb. Moskalik aldığı xəsarətlərdən hadisə yerində ölüb.
General-leytenant 40 ildən artıq Rusiya ordusunda xidmət edib. 2015-ci ildə o, "Normandiya formatı" üzrə danışıqlarda iştirak edib.
O, həmçinin Rusiya Federasiyası ilə Afrika və Yaxın Şərq ölkələri arasında hərbi-texniki əməkdaşlıq məsələləri ilə də məşğul olub.
Terror aktı və partlayıcı qurğuların qanunsuz saxlanması maddələri ilə cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 784 Tarix: 27 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQanunun aliliyi və məktəbin missiyası: mübahisədən hüquqi həllə
Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da böyük əhəmiyyət kəsb edir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Eyni zamanda dövlətin dünyəvi xarakteri, təhsilin mahiyyəti
12.10.2026 347 Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq
Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind
12.10.2026 261 Dörd divarın içində yaşamağın sağlamlığa 4 ciddi TƏHLÜKƏSİ
Günün böyük hissəsini evdə və ya ofisdə keçirmək, təbii işıqdan az yararlanmaq və saatlarla ekrana baxmaq insanın özünü yorğun hiss etməsinə təsir göstərə bilər. Zəif havalandırma və nizamsız yuxu rejimi də bu vəziyyəti ağırlaşdıra bilər. xarici mediaya istinadən xəbər verir ki, kaliforniyalı həkim Co
12.10.2026 191 Meteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12.10.2026 134 Zahid Oruc: "Məktəb dini qarşıdurma poliqonu deyil"
"Azərbaycan müstəqillik qazandıqdan sonra sovet dövründən miras qalmış ateist dövlət modelindən fərqli bir yol seçdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1995-ci ildə qəbul edilən Konstitusiya ilə ölkəmiz milli-mənəvi dəyərlərinə, tarixinə və İslam sivilizasiyasının bi
12.10.2026 278 İlham Əliyevlə Hun Manet mətbuata bəyanatlarla çıxış etdi
Azərbaycan Prezidenti İlham Əliyev və Kamboca Baş naziri Hun Manet mətbuata bəyanatlarla çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 213 El-Nino ilə bağlı həyəcanverici rekord: Okean görünməmiş həddə qızır
El-Nino iqlim hadisəsinin inkişaf etdiyi Sakit okean müşahidələr tarixində indiyədək olduğundan daha isti olub. "Climate Reanalyzer" platformasının məlumatına görə, El-Nino göstəricilərindən biri hesab edilən okean ərazisində səth suyunun temperaturu bu həftə ilk dəfə 30 dərəcəni ötüb. So
12.10.2026 139 İordaniyaya getmək istəyənlərin nəzərinə!
"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Qanun imzalayıb
12.10.2026 196 Prezidentlə xanımının adından rəsmi nahar verildi - Video - Fotolar
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Kambocanın Baş naziri Hun Manetin və birinci xanım Piç Çanmoninin şərəfinə rəsmi nahar verilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
12.10.2026 316